EvİdmanBakıdakı dünya çempionatı da təxirə salındı

Bakıdakı dünya çempionatı da təxirə salındı

Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə XVI dünya çempionatı təxirə salınıb.

Bunu Beynəlxalq Gimnastika Federasiyası (FIG) açıqlayıb.

Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin, 8-10 may tarixlərində keçirilməli olan IX Dünya Yaş Qrupu yarışı da təxirə düşüb.

Qeyd edək ki, FIG martın 17-də bədii gimnastika üzrə Dünya Kubokunun da təxirə salındığını açıqlamışdı. Olimpiadaya lisenziya verən həmin yarış 24-26 apreldə keçirilməli idi.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı