Month: March 2020

  • Nazir müavini açıqladı: “Azərbaycanda yeddi min nəfər koronavirus testindən keçirilib” – VİDEO

    Yeddi min nəfərdən artıq şəxsin testləri laboratoriyada yoxlanılıb.

    Səhiyyə Nazirinin müavini Rahim Əliyev bunu AzTV-nin “Hədəf” verilişində deyib.

    Onun sözlərinə görə, hazırda respublika üzrə 10 laboratoriya fəaliyyət göstərir:

    “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşları martın əvvəllərində Azərbaycanda səfərdə olan zaman laboratoriyaların biotəhlükəsizliyi və müasir standartlara uyğun fəaliyyəti ilə tanış oldular. Həmin laboratoriyalar kifayət qədər diaqnostik testlərlə təmin edilib. İndiyə kimi yeddi min nəfərdən artıq şəxsin testləri müayinə olunub.

    Testlərin cavabı altı saat ərzində hazır olur. Əgər karantində olan şəxslərdə üç gün fərqlə iki dəfə neqativ cavab çıxırsa, karantinin müddəti bitən zaman onlar evə buraxılırlar”.

    Nazir müavini qeyd edib ki, arzu edən hər bir şəxs koronavirusla bağlı yoxlamalardan keçə bilməz:

    “Şübhəli olan şəxslər yoxlana bilər. Kim özündə bu virusun simptomlarını müşahidə edirsə, evə təcili tibbi yardım çağırılır və analiz götürülür”.
    /oxu.az/

  • Сотрудники полиции Хызы раздали праздничные подарки малообеспеченным семьям – ФОТО

    Сотрудники Хызинского РУП раздали праздничные подарки проживающим на территории района малообеспеченным семьям.

    Как говорится в сообщении пресс-службы МВД, полицейские побывали у них в гостях, поздравили с праздником Новруз и вручили пакеты с продуктами питания.

    Жители района выразили сотрудникам правоохранительных органов признательность за проявленные внимание и заботу.










  • Xızı polisi ailələrə bayram sovqatı payladı – FOTO

    Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə rayon ərazisində yaşayan otuzdan çox aztəminatlı ailəyə bayram sovqatı paylayıblar.

    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin ailələrin qonağı olan polis əməkdaşları onların bayram sevinclərinə şərik olaraq, ailə üzvlərinə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim ediblər.

    Polis tərəfindən bayram günü yad edilən ailələr göstərilən diqqət və qayğıya görə Xızı RPŞ-nin əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.










  • Полиция Баку задержала 6 лиц, находящихся в розыске

    Сотрудники правоохранительных органов Баку в результате оперативно-разыскных мероприятий 20 марта раскрыли 24 преступления.

    Как говорится в сообщении пресс-службы ГУП столицы, из общего числа раскрытых дел 1 связано с умышленным убийством, 1 – с нанесением тяжкого вреда здоровью, 3 – с незаконным оборотом наркотиков, 1 – с незаконным хранением огнестрельного оружия, 13 – с кражами.

    Также было задержано шесть человек, объявленных в розыск по разным статьям Уголовного кодекса АР.

  • Bayram günü axtarışda olan altı nəfər saxlanıldı

    Paytaxtın polis orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-də 24 cinayətin üstü açılıb.

    Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, bunlardan dördü əvvəlki dövrlərdən bağlı qalmış cinayətlər olub.

    Qəsdən adam öldürməyə cəhdə görə bir, qəsdən sağlamlığa ağır zərər vurmaya görə bir, narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursat üzrə bir, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirləri nəticəsində daha 13 faktın açılması təmin olunub.

    Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə altı nəfər saxlanılıb.

  • Əli Əsədov QƏRAR VERDİ: Qeydiyyatsız avtomobillərin ölkədə qalma müddəti dəyişdirildi

    “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib.

    Bununla bağlı müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qaydalar Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən hazırlanıb və fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını müəyyən edir.

    Dəyişikliyə əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə hər təqvim ili ərzində ümumilikdə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə veriləcək.

    Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

  • В Абшеронском районе подросток получил многочисленные ножевые ранения

    В Абшеронском районе 17-летний юноша получил ножевые ранения.

    Как сообщает АПА, инцидент произошел в поселке Сарай.

    Набиев Тогрул Айдын оглу (2003 г.р.) был ранен ножом в ходе конфликта со знакомым.

    Пострадавший с ранениями в область шеи и живота госпитализирован в городскую больницу №3.

  • Abşeronda yeniyetməyə çoxsaylı bıçaq zərbələri vurulub

    Abşeron rayonunda 17 yaşlı oğlan bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

    2003-cü il təvəllüdlü Nəbiyev Toğrul Aydın oğlu tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

    Yaralı boyun və qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

  • В Баку мужчину ударили ножом

    В Сабунчинском районе Баку 45-летнего мужчину ударили ножом.

    Инцидент был зарегистрирован в поселке Кюрдаханы. Так, Джейхун Дадашов получил ножевое ранение на почве конфликта с неизвестным.

    Раненый немедленно был доставлен в городскую больницу №3.

    По предварительным данным, его состояние оценивается как тяжелое. По данному факту проводится расследование.

  • Bakıda 45 yaşlı kişi bıçaqlanıb

    Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. 45 yaşlı Ceyhun Dadaşov naməlum şəxslərlə mübahisə zəminində bıçaq xəsarətləri alıb.

    Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.