Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 26 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Nazirlikdən verilən məlumata görə, teledərslər saat 10:00-da başlayacaq.
Sabaha olan cədvəli təqdim edirik.

Авиакомпания “Азербайджанские Авиалинии” продолжает выполнение рейсов из некоторых городов.
Как сообщает пресс-служба ЗАО “Азербайджанские Авиалинии”, в частности, в ночь на 25 марта AZAL осуществил два рейса из Москвы и Лондона, благодаря которым на родину доставлен 151 гражданин Азербайджана.
Еще раз напоминаем, что каждый возвращающийся на родину гражданин проходит медицинское обследование и помещается на карантин. Дата возвращения определяется в соответствии с подготовительной работой оперативного штаба при Кабинете министров Азербайджана.

“Azərbaycan Hava Yolları” aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.
Martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək, 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.
Xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir.
Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Ərəb ölkələrində koronavirusa yoluxma halları artır.
“Anadolu” agentliyi xəbər verir ki, koronavirusun aşkar edildiyi Misir, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Qətər, İraq və İordaniyada virusa yoluxma halları artıb.
Liviyada isə virusa ilk yoluxma faktı aşkar edilib.
Misirdə koronavirusa yoluxanların sayı 402-yə, virusdan ölənlərin sayı isə 20-yə çatıb.
BƏƏ-də koronavirusa yoluxanlar 248 nəfərdir, bunlardan 45-nin sağaldığı qeyd edilir.
Koronavirusa yoluxma hallarının sayı Qətərdə 526-ya, İraqda 327-yə, İordaniyada isə 153-ə yüksəlib.

Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olan 1997-ci il təvəllüdlü Həsənova Ülkər İntiqam qızı martın 17-də gecə saat 01:00-dan sonra Kürdəmir rayonu, Atakişili kəndində ailəsi ilə birgə yaşadığı evdən naməlum şəraitdə çıxaraq gedib.
Report xəbər verir ki, onun əlamətləri orta boylu, qara uzun saçlı, gözlərinin rəngi qəhvəyi, qara qaşlı olmasıdır.
Evdən çıxarkən əynində qırmızı rəngli jilet, qara rəngli, üzərində qırmızı xətlər olan idman şalvarı, qara rəngli idman ayaqqabısı, qara rəngli köynəyi olub.
Onu görənlərdən bu nömrələrlə əlaqə saxlaması xahiş olunur:
070 250 04 73
050 300 73 33
050 418 13 64




Sosial şəbəkələrdə kimliyi məlum olmayan şəxsin küçədə öldüyünə dair videogörüntülər yayılıb.
Videodan hadisənin paytaxtın Biləcəri dairəsi adlanan hissəsində baş verdiyi məlum olur.
Daxili İşlər Nazirliyi (DİN) yayılan görüntülərə aydınlıq gətirib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün baş verib. Biləcəri qəsəbəsi ərazisində dayanacaqda bir nəfərin halı qəflətən pisləşib. Yaxınlıqda olan insanların vəziyyətə müdaxilə etməsinə baxmayaraq, şəxs vəfat edib.
Aparılan ilkin araşdırmalar nəticəsində ölən şəxsin ağır şəkər xəstəsi olduğu, ürək çatışmazlığından əziyyət çəkdiyi məlum olub. Onun ölümünə də bu xəstəliklərin səbəb olduğu bildirilib.
Azərbaycan hökuməti sahibkarların fəaliyyətinə daha bir “yaşıl işıq” yandırır.
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişdə bununla bağlı strategiya açıqlanıb.
Strategiya sahibkarların fəaliyyətini ağırlaşdıran yeni qaydalar, o cümlədən qanunvericilikdə yeni vergilər, məcburi dövlət ödənişləri ilə bağlıdır.
Tərəflər bu sahədə müvafiq dəyişikliklər qəbul edilərkən onların bir il sonra qüvvəyə minməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsinə nail olunması barədə öhdəlik götürüblər.
В ходе оперативного совещания в Исполнительной власти (ИВ) города Баку руководители ИВ Наримановского, Низаминского, Сабунчинского и Сураханского районов объявили о желании сотрудников присоединиться к инициативе Президента Азербайджана Ильхама Алиева и перечислить в Фонд поддержки борьбы с коронавирусом свою месячную зарплату.
Инициатива была активно поддержана в ИВ Баку и районов столицы.
В фонд перечислена месячная зарплата сотрудников аппаратов и структур ИВ столицы и районов – в общей сложности 500 000 манатов.
Bakı Şəhər İcra Hakimiyyətində keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək, bir aylıq əməkhaqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər.
Təşəbbüs Bakı Şəhər İcra Hakimiyyəti Aparatı və eləcə də, paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən fəal dəstəklənib.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna paytaxtın şəhər və rayon icra hakimiyyətləri Aparatlarının və paytaxt strukturlarının əməkdaşlarının bir aylıq əməkhaqqı həcmində, ümumilikdə 500 min manat vəsait köçürülüb.
“Şəhərdaxili və rayondaxili 617 marşrut xətti üzrə xidmətinə məhdudiyyət qoyulmayan avtobusların sürücüləri xüsusi karantin rejimi dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, DANX sərnişinlərin qaydalara uyğun gediş-gəlişini fasiləsiz təmin edəcək:
“Ancaq o sürücülərin bu dövrdə etdikləri fədakarlığı nəzərə alaraq, heç bir zərurət yoxdursa, evlərimizdən çıxmayaq! Bu günlər müvəqqətidir. Bir-birimizi düşünməyin vaxtıdır.
Bu günə qədər həmişə narazı olduğumuz sürücülər gəlir, düşünmədən çalışacaqlarını bildirirlər. Onları da evdə gözləyənləri nəzərə alaq!”