Month: March 2020

  • Avtobusların normadan artıq sərnişin daşıması qadağan edildi – RƏSMİ

    “Səfərbərlik, hərbi xidmətə çağırış hökumətin diqqət mərkəzindədir. Yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcək”.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O, həmçinin, ictimai nəqliyyatda sərnişin daşınması məsələsindən də danışıb:

    “Avtobuslarda olan yer qədər sərnişin daşınmasına imkan veriləcək. Ümumiyyətlə, hər şey ediləcək ki, ölkə daxilində koronavirusa yoluxma minimallaşdırılsın və lokallaşdırılsın”.

  • Bu şəhərlər arasında gediş-gəliş sərbəst olacaq – RƏSMİ AÇIQLAMA

    “Sumqayıt, Abşeron və Bakı daxilində sərnişinlərin gediş-gəlişi sərbəst olacaq”.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O qeyd edib ki, bölgələrdə olan Bakı qeydiyyatlı vətəndaşların da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gəlmələrinə icazə veriləcək.

  • Azərbaycanda koronavirusa yoluxanların əsas yaş qrupları açıqlandı – RƏSMİ

    “Koronavirusa yoluxanlardan 30-a yaxını xaricdən gələn şəxslərdir”.

    Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, digərləri ölkə daxilində yoluxanlardır.

    Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev əlavə edib ki, koronavirusa yoluxanlar arasında xaricdən təxliyyə edilən şəxslər də var.

    O qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər üç nəfər koronavirusa yoluxub:

    “Həmin şəxslərin vəziyyəti normaldır. Onlar yaxın günlərdə evə buraxılacaq”.

  • “Mall”arda bu obyektlər işləyə bilər – RƏSMİ

    Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılır.

    Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

    Qərara əsasən, ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin ediləcək.

  • Həssas qruplara aid olan yaşlılara bu şəxslər xidmət edəcək – RƏSMİ

    “Xüsusi həssas qrupların təhlükədən qorunması ilə bağlı Tədbirlər Planı, təkliflər hazırlanır”.

    Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, qısa müddətdə təkliflər elan olunacaq:

    “65 yaşdan yuxarı insanlar, xüsusilə tənha adamlara sosial xidmətlər göstəriləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmətçilər var. Onlar əvvəllər də işləyirdi, sadəcə, onların xidmət etdiyi insanların sayı artıq artacaq”.

  • 65 yaşdan yuxarı olan səhiyyə işçiləri adi rejimdə işlərini davam etdirəcək

    Yaşı 65-dən yuxarı olan səhiyyə işçiləri adi rejimdə işlərini davam etdirəcək.

    “Report” xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

    O, bildirib ki, yaş məhdudiyyəti əsasən tənha şəxslər üçün keçərlidir.

    V.Qasımov əlavə edib ki, ölkə daxilində də xəstəliyin yayılması var.

    Nazir müavini xatırladıb ki, ölkə xəstəliklə mübarizəyə hələ fevral ayından başlanılıb: “Əsas gözlənilməli məqam gigiyena qaydalarına düzgün əməl etmək lazımdır. Hesab edirəm ki, xüsusi karantin rejiminə hər kəs ciddi riayət edəcək”.

  • Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

    Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.

  • Представитель правительства: В Азербайджане коронавирусом болеет 61 человек

    “До сих пор по распоряжению Президента Ильхама Алиева была проделана большая работа и даны важные указания в направлении борьбы с коронавирусом. Делается все для предотвращения проникновения этого вируса в Азербайджан из других государств. Въезжающие в страну граждане помещаются на карантин”.

    Как сообщает Oxu.Az, об этом руководитель пресс-службы правительства Азербайджана Ибрагим Мамедов заявил на брифинге оперативного штаба при Кабинете министров республики.

    По его словам, уже есть факт заражения коронавирусом внутри страны.

    “В республике отмечен 61 факт инфицирования коронавирусом. Одновременно, лицам старше 65 лет запрещается покидать свои дома”, – сказал И.Мамедов.

  • Nazirlər Kabineti rəsmisi: “Artıq ölkə daxilində koronavirusa yoluxma var”

    “İndiyə qədər Prezident İlham Əliyevin göstərişi ilə koronavirusla bağlı bir çox işlər görülüb və mühüm tapşırıqlar verilib. Xaricdən Azərbaycana bu virusun daxil olmasının qarşısı alınır. Ölkəyə gətirilən insanlar karantində saxlanılırlar”.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, artıq ölkə daxilində koronavirusa yoluxma var:

    “Ölkədə 61 koronavirusa yoluxma halı aşkarlanıb. Eyni zamanda, 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan olunub”.

  • FİFA və UEFA iki mövsümü birləşdirmək istəyir

    FİFA və UEFA koronavirus pandemiyası üzündən dayandırılan milli liqalar və qitə miqyaslı turnirləri xilas etmək üçün müxtəlif variantları götür-qoy edir.

    Apasport.az saytının məlumatına görə, bunlardan biri sona çatdırılması da sual altında olan 2019/20 mövsümünün növbəti ilə birləşməsidir.

    Söhbət 2019/20 və 2020/21 mövsümlərini 2019/21 ilə əvəzolunmasından gedir. Hər iki qurum üçün cari mövsümün sona çatdırılması daha prioritetdir. Lakin bu istək alınmasa, mövsümlərin birləşdirilməsi xilas yolu olacaq.

    Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkənin liqalarından 54-də yarış dayandırılıb. Yeganə istisna Belarus çempionatıdır.