В Азербайджане выявлено еще 9 фактов зараженния коронавирусом.
Об этом сообщили в Оперативном штабе при Кабинете министров.
Month: March 2020
-
Azərbaycanda daha 9 nəfərdə koronavirus aşkarlandı
Azərbaycanda 9 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata əsasən, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.Hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.
Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və digər qaydalara əməl etmək tələb olunur.
-
В Баку из магазина похищено продовольствия на 200 тысяч манатов
В Баку за кражу задержан мужчина. Об этом сообщили в МВД Азербайджана.
Как передает Median.Az со ссылкой на Trend, сотрудники 7 отделения Управления полиции Бинагадинского района столицы за попытку кражи в одном из маркетов на территории района задержали бывшего работника данного торгового объекта. Им оказался житель Уджарского района К.Гусейнов.Выяснилось, что К.Гусейнов с декабря 2019 года до 19 марта 2020 года вместе с неизвестными лицами выносил продовольствия со склада этого магазина. В общей сложности украдено товаров на общую сумму 200 тысяч манатов.
-
Bakıda kişi keçmiş iş yerindən 200 min manatlıq oğurluq etdi
Bakıda mağazadan oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən, həmin ticarət nöqtəsinin keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.Ətrafında aparılan tədbirlərlə onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması müəyyən edilib.
Bizimlə əlaqə saxlayın
-
“Facebook”da koronavirusla bağlı yalan məlumat yayan Bakı sakini saxlanıldı
“Facebook” sosial şəbəkə istifadəçilərindən biri öz səhifəsində koronavirus infeksiyası ilə bağlı (COVID-19) dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yerləşdirib.
Bununla bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.Həyata keçirilmiş müvafiq tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü İlqar Əliabbas oğlu Atayev olması müəyyən edilib və o, ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub.
Aparılmış araşdırmalarla İ.Atayevin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bir daha mətbuat nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır ki, koronavirus infeksiyası ilə bağlı məlumatları yayərkən mütləq qaydada əlaqədar dövlət qurumlarına istinad etsinlər. Koronavirus infeksiyası ilə bağlı əsassız məlumatlar yayan şəxslər barədə bundan sonra da qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.
-
СГБ и МВД провели совместную операцию, есть задержанный
В результате совместных оперативно-разыскных мероприятий сотрудников Абшеронского РУП, отделения полиции Мехтиабада и Службы государственной безопасности был задержан бывший заключенный Н.Ордуханлы.
Как говорится в сообщении пресс-службы МВД, у задержанного изъят автомат Калашникова и магазин с пятью патронами.
-
DTX və DİN-dən ƏMƏLİYYAT: Orduxanlı saxlanıldı
Bakı və Abşeron sakinlərində silah-sursat aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.Belə ki, Binəqədi Rayon Polis İdaərsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürürülüb.
Abşeron Rayon Polis İdarəsi, Mehdiabad Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Orduxanlı qəsəbə ərazisində saxlanılıb. Ondan “AK” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.
-
Gürcüstanda COVID-19-a görə fövqəladə vəziyyət elan olundu
Gürcüstan hoküməti koronavirus pandemiyası ilə əlaqədar bir ay müddətinə fövqəladə vəziyyət elan edib.
“RİA Novosti” agentliyi bu haqda Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın açıqlamasına istinadən xəbər yayıb.Qərar ölkənin prezidenti Salome Zurabişvili tərəfindən təsdiqlənməlidir.
Son məlumata əsasən, Gürcüstanda koronavirusa yoluxanların sayı 40 nəfərə çatıb.
-
Gürcüstanda azərbaycanlılar və ermənilər arasında dava düşdü
Gürcüstanda azərbaycanlılarla ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş verib.
“Report” xəbər verir ki, ötən gün kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranıb.Mübahisə daha sonra davaya keçib. Hadisə zamanı erməni sakin azərbaycanlı həmkəndlisi, fiziki imkanları məhdud şəxsə qarşı güc tətbiq edib.
Polis insidentlə bağlı araşdırma aparır.
Hazırda Xocernidə ümumi vəziyyətin sakit olduğu bildirilir.