Month: March 2020

  • Azərbaycanda fövqəladə vəziyyət elan olunacaq? – RƏSMİ AÇIQLAMA

    “Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələlik ehtiyac duyulmur”.

    Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, fövqəladə vəziyyətin elan edilməsi istisna da edilmir:

    “Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edəcəksə, fövqəladə vəziyyət elan edilə bilər”.

  • Большинство заразившихся в Азербайджане COVID-19 лица среднего возраста

    Большинство зараженных в Азербайджане коронавирусом – лица в возрасте от 29 до 50 лет.

    Как сообщает Oxu.Az, об этом замминистра здравоохранения Азербайджана Виктор Гасымов заявил на брифинге оперативного штаба при Кабинете министров республики в понедельник.

    “Примерно 30 больных заразились за рубежом. Все остальные случаи фиксировались внутри страны. Больше всего фактов обнаружено на юге Азербайджана”, – подчеркнул он.

    По его словам, всего среди инфицированных два иностранца, остальные – граждане Азербайджана.

    “В республике в настоящее время коронавирусом инфицирован 61 человек. Мы не ведем статистику по регионам, поскольку количество больных, к счастью, не такое большое. Состояние многих стабильное, скоро число выздоровевших увеличится”, – сказал глава пресс-службы Кабинета министров Азербайджана Ибрагим Мамедов.

    Помощник Президента Азербайджана, завотделом Администрации Президента по вопросам внешней политики Хикмет Гаджиев, в свою очередь, отметил, что инфекция обнаружена также у эвакуированных в страну граждан.

    “Троим из больных меньше 18 лет. Их состояние нормальное, на днях их отпустят домой”, – отметил он.

    В Азербайджане зафиксировано 72 случая заражения коронавирусом. Десять человек выздоровели, один скончался.

  • Azərbaycanda koronavirusa görə istehsalın dayandırılması gündəlikdə deyil – RƏSMİ

    “İnfeksiyaya qarşı mübarizədə zəruri olan məhsulların ölkə daxilində istehsal olunması məsələsi gündəmdədir”.

    Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, istehsal sahələrində insanların izolyasiyası gündəlikdə deyil:

    “İstehsalın dayandırılması gündəlikdə deyil. Qərarlar və qadağalarla həyatın bütün sferalarını əhatə etmək mümkün deyil. İstehsal sahəsində rəhbərlik yoluxma gördükdə zəruri qərar qəbul edə, tədbirlər görə bilər”.

    “Situasiyanın mürəkkəbliyi ondadır ki, infeksiyaya qarşı mübarizə aparılmalıdır, həm də ticarət əlaqələri, istehsal olmalıdır ki, ölkədə ərzaq təhıükəsizliyi təmin edilsin”, – deyə İ.Məmmədov qeyd edib.

  • AQTA: Əllər, qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdır

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yoluxucu xəstəliklərdən qorunmaq üçün qida ilə necə davranmalı olduğu barədə məlumat hazırlayıb.

    AQTA-dan APA-ya verilən məlumata görə, bunun üçün ilk növbədə əllər, qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdır:

    “Meyvə və tərəvəzlər təmiz yuyulmalı, qidalar lazımi temperaturda bişirilməli və saxlanmalı, bişirildikdən sonra otaq şəraitində saxlanmamalı, dərhal soyudulmalıdır. Eyni zamanda çarpaz çirklənməyə yol verilməməli (məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır) və mətbəx mütəmadi təmizlənməli və dezinfeksiya edilməlidir”.

  • Angela Merkeldə koronavirus aşkarlanmayıb

    Almaniya kansleri Angela Merkeldə koronavirus aşkar olunmayıb.

    APA-nın “DPA” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə kanslerin mətbuat katibi Şteffen Zaybert bildirib.

    “Koronavirusla bağlı bugünkü testin nəticəsi mənfidir. Növbəti günlərdə əlavə yoxlamalar aparılacaq”, – Zaybert bildirib.

    Xatırladaq ki, bir neçə gün öncə Angela Merkeli pnevmoniya infeksiyasına qarşı peyvənd edən həkimdə koronavirus aşkarlanıb. Bundan sonra Almaniya kansleri karantinə alınıb, onun səhhətinin normal olduğu və iş fəaliyyətinə evdən davam etdiyi bildirilib.

  • Koronavirus ən çox harada yayılıb? – İbrahim Məmmədov aydınlıq gətirdi

    “Əslində, Azərbaycanda olan xəstələrin sayı bölgü aparmağa icazə vermir”.

    Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O, Sumqayıt şəhərində və Şəki rayonunda koronavirusa yoluxanların sayının çox olması barədə yayılan məlumatlara da münasibət bildirib:

    “Koronavirusa yoluxmuş 61 xəstə var ki, onun da 10-dan artığı yaxın vaxtlarda evə buraxılacaq vəziyyətdədir. Regionların adını çəkməklə, qırmızı zona elan etmək mümkün deyil, həm də təhlükəlidir.

    Bundan çəkinmək lazımdır. Koronavirusa yoluxan 61 nəfərin çoxu xaricdən gəlib, kiçik hissəsi daxildədir”.

  • Koronavirusa daha çox bu zonanın əhalisi yoluxub – RƏSMİ

    “Fevralın axırı-martın əvvəli koronavirus xəstəliyi xaricdən gələn vətəndaşlarla ölkəyə idxal olunurdu. Bundan sonra xəstəlik halları ölkə daxilində qeydə alınmağa başladı”.

    Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, cənub zonasında xəstəliyə yoluxma halı daha çoxdur:

    “Bu da sərhədlərin tam bağlanmaması ilə əlaqədar idi. Müəyyən sayda soydaşımız İrandan ölkəyə daxil olmuşdu, çox güman ki, onlar arasında xəstəlik daşıyıcıları da var idi. Ona görə böyük miqyasda testləşmə nəticəsində bunları aşkar edirik”.

  • Минздрав: В Азербайджане коронавирусом заразились 72 человека

    В Азербайджане зафиксировано 72 случая заражения коронавирусом.

    Как сообщает Oxu.Az, об этом замминистра здравоохранения Азербайджана Виктор Гасымов заявил на брифинге оперативного штаба при Кабинете министров республики в понедельник.

    “В лабораторных условиях проверены тесты, взятые у более чем 10 тысяч человек. У 72 из них обнаружен коронавирус. Из них десять выздоровели, один скончался”, – сказал он.

    По словам В.Гасымова, в настоящее время на карантине в Азербайджане находятся 1000 человек.

  • Azərbaycanda 72 nəfər koronavirusa yoluxub – RƏSMİ

    “10 min nəfərdən artıq şəxsin testləri laboratoriyada yoxlanılıb”.

    Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

    O qeyd edib ki, ölkə üzrə 72 koronavirusa yoluxma halı aşkar olunub:

    “Onlardan 10 nəfəri sağalıb. Bir nəfəri isə vəfat edib”.

    Nazir müavini əlavə edib ki, hazırda karantində 1000 nəfər saxlanılır.

  • Azərbaycana koronavirus üçün ekspres testlər gətiriləcək? – RƏSMİ

    “Ölkədə bu gün kifayət qədər test var, əlavə testlərin də gətirilməsi nəzərdə tutulub”.

    Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən laboratoriyalarda koronavirusla bağlı müayinələr aparılır:

    “İlk olaraq Azərbaycana Türkiyədən testlər gətirdik. Ondan sonra ÜST və digər qurumlar tərəfindən ölkəyə testlər gətirilib”.

    “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva koronavirusla bağlı digər ölkələrdə tətbiq edilən ekspres testlərlə bağlı məsələyə də aydınlıq gətirib:

    “Bu testlərin heç biri ÜST tərəfindən təsdiqlənmədiyi üçün daha dəqiq metodla testlərin aparılmasına üstünlük verilir”.