Month: March 2020

  • Səudiyyə Ərəbistanı komendant saatına keçdi

    Martın 23-dən etibarən Səudiyyə Ərəbistanında koronavirusla mübarizə çərçivəsində komendant saatı tətbiq ediləcək.

    “SPA” agentliyi xəbər verir ki, bu haqda ölkənin kralı Salman müvafiq fərman imzalayıb.

    Fərmana əsasən, 21 gün ərzində Səudiyyə Ərəbistanı vətəndaşları axşam 19:00-dan səhər 06:00-dək ölkənin şəhərləri arasında hərəkət edə bilməyəcək.

    Qeyd etmək lazımdır ki, krallıqda 500 nəfərdən artıq insan koronavirusa yoluxub.

  • Facebook и Instagram временно снизят качество видео в Европе

    Социальные сети Facebook и Instagram снизят качество видео в Европе, чтобы уменьшить нагрузку на компьютерные сети во время карантина из-за нового типа коронавируса, сообщает портал En gadget.

    “Чтобы снизить вероятность потенциальной перегрузки сети, мы временно снизим скорость передачи видео в Facebook и Instagram в Европе. Мы привержены сотрудничеству с нашими партнерами для регулирования любого ограничения пропускной способности в этот период повышенного спроса”, – заявил представитель Facebook.

    Отмечается, что Facebook и Instagram не первыми прибегают к такому ограничению. Ранее подобные меры осуществили Disney, Netflix, YouTube и Amazon.

  • “Facebook” və “İnstagram” müvəqqəti olaraq Avropada görüntü keyfiyyətini aşağı salacaq

    Koronavirusla bağlı karantin dövründə internetin yüklənməsinin qarşısını almaq səbəbi ilə “Facebook” və “İnstagram” sosial şəbəkələri Avropada müvəqqəti olaraq görüntü keyfiyyətini aşağı salacaq.

    “En gadget” xəbər verir ki, bu haqda “Facebook”un nümayəndəsi bildirib.

    Qeyd edək ki, daha öncə “Disney”, “Netflix”, “YouTube” və “Amazon” eyni addımı atıblar.

  • “Qalatasaray”ın ikinci prezidenti koronavirusa yoluxdu

    Türkiyənin “Qalatasaray” klubunun ikinci prezidenti Abdurrahim Albayrak və həyat yoldaşı Şükran Albayrakın yeni tip koronavirus testləri müsbət nəticə verib.

    Bu barədə “Hürriyet” qəzetinin yazarı Mehmet Üstündağ məlumat yayıb.

    “Qalatasaray”ın rəhbərlərindən Abdurrahim Albayrak ötən həftə koronavirus şübhəsi ilə Yeşilköydəki “Acıbadem International” xəstəxanasına aparılıb.

    İlk testi mənfi, ikincisi müsbət çıxan Albayrakın həyat yoldaşı Şükran xanımın da koronavirusa yoluxduğunu öyrəndim. Karantinə götürülən cütlüyün müalicəsi davam edir”, – Üstündağ bildirib.

  • Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

    Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

    Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

    Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

  • DİN-dən böyük narkotik əməliyyatı: Yaralılar var – RƏSMİ

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 20-dən 21-nə keçən gecə saat 02:00 radələrində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik vasitələri gizli saxlanc yerindən götürməyə cəhd göstərən səkkiz nəfər saxlanılıb

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, həmin şəxslər saxlanılarkən polisin qanuni tələblərinə tabe olmayaraq, idarə etdikləri avtomobilləri onların üzərinə sürərək həyat və sağlamlıqları üçün real təhlükə yaratdıqlarından polis əməkdaşları xidməti silah tətbiq ediblər. Bu zaman cinayətin iştirakçılarından ikisi yaralanıb.

    Tutulmuş şəxslərin istifadəsində olan avtomobillərə baxış keçirilərkən ümumi çəkisi 50 kiloqrama yaxın narkotik vasitələr – heroin, tiryək, marixuana və metamfetamin aşkar edilib götürülüb.

    Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

  • Azərbaycanda bu hotellər koronavirusla mübarizə ilə bağlı karantin zonası üçün ayrıldı

    “Gilan Holding” korporativ sosial məsuliyyət öhdəliyindən irəli gələrək koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tibbi-profilaktik və preventiv tədbirlərə öz töhfəsini verib.

    “Gilan Holding” şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox hotellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilib. Hazırda bu məqsəd üçün ayrılmış hotellər karantin məkanları kimi istifadəyə verilib. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.

    Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə ticarət, turizm və digər sahələrdə xüsusi iş rejimlərinin tətbiq olunmasının ölkədə işgüzar fəallığın zəifləməsi və iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, “Gilan Holding” əhalinin məşğulluq məsələlərinə həssas yanaşır və şirkətlər qrupuna daxil biznes vahidlərində mənfi təsirin azaldılması üçün biznesin davamlılığına dəstək verərək, yaranmış bu vəziyyətdə həm məşğulluğun təmin edilməsinə, həm əhaliyə, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir.

  • Kafe, restoran, internet klublar sabahdan 15:00-dan bağlanacaq

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər davam etdirilir.

    Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumata əsasən, növbəti addım kimi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir.

    İctimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.
    Məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkanlarını da saxlamaqdır.

    Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar.

  • Президент Ильхам Алиев утвердил порядок возврата НДС потребителям в Азербайджане

    21 марта Президент Азербайджана Ильхам Алиев подписал указ об утверждении “Порядка возврата налога на добавленную стоимость (НДС), уплаченного за товары, приобретенные потребителями у лиц, осуществляющих деятельность в сфере розничной торговли или общественного питания (за исключением продукции нефтегазовой отрасли)”.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно указу, Министерству экономики поручено в течение 15 дней:

    – в соответствии с законом АР “О государственных закупках”, выбрать оператора, предусмотренного в подпункте 2.0.7 Порядка, утвержденного настоящим указом;

    – по соглашению с Министерством финансов и Центральным банком Азербайджана определить уполномоченный банк, предусмотренный в подпункте 2.1.4 Порядка, утвержденного настоящим указом;

    – обеспечить проведение просветительской работы в связи с внедрением в Азербайджане системы возврата налога на добавленную стоимость (НДС), уплаченного за товары, приобретенные потребителями у лиц, осуществляющих деятельность в сфере розничной торговли или общественного питания (за исключением продукции нефтегазовой отрасли).

    Министерству финансов поручено:

    – в соответствии с требованиями Порядка, утвержденного настоящим указом, по линии Минэкономики обеспечить возврат НДС, уплаченного потребителями, за счет уменьшения фактической суммы поступлений в госбюджет от НДС;

    – по соглашению с Минэкономики утвердить в течение 15 дней форму заключения, предусмотренную в пункте 5.9 Порядка, утвержденного настоящим указом.

    Всем центральным и местным органам Исполнительной власти поручено обеспечить поддержку Минэкономики и других полномочных госструктур в исполнении вытекающих из настоящего указа задач.

  • Prezidentdən əlavə dəyər vergisi ilə bağlı MÜHÜM FƏRMAN

    Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

    Sənədi AZƏRTAC dərc edib.

    Fərmana əsasən, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” təsdiq edilir.

    Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi on beş gün müddətində:

    – “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.0.7-ci yarımbəndində nəzərdə tutulan operatoru seçməlidir;

    – bu Fərmanla təsdiq edilmiş Qaydanın 2.1.4-cü yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən etməlidir;

    – fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı maarifləndirmə (təbliğat) işi aparılmasını təmin etməlidir;

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

    – istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin, bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etməlidir;

    – bu Fərmanla təsdiq edilmiş Qaydanın 5.9-cu bəndində nəzərdə tutulan rəyin formasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir.

    Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və digər səlahiyyətli dövlət qurumlarına kömək göstərilməsini təmin etməlidirlər.