Month: March 2020

  • Prezidentin köməkçisi xaricdəki Azərbaycan vətəndaşlarına səsləndi

    “Vətəndaşların gəlməsi üçün zəruri tədbirlər həyata keçirilir”.

    Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

    H.Hacıyev qeyd edib ki, vətəndaşlarımız xarici ölkələrdə karantin rejiminə əməl etsinlər və səyahətlərdən uzaq dursunlar:

    “Vətəndaşların özünütəcrid rejimində yeri və şəraiti varsa, həmin ölkənin karantin rejiminə əməl edərək, qalması vacibdir. Azərbaycan dövləti hər bir vətəndaşın yanındadır”.

  • Оперативный штаб проводит брифинг в связи с объявленным в Азербайджане карантином – ПРЯМОЕ ВКЛЮЧЕНИЕ

    Оперативный штаб при Кабинете министров Азербайджана проводит брифинг для представителей СМИ.

    Как сообщает Oxu.Az, в пресс-конференции участвуют помощник Президента Азербайджана Хикмет Гаджиев, замминистра здравоохранения Виктор Гасымов, заведующая отделом профилактики и контроля заболеваний Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Ягут Гараева и руководитель пресс-службы Кабинета министров Ибрагим Мамедов.

  • Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir – CANLI YAYIM

    Nazirlər Kabinetinin yanında operativ qərargahın KİV nümayəndələri üçün brifinqi keçirilir.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, konfransda Prezidentin köməkçisi Hikmət Hacıyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov iştirak edir.

  • BNA xüsusi karantin rejimində ekspress avtobus xətlərinin təşkili ilə bağlı açıqlama yayıb

    Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında iki istiqamət üzrə xüsusi ekspress avtobus xətləri təşkil edilir.

    Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumatda bildirilir ki, M1 və M2 ekspress marşrut xətləri avtobuslar 06:00-22:00 arası fəaliyyət göstərəcək. Ekspress xətlər üzrə avtobusların yalnız metro stansiyaların çıxışlarında olan dayanacaq məntəqələrində dayanacaq.

    M1 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – Azadlıq pr. m/st. – 3-cü mkr. dairəsi (M.Əcəmi m/st.) – 20 Yanvar m/st. (ümumilikdə 11 m/st.)

    M2 – xətti: H.Aslanov m/st. – Əhmədli m/st – Xalqlar Dostluğu m/st. – Neftçilər m/st. – Q.Qarayev m/st. – Koroğlu m/st. – N.Nərimanov m/st. – Gənclik m/st. – 28 May m/st. – Sahil m/st. – İçərişəhər m/st. – Nizami m/st. – Elmlər Ak. m/st. – İnşaatçılar m/st. – 20 Yanvar m/st. (ümumilikdə 15 m/st.)

    Ekspress xətlər üzrə avtobuslar 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək. Marşrutlar üzrə sərnişindaşımalar “BakuBus” MMC-nin istismarında olan 30 ədəd (M1- 13 ədəd; M2 – 17 ədəd) böyüktutumlu (12 m) avtobuslarla həyata keçiriləcək. Zərurət yaranacağı halda böyüktutumlu (18 m) avtobusların istismarı nəzərdə tutulub. Hər iki xətt üzrə gediş haqqı 0.30 qəpik müəyyən edilib və ödəniş nağdsız formada “BakıKart”-la olacaq.

    Məlumatda bildirilir ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcək.

    BNA sərnişinlərdən metrodan istifadəni minimuma endirməyi, yerüstü nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edir. Həmçinin zərurət olmadığı halda evdən çıxmamaq tövsiyə olunur.

  • Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət DİN-ə tapşırıldı – RƏSMİ

    Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə (DİN) həvalə edilib.

    Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

    Qeyd edək ki, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

  • Грузия с 24 марта приостанавливает движение междугороднего общественного транспорта

    Движение всех видов междугороднего общественного транспорта в Грузии будет приостановлено со вторника, 24 марта в рамках мер противовирусной безопасности, заявил в понедельник на брифинге советник премьер-министра Грузии Ираклий Чиковани.

    “На сегодняшнем заседании координационного совета по борьбе с распространением коронавируса было принято решение о запрещении передвижения транспорта внутри Грузии между городами, в том числе пассажирских перевозок железной дорогой”, – сказал Чиковани, передает “Интерфакс-Азербайджан”.

    Он сообщил, что в Грузии зафиксированы 54 случая заражения коронавирусом, восемь пациентов выздоровели.

  • Bakı Media Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb

    Bakı Media Mərkəzi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Mərkəz COVİD-19-la mübarizəyə dəstək məqsədilə fonda 100 min manat məbləğində vəsait köçürüb.

    Bakı Media Mərkəzi bildirir ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə dövlət başçısının çağırışına dəstək olaraq bundan sonra da üzərinə düşən sosial məsuliyyəti yerinə yetirəcək.

    Xatırladaq ki, Bakı Media Mərkəzi dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq xüsusi video-çarxlar da hazırlayıb. Vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial video-çarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.

  • “Sədərək” və “Binə” ticarət mərkəzləri fəaliyyətini dayandıracaq

    “Səhiyyə işçilərinin güclü fəaliyyətinə baxmayaraq ölkə daxilində virusa yoluxma faktları var”.

    “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

    O bildirib ki, dünyadakı vəziyyət nəzərə alınaraq xüsusi karantin rejimi tətbiqi qərarı qəbul edildi.

    İ.Məmmədov əlavə edib ki, xüsusi yaş qruplarında olan şəxslər üçün tədbirlər planı hazırlanır: “Qısa müddətdə planda əksini tapan məsələlər açıqlanacaq”.

    Martın 24-dən etibarən Sədərək və Binə ticarət mərkəzləri də fəaliyyətini dayandıracaq.

  • İctimai iaşə müəssisələrində xidmət vaxtı üç saata endirildi – RƏSMİ

    Azərbaycanda ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunacaq.

    Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

    Qərara əsasən ictimai iaşə müəssisələrində müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilir. Evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

  • Bu maşınların Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş-çıxışı məhdudlaşdırılır – RƏSMİ

    Azərbaycanda xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılır.

    Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.