Month: March 2020

  • Nazirlər Kabinetinin növbəti iclası keçirildi

    Martın 19-da Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamdan irəli gələn tapşırıqların icrasına həsr olunmuş ilk iclası keçirilib.

    Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda təcili və təxirəsalınmaz tədbirlərin görülməsi, makroiqtisadi sabitliyin qorunması və fiskal dayanıqlığın təmin olunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin və iqtisadi artımın dəstəklənməsi, ölkə iqtisadiyyatının xarici təsirlərə davamlılığının gücləndirilməsi, görüləcək tədbirlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən olunması haqda məsələlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

    İşçi qruplara tapşırılıb ki, vahid tədbirlər planının hazırlanması üçün təkliflərini təqdim etsin.

  • Azərbaycanda yaşlı şəxslərin evdən çıxması qadağan olundu – RƏSMİ

    Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib.

    Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilməlidir.

  • Известен результат анализа Ангелы Меркель на Covid-19

    Канцлер ФРГ Ангела Меркель сдала анализы на коронавирус Covid-19, первый результат отрицательный, заявил официальный представитель правительства ФРГ Штеффен Зайберт.

    “Сегодняшний тестовый результат негативный”, – сказал Зайберт, его цитирует телеканал N-tv, передает “Интерфакс”.

    По словам Зайберта, в ближайшие дни канцлер снова должна будет пройти обследование на предмет наличия или отсутствия в ее организме вируса.

  • Dövlət Gömrük Komitəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat ayırdı

    Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə görülən tədbirlərə Dövlət Gömrük Komitəsi tərəfindən də dəstək verilib.

    Median.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb.

    Dövlət Gömrük Komitəsinin əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrindən 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.//oxu.az

  • Xaricdə olan Azərbaycan vətəndaşları xüsusi çarter reysləri ilə Azərbaycana gətiriləcək

    Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin ediləcək.

    Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

  • FHN: Gürcüstanla sərhəddə qəbul-çeşidləmə məntəqələri qurulub – FOTO/VİDEO

    Gürcüstanla sərhəddə Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” və Balakən rayonunun ərazisində yerləşən “Mazımçay” sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqələri qurulub.

    Oxu.Az xəbər verir ki, Nazirlik tərəfindən görülən tədbir Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq həyata keçirilib.

    Fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələrdə hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları fəaliyyət göstərir.

    Belə ki, sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə ediləcək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin olunacaq.

    Hər bir qəbul-çeşidləmə məntəqəsində 20 çadır olmaqla eyni vaxtda 100 nəfərin qalmasına şərait var. Məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub. Zərurət yarandıqda çadırların sayı qısa müddətdə artırıla bilər.

  • Koronovirusla mübarizə məqsədilə Yol Polisi maraqlı aksiya keçirdi – FOTO

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı Respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə maraqlı aksiya təşkil edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitələri saxlanılaraq, sürücü və sərnişinlərə tibbi spirt, maska və əlcək verilib. Həmçinin, gigiyena qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb.

    Polis əməkdaşları həmin şəxslərə evdə qalmaları və ehtiyac olmadığı təqdirdə çölə çıxmamalarını tövsiyə ediblər.

    Sürücülər də onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

  • Azərbaycanda qrup halında toplaşmağa qadağa qoyuldu – RƏSMİ

    Azərbaycanda ictimai yerlərdə, o cümlədən, küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan olunub.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib.

  • Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı – RƏSMİ

    Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılır.

    Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

    Həmin müddətdə Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq edəcək. Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

  • В Азербайджане официально объявлен карантин, вводится особый режим – ОБНОВЛЯЕТСЯ

    В понедельник под председательством премьер-министра Али Асадов состоялось очередное заседание Кабинета министров Азербайджана.

    Как сообщает Oxu.Az, по итогам заседания было принято решение о введении в стране особого режима с целью предотвращения распространения инфекции коронавируса.

    “В связи с объявленной в мире пандемией коронавируса, и учитывая опыт различных стран в направлении борьбу с инфекцией COVİD-19, с целью обеспечения защиты здоровья населения, в соответствии со статьей 25 Закона “О санитарно-эпидемиологическом здоровье” АР, в Азербайджане с 00:00 часов 24 марта по 20 апреля включительно объявляется режим особого карантина”, – говорится в сообщении оперативного штаба.

    1. В течение этого периода запрещается выходить из дома людям в возрасте старше 65 лет. Одиноким гражданам этой категории лиц будут оказываться социальные услуги, в соответствии с действующим законодательством.

    2. Ограничивается въезд в Баку, Сумгайыт и Абшеронский район транспортных средств, за исключением автомобилей специального назначения, в том числе скорой медицинской помощи, аварийно-ремонтных и спасательных служб, а также грузовиков.

    (Продолжение следует)