Month: March 2020

  • Rayonlar Bakıya axışmaq istəyir: Minlərlə maşın geri qaytarılıb – RƏSMİ AÇIQLAMA

    “Martın 19-dan bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi, çox sayda insan geri qaytarılıb”.

    Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

    Onun sözlərinə görə, Nazirlər Kabinetinin mövcud qərarına baxmayaraq, insanlar qaydalara riayət etmək istəmir:

    “Qaydalar qüvvəyə mindiyi gündən bu günə qədər dörd mindən çox nəqliyyat vasitəsi geri qaytarılıb. Təkcə ötən sutka ərzində Bakı-Ələt yolunda 814 avtomobil, Bakı-Şamaxı yolunda 182, Bakı-Quba yolunda isə 114 avtomobil geri qaytarılıb.

    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 19-da, saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub.

    Bununla bağlı dəfələrlə media vasitəsilə məlumat verilib. Lakin buna baxmayaraq, insanlar həm öz, həm də ətrafdakı insanların sağlamlıqlarını təhlükə qarşısında qoyacaq addımlar atırlar”.

    K.Əliyev onu da bildirib ki, rayon qeydiyyatında olan şəxslərin çoxu yük maşınlarının içərisində paytaxta keçməyə cəhd ediblər:

    “Yük maşınlarının (ərzaq məhsulları, kənd təsərrüfatı malları və digər yükləri daşıyan yük maşınları) sürücülərinin harada qeydiyyatda olmasından asılı olmayaraq, onların şəhərə giriş-çıxışına icazə verilir. Lakin onların Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olmayan hər hansı bir şəxsi maşında gətirməsinə icazə yoxdur.

    Həmin sürücülərin yanında ikinci sürücü kimi bir şəxsə icazə verilir. O halda ki, onların hər ikisinin həmin yük maşınını idarə etmək üçün müvafiq sənədləri olsun”.

  • Вилаят Эйвазов произвел новое назначение

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова заместитель начальника западного регионального отдела Главного управления по борьбе с наркотиками полковник-лейтенант Вахид Джафаров отправлен в распоряжение.

    Другим приказом министра на эту должность назначен майор полиции Анар Гусейнов.

    Ранее он возглавлял отделение угрозыска Шамкирского РУП.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Vahid Cəfərov sərəncama götürülüb.

    Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov vəzifəsindən azad edilib.

    O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.

  • На территории бакинского поселка горят бытовые отходы – ВИДЕО

    На территории поселка Баладжары Бинагадинского района Баку горят бытовые отходы.

    Как говорится в сообщении МЧС, на место прибыли сотрудники Государственной службы противопожарной безопасности.

    В настоящее время продолжаются работы по тушению горящих бытовых отходов.

  • Bakıda geniş ərazidə məişət tullantıları yanır – VİDEO

    Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanır.

    Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

  • Дорожная полиция прокомментировала инцидент с перевозившей пассажиров скорой помощью

    Водитель автомобиля скорой помощи совершил безответственный поступок. Минздрав Азербайджана, скорее всего, примет против него соответствующие меры.

    Об этом заявил начальник отдела по связям с общественностью Главного управления государственной дорожной полиции МВД Кямран Алиев.

    Завотделом прокомментировал распространенное в Сети видео с водителем скорой помощи, который занимался незаконным извозом пассажиров.

    По его словам, инцидент произошел на дороге Баку-Шамахы.

    “Этот поступок свидетельствует о безответственности. Водитель проявил самоуправство и посадил в скорую помощь посторонних. Он даже не подумал о том, что один из пассажиров может быть переносчиком вируса.

    Сотрудники дорожной полиции потребовали, чтобы посторонние покинули автомобиль скорой помощи. Они также предотвратили въезд в столицу лиц, имеющих районную регистрацию. Думаю, Минздрав, примет необходимые меры против этого человека”, – отметил К.Алиев.

  • Yol Polisindən Bakıya təcili tibbi yardım maşınında sərnişin daşınması ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Bu, birbaşa sürücünün səhlənkarlığı və məsuliyyətsizliyidir. Həmin şəxs barədə, yəqin ki, Səhiyyə Nazirliyi tərəfindən zəruri addım atılacaq”.

    Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sosial şəbəkələrdə təcili tibbi yardım maşınında sərnişin daşınmasına dair yayılan görüntülərə münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, bu hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb:

    “Belə addım atmaq məsuliyyətsizlikdən xəbər verir. Həmin sürücü özbaşına başqa şəxsləri təcili tibbi yardım maşınına mindirib. O fikirləşmir ki, həmin şəxslərdən hər hansı biri virus daşıyıcısı da ola bilər.

    Əməkdaşlarımız tərəfindən həmin sərnişinlər boşaldılıb və paytaxt qeydiyyatı olmayan şəxslərin şəhərə girişinin qarşısı alınıb. Düşünürəm ki, Səhiyyə Nazirliyi bununla bağlı zəruri tədbirlər görəcək”.

  • В Кюрдамире жестоко избили мужчину

    В Кюрдамирском районе избит местный житель.

    Как передает Report, инцидент зафиксирован в селе Сор-Сор.

    Мехмана Ганиева (1990 г.р.) избил его знакомый. Потерпевший получил тяжкие телесные повреждения и был доставлен в центральную районную больницу. Однако из-за тяжелого состояния мужчину пришлось перевезти в одну из столичных больниц.

    По данному факту ведется расследование.

  • Kürdəmirdə 30 yaşlı kişi döyüldü

    Kürdəmirdə döyülmə hadisəsi baş verib.

    Report-un məlumatına görə, hadisə rayonun Sor-sor kəndində qeydə alınıb.

    Belə ki, 1990-cı il təvəllüdlü Qəniyev Mehman Təvəkkül oğlu tanıdığı şəxs tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.

    O, təcili yardımın köməyilə əvvəlcə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin xəsarəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

    Müayinə zamanı M.Qəniyevə sağ baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • В Шамахы столкнулись два автомобиля, есть пострадавший

    В центре Шамахы произошло ДТП.

    Как передает Report, в результате столкновения двух автомобилей Ширали Гюльалиев (1998 г.р.) получил тяжелую травму позвоночника.

    Пострадавший сначала был доставлен в центральную райбольницу, а затем его перевезли в одну из столичных клиник.

    По данному факту проводится расследование.