Month: March 2020

  • Bakıdakı dünya çempionatı da təxirə salındı

    Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə XVI dünya çempionatı təxirə salınıb.

    Bunu Beynəlxalq Gimnastika Federasiyası (FIG) açıqlayıb.

    Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin, 8-10 may tarixlərində keçirilməli olan IX Dünya Yaş Qrupu yarışı da təxirə düşüb.

    Qeyd edək ki, FIG martın 17-də bədii gimnastika üzrə Dünya Kubokunun da təxirə salındığını açıqlamışdı. Olimpiadaya lisenziya verən həmin yarış 24-26 apreldə keçirilməli idi.

  • Помогут ли резиновые перчатки защититься от COVID-19?

    Всемирная организация здравоохранения (ВОЗ) не считает ношение резиновых перчаток в общественных местах эффективной мерой профилактики коронавирусной инфекции (COVID-19).

    “Вы в большей степени защищены от COVID-19, когда не пользуетесь резиновыми перчатками, но моете руки, чем когда носите перчатки. Возбудитель коронавирусной инфекции COVID-19 может загрязнить резиновые перчатки. Прикасаясь после этого к лицу, вы перенесете вирус с поверхности перчаток на лицо и подвергнете себя риску заражения”, – сообщает сайт организации.

  • Rezin əlcəklərdən istifadə koronavirusdan qoruyurmu?

    Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə tədbirləri çərçivəsində rezin əlcəklərdən istifadənin bir o qədər də effektiv üsul sayılmadığını açıqlayıb.

    ÜST gün ərzində əllərini yuyaraq təmiz saxlayan şəxslərin rezin əlcəkdən istifadə edənlərlə müqayisədə, daha çox mühafizə olunduğunu bildirib.

    Belə ki, rezin əlcəklərin səthi koronavirus infeksiyasının törədicisi ilə çirklənə bilər. Bu zaman insan üzünə toxunarsa, koronavirus riski ilə qarşılaşa bilər.

    Alimlər insanların hər 2-5 dəqiqədən bir üzünə toxunduğunu bildirir. Üzümüzə, xüsusən göz, burun və dodaqlara toxunma isə rahatlıqla koronavirusa yoluxmağımıza səbəb ola bilər.

  • Bakıda kişi alkoqol zəhərlənməsindən öldü

    Bakının Nəsimi rayonunda spirtli içki qəbulu nəticəsində ölümlə nəticələnən hadisə qeydə alınıb.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Martın 22-nə keçən gecə Toksikoloji Mərkəzdə Aleksandr Şulqa (1972-ci il təvəllüdlü) adlı şəxs ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıdakı “Formula-1” yarışı keçirilməyə bilər: Bu gün qərar veriləcək

    “Formula-1” üzrə Azərbaycan Qran-Prisi təxirə salına bilər.

    Oxu.Az motorsport.com-a istinadən xəbər verir ki, 5-7 iyun tarixlərində baş tutacaq Azərbaycan Qran-Prisinin təxirə salınacağı və bu gün bu barədə qərarın açıqlanacağı gözlənilir.

    Belə olduqda mövsüm iyunun 14-də Monreal şəhərindəki Kanada Qran-Prisi ilə start götürəcək. Lakin hələ bu da dəqiq deyil. Çünki hazırkı duruma əsasən, Kanada bütün sərhədlərini xarici ölkələrin üzünə bağlayıb.

    Qeyd edək ki, Azərbaycan Qran-Prisi üçün 10-15 min bilet artıq satılıb. Bu isə biletlərin yarıdan çoxunun satılması deməkdir.

  • Минобороны Азербайджана внесло ясность в вопрос увольнения военнослужащих в запас

    В настоящее время какие-либо изменения в связи с увольнением в запас военнослужащих срочной действительной службы азербайджанской армии не предусмотрены.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в Минобороны Азербайджана.

    “Учитывая, что в последние дни в социальных сетях ведутся безосновательные обсуждения по поводу увольнения в запас военнослужащих срочной действительной службы, а также беспокойство родителей, Минобороны сообщает, что в настоящее время какие-либо изменения в связи с увольнением в запас военнослужащих срочной действительной службы азербайджанской армии не предусмотрены.

    Увольнение в запас планируется провести, начиная с 1 апреля, в порядке, предусмотренном законодательством”, – отметили в оборонном ведомстве.

  • Hərbi qulluqçuların ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulub? – RƏSMİ

    Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.

    Nazirlikdən Oxu.Az-un sorğusuna cavab olaraq qeyd edilib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

  • Baku Media Center подготовил социальные ролики для поддержки борьбы с коронавирусом – ВИДЕО

    Учитывая быстрый рост в мире числа случаев заражения коронавирусом COVID-19 и актуальность данной проблемы, медиа-компания Baku Media Center в рамках социальной ответственности подготовила специальные видеоролики.

    В роликах, созданных в целях просвещения и информирования граждан, рассказывается о методах борьбы с коронавирусом, а также содержатся призывы не поддаваться панике и соблюдать элементарную гигиену.

  • Bakı Media Mərkəzi koronavirusla mübarizəyə dəstək məqsədilə sosial videoçarxlar hazırlayıb – VİDEO

    Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq, Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində xüsusi videoçarxlar hazırlayıb.

    Vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial videoçarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.

  • “Sədərək”də sahibkarlar yer pulundan azad olundu

    Koronavirusla bağlı paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzləri (“Mall”lar) fəaliyyətini bir ay müddətinə dayandırır. “Sədərək” Ticarət Mərkəzinin İdarə Heyətində isə koronavirusla bağlı müşavirə keçirilib.

    Bu barədə Oxu.Az-a Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov məlumat verib.

    Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar vətəndaşlara kömək məqsədilə mərkəzdə işləyən bütün sahibkarların yer pulundan azad olunması barədə qərar qəbul edilib:

    “İdarə heyətinin sədri Yusif Qədimovun tapşırığı ilə martın 15-dən başlayaraq bütün sahibkarlar yer pulundan azad ediliblər. İdarə Heyətinin qərarına əsasən, “Sədərək” Ticarət Mərkəzində işləyən sahibkarlar istənilən vaxt mağazalarını bağlaya və məzuniyyət götürə bilərlər.

    Ölkədə koronavirus təhlükəsi davam etdiyi müddətcə heç bir sahibkardan yer pulu alınmayacaq. Bazar fəaliyyətini davam etdirsə də, bu, dəyişməyəcək. Bundan başqa, “Sədərək” Ticarət Mərkəzi də mövcud vəziyyətlə mübarizə üçün yaradılmış Koronavirusla Mübarizə Fonduna ilkin olaraq 100 min manat yardım köçürüb”.

    M. Qədimov onu da əlavə edib ki, mərkəz ərazisində də koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər görülür, bazar ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.