Month: March 2020

  • Şad xəbər: Koronavirusun sonu yaxınlaşır

    Nobel mükafatçısı, israilli biofizik Mixael Levitt Çində koronavirus infeksiyasının azalmasının “koronavirus pandemiyasının sonunun yaxınlaşdığına” işarə vurduğunu bildirib.

    “HaberGlobal” məlumat verir ki, biofizik Çinin Hubey əyalətində yaşayan həmkarları ilə məsləhətləşdikdən sonra araşdırma aparmaq qərarına gəlib.

    O, infeksiyaya yoluxanların sayının hər gün 30% artaraq, yayılmanın eyni templə davam etdiyi təqdirdə bütün dünyanın 90 gün ərzində virusa yoluxa biləcəyini qeyd edib. Ancaq Levitt rəqəmlərin artması ilə birlikdə ümumi görüntünün dəyişdiyini anlayıb.

    Belə ki, fevralın 1-nə olan statistikaya nəzər yetirildiyi zaman Hubey əyalətində gündə 1800 yeni yoluxma hadisəsinin ortaya çıxdığı məlum olub. Fevralın 6-da bu say günlük 4700 nəfərə çatsa da, fevralın 7-də vəziyyət dəyişib.

    Levitt infeksiyaya yeni yoluxma hallarının sayının azalmağa başladığını müşahidə edib və bunun pandemiyanın nə zaman bitəcəyini daha yaxşı təxmin etməyə imkan verdiyini bildirib.

    O, Çində vəziyyətin iki həftə ərzində yaxşılaşacağı, virusun tamamilə yox olacağı qənaətinə gəlib.

    Belə ki, fevralın 1-nə olan statistikaya nəzər yetirildiyi zaman Hubey əyalətində gündə 1800 yeni yoluxma hadisəsinin ortaya çıxdığı məlum olub. Fevralın 6-da bu say günlük 4700 nəfərə çatsa da, fevralın 7-də vəziyyət dəyişib.

    Levitt infeksiyaya yeni yoluxma hallarının sayının azalmağa başladığını müşahidə edib və bunun pandemiyanın nə zaman bitəcəyini daha yaxşı təxmin etməyə imkan verdiyini bildirib.

    O, Çində vəziyyətin iki həftə ərzində yaxşılaşacağı, virusun tamamilə yox olacağı qənaətinə gəlib.

  • Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq – RƏSMİ

    Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.

    Median.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə məlumat verilib.

    Yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.

  • Fatih Terim koronavirusa yoluxdu

    Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

    Median.Az-ın report-a istinadən məlumatına görə, bu barədə 67 yaşlı mütəxəssis rəsmi “Twitter” hesabı vasitəsilə ilə məlumat verib.

    O, koronavirus testinin müsbət nəticələndiyini və hazırda xəstəxanada olduğunu vurğulayıb.

  • Çinlilər koronavirusdan qorunmaq üçün görün nələr edirlər – İNANILMAZ QAYDALAR

    10 ildən çoxdur ki, həyat yoldaşı və qızları ilə Çində yaşayan rusiyalı yutuber Donata Sobakinova koronavirusdan qorunmağın yolları ilə bağlı şəxsi təcrübələrini və Çin həkimlərinin tövsiyələrini izləyiciləri ilə bölüşüb.

    Median.Az xəbər verir ki, Donata yutub kanalında infeksiyanın qarşısını almaq üsullarından, eləcə də riayət etdikləri qaydalar barədə ətraflı məlumat verib.

    Çin bu vəziyyətdə əhaliyə nə tövsiyə edir?

    “Düşünürəm ki, məsləhətlərim faydalı olacaq. Çünki Çinin xəstəliklə mübarizədə artıq böyük təcrübəsi var. Bildiyiniz kimi, artıq qəsəbələrdə yoluxmaların sayı məhdudlaşıb”, – deyə o, qeyd edib.

    D.Sobakinova birinci əllərin düzgün yuyulma qaydalarını izah edib:

    “Evə daxil olan kimi əllərimizi yuyur, sonra üst geyimi çıxardır və yenidən əlləri yuyuruq. Əlləri ikinci dəfə yuduqdan sonra antiseptik məhlullardan istifadə etmək tövsiyə edilir, lakin bunu biz hərdən edirdik, hərdən yox. Virus əllərdən asanlıqla yuyulur, odur ki, əlləri yuxarı istiqamətdə deyil, aşağı istiqamətdə tutaraq yumaq lazımdır. Üst geyimləri əsasən ya eyvanda, ya da xüsusi yerdə saxlamağı məsləhət görürlər. Əgər hava günəşli deyilsə, üst geyimlərini eyvanda 3 günə qədər saxlamaq məsləhətdir. Əgər hava günəşlidirsə, 1 saatdan 12 saata qədər saxlamaq lazımdır. Belə olan halda iki üst geyimindən istifadə etməlisiniz ki, dəyişikli geyinə biləsiniz. Virus dəri yolu ilə yoluxmur, lakin yaralar varsa, onu tibbi yapışdırıcı ilə yaxşıca örtün. Çünki plastr belə halda effektiv olmaya bilər, virus hava yolu ilə içəri daxil ola bilər.

    Həmçinin üzünü qırxan kişiləri də potensial təhlükə gözləyir. Məsələ ondadır ki, üzünü qırxan zaman dərini kəsə bilərlər. Manikür zamanı da kiçik kəsiklər meydana gəldiyi üçün ehtiyatlı davranmaq lazımdır. Qaşların alınması da kifayət qədər təhlükəlidir”.

    Çində yaşayan qadın bildirib ki, saçların hər gün yuyulmasına ehtiyac yoxdur:

    “Həm xarici, həm də Çin KİV-ləri yazır ki, saçları hər gün yumaq lazım deyil. Lakin hər hansı xəstə ilə təmasda olmusunuzsa, şübhə varsa, saçları əlbəttə ki, yumaq tələb olunur. Tibb işçisinizsə, xəstələrlə tez-tez ünsiyyətdə olursunuza, saçlarınızı tez-tez yumaq məcburiyyətindəsiniz.

    Ayaqqabı ilə bağlı tez-tez suallar verilir. Onları da spirtlə təmizləyirik. Eyni zamanda geyimlərin də üzərində spirt sıxırıq. Lakin bu bir qədər təhlükəlidir. Odla təmasda yanma ehtimalı yüksəkdir. Çində bir kişinin başına belə bir hadisə gəlmişdi. Üzərinə həddən artıq spirt sıxdığı üçün qızdırıcının yanında yanmağa başlamış və yanıq xəsarətləri almışdı. Odur ki, üzərinizə spirt sıxan zaman maksimum ehtiyatlı olun.

    Bundan başqa, bəziləri dezinfeksiya olunmuş ayaqqabı və ya qapı altlıqları istifadə etməyi tövsiyə edir. Altlıqlar xlor əsaslı məhlullarla dezinfeksiya edilir. Mağazaya gedəndə maska və əlcək taxırıq. Mümkünsə, liftdən deyil, pilləkənlərdən istifadə etmək məsləhətdir. Çünki lift qapalı məkandır. Bununla belə liftlər Çində bir çox dezinfeksiya edici məhsullarla təmizlənir. Liftin düymələrinə salfetlə basa bilərsiniz. Liftdən çıxan kimi zibil yeşiyi var, salfetləri o qutuya atırıq. Avtomobili də eyni dərədəcə dezinfeksiya etmək və havalandırmaq lazımdır. Evləri isə gün ərzində 3 dəfə, 30 dəqiqədən az olmayaraq havalandırın”.

    O, əlavə edib ki, əlləri üzə və gözlərə toxundurmaq olmaz:

    “Telefon və kameralar da antiseptiklə təmizlənir. Mağazadan aldığımız bütün məhsulları yuyuruq. Tərəvəz və meyvələri xüsusi sabunla yuyur, sonra qabığını soyuruq. Eyni zamanda qablaşdırmada satılan məhsulları da yaxşıca yuyuruq, hətta çörək paketlərini də. Ola bilsin ki, sonuncuları etmək artıqdır, lakin bu, bir çoxlarına riayət etməli olduğu təmizlik qaydalarını öyrədəcək”.

    Donatanın sözlərinə görə, koronaviruslar kifayət qədər iri və ağırdır:

    “Bu fakt mənim üçün də yeni oldu, onlar bədənə daxil olan kimi təsir edir. Alimlər bildirib ki, koronaviruslu xəstə vaqonda asqırarsa, ətrafa yayılan damcılar digərlərini də xəstəliyə yoluxdurur. Eynilə qrip də, qrip xəstəsi vaqonda asqırarsa, güman ki, çoxlarını qripə yoluxduracaq. Odur ki, insanlarla 1-2 metr məsafə saxlamağa çalışın.

    Əgər virus kobud səthə hopubsa, məsələn, əlimizi paltoya vursaq, böyük ehtimalla virus yapışmayacaq. Lakin düz və hamar səhtlərdə daha çox yaşayır. Odur ki, əllərinizi və telefonu tez-tez silin. Aparılan araşdırmalar göstərir ki, koronavirus səthdə, 20 dərəcə temperaturda 2 gün, mənfi bir dərəcədə isə bir həftəyə qədər yaşaya bilər. Yəni soyuq yerdə daha çox yaşayır. Bundan başqa, belə bir şəraitdə kimsəsiz it və pişiklərə yaxın durmamaq tapşırılıb.

    N95 və ya 4 qatlı maskalar tövsiyə olunsa da, n95 maskaların effektivliyi dəqiq deyil. Hər halda artıq yoluxmuş şəxsin başqalarını yoluxdurmaması üçün maska taxması zəruridir və bu, mübahisə olunmur. Əgər kimsə yanınızda asqırıbsa, gözlərinizi yumub nəfəsinizi tutun ki, yoluxmaq riskini azalda biləsiniz.

    Çində bildiyiniz kimi, eynək taxanlar çoxdur, burundan nəfəs alanda eynəyin şüşələri tərləyir. Tərləməyin qarşısını almaq üçün maskanın üstünə salfet qoymaq tövsiyə olunur”.

    Donata sonda xəstəliyin simptonlarından söz açıb:

    “Əsas əlamətlər quru öskürək, ürəkbulanma və qızdırmadır. Lakin xəstəlik heç bir əlamət olmadan da irəliləyə bilər, belə hallarda olur. Yemək və ya kanalizasiya vasitəsilə yoluxmaq barədə hələlik heç bir məlumat yoxdur”. (publika.az)

  • Hikmət Hacıyev xarici ölkələrdəki vətəndaşlarımızın təxliyyəsi prosedurundan danışdı

    “Hazırda Xarici İşlər Nazirliyində operativ qərargah fəaliyyət göstərir. XİN tərəfindən səfirliklərin müraciətləri toplanır”.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, məlumatlar vahid bazada yığılır:

    “Ondan sonra Prezident Adminstrasiyasına, Nazirlər Kabineti yanında operativ qərargaha bu barədə məlumat verilir. Ölkələr üzrə məlumatlar fərqlidir. Bəzi vətəndaşlarımız konsulluq qeydiyyatında olmayıb və onların yenidən konsulluq qeydiyyatına alınması prosesi aparılır.

    Hər bir fərdi ölkələrə, vətəndaşların yığılma sayına uyğun olaraq, qlobal fövqəladə vəziyyəti nəzərə alaraq, burada prioritetlik dərəcəsi üzrə məsələlərə baxılır. Çünki azyaşlılar, qadınlar, xəstələr, tibib yardıma ehtiyacı olanlar və digər bu katerqiyadan olan insanlar var ki, birinci növbədə onların prioritetləşdirilməsi, ölkələr üzrə vətəndaşların təxliyyəsi prioritet olaraq qoyulub”.

    “Rəqəmlərin toplanması davam edir, ölkələr üzrə priotetləşdirilməsi və potensial uçuş icazələri üzrə nəzərdə tutula biləcək və həmin ölkələr tərəfindən irəli sürüləcək tələblər də nəzərə alınaraq, məsələ konkret cədvəl və qrafik struktura salınır”, – deyə H.Hacıyev qeyd edib.

  • Bakıda işləyən rayon qeydiyyatlı şəxslər şəhərə qayıda biləcək – RƏSMİ

    “Rayon qeydiyyatında olan vətəndaşlar Bakıdakı işlərinə gələ biləcəklər”.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O bildirib ki, bu məsələlər Daxili İşlər Nazirliyi tərəfindən yerindəcə həll olunacaq:

    “Yüzlərlə müxtəlif kombinasiyalı situasiyalar var. Bunların hamısını bir qayda, bir qərarla həll etmək mümkün olmur. Bu tipli situasiyalar yerində Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həll ediləcək. İnsanlar arxayın olsunlar ki, bu məsələlər vətəndaşların xeyrinə həll olunacaq”.

    “Vətəndaş Bakıda işləyirsə, iş yerinə çatmalıdırsa, bunlar vətəndaşların xeyrinə nizamlanacaq”, – deyə o qeyd edib.

  • Помощник Президента: Сотрудники Генеральных консульств и посольств Азербайджана продолжают свою работу

    “Во всех странах, где коронавирус получил широкое распространение, сотрудники Генеральных консульств, посольств Азербайджана, а также члены их семей, продолжают свою деятельность. Это касается Китая, Южной Кореи, Италии, Ирана и других государств”.

    Как сообщает Oxu.Az, об этом сказал помощник Президента Азербайджана, заведующий отделом по вопросам внешней политики Администрации Президента Азербайджана Хикмет Гаджиев в рамках брифинга оперативного штаба при Кабинете министров республики в связи с коронавирусом.

    По его словам, по распоряжению главы государства представители наших дипломатических ведомств Азербайджана должны продолжать свою работу и оказывать необходимую помощь нашим граждан в соответствующих странах.

  • Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirus yayılan ölkələrdən qaytarıla bilərmi? – RƏSMİ

    “Diplomatik nümayəndəliklərin rəhbərləri, səfirlər, Baş konsullar, Səfirlik və Baş konsulların işçiləri, onların ailə üzvləri koronavirus pandemiyasının yayıldığı ölkələrdə fəaliyyətlərini davam etdirir”.

    Oxu.Az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, koronavirus pandemiyası Çində başlayandan orada olan səfirliyimiz bu günə qədər tam tərkibdə fəaliyyət göstərir:

    “Cənubi Koreyada, İran İslam Respublikasında, İtaliyada, o cümlədən, digər koronavirusun yayıldığı ölkələrdə səfirliklər fəaliyyətini davam etdirir”.

    “Dövlət başçısı tərəfindən tapşırıq da verilib ki, diplomatik nümayəndəliklərimiz orada qalmalı, fəaliyyətlərini davam etdirməlidir. Onlar zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət etməli, kömək göstərməlidirlər”, – deyə Hikmət Hacıyev əlavə edib.

  • 65 yaşdan yuxarı şəxslər evlərində sosial məişət xidmətləri ilə təmin olunacaqlar – RƏSMİ

    “Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir”.
    “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
    Onun sözlərinə görə, xüsusi karantin dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) yaşı 65-dən yuxarı olan və hazırda tənha yaşayan vətəndaşların (o cümlədən ər-arvadların) qanunvericiliyə əsasən evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçiriləcək:
    “Belə ki, “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən tənha yaşayan və yaşı 70-dən yuxarı olan, ahıl şəxslər evlərində sosial məişət xidmətləri ilə təmin olunurlar. Onlara ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərirlər. Bundan sonra karantin dövrü ərzində həmin sosial məişət xidmətləri yaşı 65-dən yüksək olan və tənha yaşayan vətəndaşları da əhatə edəcək”.
    “Beləliklə, bu kateqoriyadan olan tənha şəxslərin də evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və s. ilə bağlı evdən bayıra çıxamalarına ehtiyac qalmadan, bu istiqamətdə elə evlərində dəstəklə təmin olunacaq, ehtiyac duyduqları sosial məişət xidmətləri ilə əhatə olunacaqlar.
    Bunun üçün yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınmalıdırlar. Bundan sonra qeyd edilən xidmətlər onlara göstəriləcəkdir”, deyə nazirlik sözçüsü bildirib.

  • Nazirlər Kabineti rəsmisi kreditlərin ödənilməsi məsələsindən danışdı – RƏSMİ

    “Koronavirus pandemiyası dövründə vətəndaşların kreditləri ödəməsi məsələsi ilə bağlı təkliflər hazırlanır”.

    Median.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə iqtisadi artımı saxlamaq, insanların müdafiəsini gücləndirmək, iqtisadi itkilərin vurduğu ziyanı minimallaşdırmaq üçün təkliflər verilib, İşçi Qrupu formalaşdırılıb:

    “İşçi qrupa 15 gün vaxt verilib ki, aprelin 3-dək bu təkliflər hazırlansın və Nazirlər Kabinetinə təqdim olunsun”.

    O əlavə edib ki, Prezidentin siyasi iradəsi ilə insanların üzərinə düşən ağırlığa dövlət şərik olacaq və onu yüngülləşdirməyə çalışacaq:

    “Bunun hansı formada olacağı isə təkliflərdən asılı olacaq”.//oxu.az