Month: March 2020

  • Azərbaycanda karantin elan olundu – RƏSMİ

    Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

    Oxu.Az xəbər verir ki, iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. Bu müddət ərzində:

    1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.

    2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, .Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın.

    3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.

    4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.

    5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

    6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.

    7. İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.

    8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;

    9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;

    10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.

    11. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

  • Агентство DOST перевело средства в Фонд поддержки борьбы с коронавирусом

    Публичное юридическое лицо “Устойчивое и оперативное агентство социального обеспечения” DOST присоединилось к мерам, осуществляемым в стране в рамках борьбы с угрозой коронавирусной инфекции.

    Об этом сообщает Министерство труда и социальной защиты населения Азербайджана.

    Как отмечается, в поддержку этих мер Агентство DOST перевело в Фонд поддержки борьбы с коронавирусом 100 тысяч манатов.

  • DOST koronavirusla mübarizəyə 100 min manat ayırdı

    Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVID-19) qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat – DOST Agentliyi də öz dəstəyini göstərib.

    DOST Agentliyi dövlət başçısının fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb.

    Agentliyin kollektivi əmindir ki, qlobal pandemiyanın respublikamızda yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən aparılan ciddi profilaktik və preventiv tədbirlər öz uğurlu nəticəsini verəcək.

  • МВД Азербайджана о нарушениях введенного оперативным штабом режима

    В Азербайджане предпринимаются беспрецедентные меры борьбы с коронавирусом. Решением оперативного штаба при Кабинете министров в стране, в том числе, применяется режим самоизоляции граждан. В республике также введено ограничение на деятельность ресторанов и кафе, которые, согласно введенным правилам, должны закрываться в 15:00.

    Предпринимаемые правительством меры предупреждения угрозы распространения инфекции находят понимание у населения страны.

    Однако, как сообщает пресс-служба Министерства внутренних дел Азербайджана, в ряде городов и районов республики владельцы отдельных предприятий общественного питания не соблюдают введенные Кабмином правила: их объекты продолжают действовать и после 15:00.

    В ходе проверок было установлено, что 411 объектов общепита, в нарушение известного решения оперативного штаба при Кабмине, продолжают работать и после 3 часов дня. 154 из этих предприятий общепита действуют в Баку.

    В результате, владельцам 347 таких объектов было вынесено предупреждение, в отношение хозяев 71 предприятия общепита применен административный штраф.

    Одновременно, три человека были задержаны в административном порядке за распространение среди населения дезинформации, связанной с инфекцией коронавируса, сообщили в пресс-службе МВД.

    Как сообщалось, оперативный штаб при Кабмине, с целью недопущения распространения в Азербайджане коронавируса COVID-19, принял решение, согласно которому с 00:00 19 марта и до 29 марта приостанавливается въезд в Баку, Сумгайыт и Абшеронский район транспортных средств, зарегистрированных в других районах и городах республики, за исключением автомобилей специального назначения, в том числе скорой медицинской помощи, аварийно-ремонтных и спасательных служб, а также грузовиков.

    Также в указанный период запрещается въезд в столицу, Сумгайыт и Абшеронский район граждан с региональной пропиской.

    В этой связи на развернутых на 65-м километре трассы Баку-Газах, 45-м километре автодороги Баку-Губа и 26-м километре автотрассы Баку-Шамахы контрольных постах круглосуточное дежурство осуществляют сотрудники Главного управления Государственной дорожной полиции и Отдельного полка быстрого реагирования.

    В результате проверок более 4000 автомобилей, направлявшихся в Баку, Сумгайыт и Абшеронский район, полиция развернула обратно.

  • Koronavirusla bağlı yalan məlumatlar yayanlar həbs edildi – RƏSMİ

    Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində zəruri sosial izolyasiya tədbirləri tətbiq edilir.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, konkret olaraq kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb, restoran və kafelərdə iş rejimi saat 15:00-dək müəyyən edilib.

    Tətbiq olunan məhdudiyyətlər vətəndaşlar tərəfindən bütövlükdə anlayışla qarşılanır, dövlətin həyata keçirdiyi tədbirlər dəstəklənir.

    Lakin respublikanın bəzi şəhər və rayonlarında ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozub saat 15.00-dan sonra da fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilmiş nəzarət tədbirləri ilə müəyyən edilmiş konkret vaxtdan sonra fəaliyyətini dayandırmayan respublika üzrə 411, o cümlədən Bakı şəhərində 154 obyekt müəyyən edilib. Göstərilən səbəbdən 347 obyekt sahibinə xəbərdarlıq olunmuş, 71 obyekt sahibi barəsində inzibati cərimə tətbiq edilib.

    Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar əhali arasında dezinformasiya xarakterli məlumatlar yaydığına görə üç nəfər inzibati qaydada həbs olunub.

    Xatırladaq ki, respublikanın şəhər və rayonalarında qeydiyyatda olan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasının dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarının icrası çərçivəsində Bakı-Qazax avtomobil yolunun 65-ci, Bakı-Şamaxı avtomobil yolunun 26-cı və Bakı-Quba avtomobil yolunun 45-ci kilometrliklərində sutkalıq fəaliyyət göstərən üç xüsusi polis postu yaradılıb.

    Bugünədək müəyyən edilmiş məhdudiyyəti pozmaqla, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna daxil olmaq istəyən 4 000 avtomobil geri qaytarılıb.

    Qeyd olunmalıdır ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılanmasını xahiş edirik.

  • AZAL меняет терминал вылета

    В связи с сокращением количества полетов, выполняемых через Международный аэропорт Гейдар Алиев, с 00:00 24 марта все рейсы будут обслуживаться через второй терминал (Terminal 2).

    Отметим, что все структуры “Азербайджанских Авиалиний” (AZAL) в рамках борьбы с распространением коронавирусной инфекции (COVID-19) продолжают работать в усиленном режиме и в тесном контакте с правительственными структурами.

  • Heydər Əliyev Beynəlxalq Aeroportunda reyslər ikinci terminaldan həyata keçiriləcək

    Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, koronavirus infeksiyasının (COVİD-19) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.

  • Министр: В Азербайджане нет дефицита для удовлетворения потребностей населения в ежедневных товарах – ВИДЕО

    В Азербайджане определены 12 сфер бизнеса, наиболее всего пострадавших от коронавируса COVID-19, заявил министр экономики Микаил Джаббаров.

    “На начальном этапе определены 12 сфер, которые больше всего пострадали от коронавируса. Это туризм, отельный бизнес, общепит, сектор развлечений, транспорт, торговые центры и др. Государство планирует предоставить пострадавшим налоговые каникулы, налоговые льготы, смягчение условий кредитования. С этой целью госструктуры, Центральный банк и Ассоциация банков ведут определенные обсуждения”, – сказал Джаббаров в интервью пресс-службе ведомства, сообщает “Интерфакс-Азербайджан”.

    По его словам, госструктуры с целью минимизации нанесенного ущерба бизнесу подготовят и представят президенту страны соответствующие предложения.

    Джаббаров добавил, что Президент Азербайджана Ильхам Алиев подписал указ о выделении из госбюджета 1 млрд манатов (около 600 млн долларов) на реализацию мер, направленных на поддержку бизнеса, пострадавшего от коронавируса. “Эта сумма эквивалентна 1,2% ВВП Азербайджана за 2019 год, и эти средства позволят смягчить негативное влияние пандемии”, – отметил министр.

    Глава Минэкономики добавил, что в Азербайджане нет дефицита для удовлетворения потребностей населения в ежедневных товарах, власти страны активно работают с крупными поставщиками, сформированы необходимые резервы.

    По его словам, правительство Азербайджана призывает частный сектор ввести мораторий на аннулирование трудовых контрактов с работниками в условиях коронавируса и ограничения бизнес-деятельности.

    “Цель министерства экономики – обеспечить устойчивость экономики Азербайджана в сложившихся условиях. В течение 15 дней будут подготовлены предложения по поддержке бизнеса, пострадавшего от пандемии коронавируса. Эти предложения будут включать налоговые льготы и каникулы, реструктуризацию кредитов и другие шаги. Эти меры должны позволить поддержать экономический рост в стране”, – сказал Джаббаров.

    Министр в новых экономических реалиях, сложившихся из-за коронавируса, обратил внимание на два момента.

    “Первый момент: в нынешних условиях бизнес должен продемонстрировать социальную солидарность и ввести мораторий на аннулирование трудовых контрактов с работниками. Государство со своей стороны будет контролировать этот вопросов, а с другой – окажет необходимую поддержку. Мой меседж предпринимателям – государство в это время рядом с вами, будет стараться пресечь любые барьеры для сохранения и восстановления ликвидности бизнеса”, – отметил он.

    “Второй момент – я хочу обратиться к владельцам торговых центров (ТЦ), ярмарок, моллов. Им нужно заморозить арендную плату для предпринимателей и эта наша рекомендация для них на ближайшие месяцы. Это тоже социальный подход, в трудные времена необходима взаимная поддержка. К нам поступают определенные сигналы, что некоторые владельцы ТЦ не соблюдают эти рекомендации. Мы посредством диалога намерены решить с ними эти вопросы”, – сказал глава Минэкономики.

    Джаббаров добавил, что Минэкономики также не допустит ценовых манипуляций на продовольственном рынке.

  • Mikayıl Cabbarov: “İxtisara yol verən sahibkarlara qarşı ciddi tədbirlər görüləcək” – VİDEO

    İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus pandemiyasının, həmçinin, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların milli iqtisadiyyata mənfi təsirlərinin azaldılması istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərlə bağlı müsahibə verib.

    Oxu.Az-ın məlumatına görə, nazir iqtisadiyyatın hazırkı durumu, dövlət tərəfindən nəzərdə tutulan dəstək tədbirlərinin istiqamətləri, habelə daxili bazarın sosial əhəmiyyət kəsb edən məhsullarla təminatı sahəsində həyata keçirilən işlər barədə məlumat verib.

    M.Cabbarov bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyasının, həmçinin, dünya bazarlarında yaranmış böhran vəziyyətinin milli iqtisadiyyata, özəl sektora, o cümlədən, əmək bazarına və əhalinin məşğulluğuna mənfi təsirlərinin azaldılması üçün bütün zəruri addımları atır.

    Ölkə Prezidentinin müvafiq fərmanları ilə bu məqsədlə bir milyard manat həcmində vəsait ayrılıb, habelə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

    Bu tədbirlərin Azərbaycan xalqının rifahı üçün atılmış tarixi addım olduğunu qeyd edən nazir ayrılmış vəsaitin ötənilki ÜDM-in 1,2 faizi həcmində olduğunu, pandemiyanın və xarici iqtisadi şokların sosial-iqtisadi təsirlərinin yumşaldılması üçün kifayət qədər təsirli maliyyə dəstəyi rolunu oynadığını bildirib və eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianələr ayıran iş adamlarına və şirkətlərə təşəkkürünü bildirib.

    Nazir mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən, iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi üzərində intensiv iş aparıldığını diqqətə çatdırıb.

    Bu məqsədlə yaradılmış İşçi qrup tərəfindən ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalmış təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib. Bunlar turizm, hotel, iaşə, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. sahələrdir.

    İqtisadiyyat naziri vurğulayıb ki, dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir. Bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır.

    M.Cabbarov qeyd edib ki, İşçi qrup biznesin qorunması və dəyən zərərlərin minimallaşdırılması üçün müvafiq təkliflər hazırlayaraq dövlət başçısına təqdim edəcək. Eyni zamanda, işəgötürənlər də öz növbəsində mövcud şəraitdə icarədarlarla münasibətlərə yenidən baxmalı, imkan daxilində icarə haqlarının dondurulması və s. kimi məsələləri müzakirə etməlidirlər.

    Nazir iş yerlərinin və məşğulluğun qorunmasının dövlətin diqqət mərkəzində olduğunu, işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin ediləcəyini bildirib. M.Cabbarov işəgötürənlərə müraciət edərək, onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarı və ya işdən çıxarılması hallarına yol verməməyə, sosial məsuliyyət prinsiplərinə sadiq qalmağa çağırıb və vurğulayıb ki, əks təqdirdə, hökumət həmin sahibkarlara münasibətdə ciddi tədbirlər görəcək.

    İqtisadiyyat naziri ölkənin gündəlik tələbat malları ilə təminatı sahəsində hər hansı çətinliyin olmadığını, hökumətin iri təchizatçılarla sıx şəkildə işlədiyini, ölkənin tələbatları üçün zəruri həcmdə ehtiyatların formalaşdırıldığını və daxili bazarın lazımi məhsullarla tam təmin edildiyini bir daha diqqətə çatdırıb.

  • Sumqayıtda ağır qəza: Altı nəfər yaralandı – VİDEO

    Sumqayıtda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb.

    Belə ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan “Ford” markalı mikroavtobus “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Dərhal əraziyə Sumqayıt şəhər Təcili Tibbi Yardım biriqadası çağrılıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Qəzaya yüksək sürətin və sürücü məsuliyyətsizliyin səbəb olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.