Month: March 2020

  • Ər-Riyad Məkkə və Mədinənin əsas məscidlərində namaz qılmağı qadağan edib

    Martın 19-u Səudiyyə Ərəbistanı höküməti ölkənin Məkkə və Mədinə şəhərlərində yerləşən əsas məscidlərdə namaz qılmağı qadağan edib.

    “Əl-İhbariyə” telekanalı xəbər verir ki, söhbət Məkkədə yerləşən Məscidül-Həram və Mədinədə yerləşən Məscidül-Nəbidən gedir.

    Xatırladaq ki, daha əvvəl qeyd olunan məscidlərdən başqa ölkənin qalan ibadətgahlarında kütləvi namaz qılmaq qadağan edilmişdi.

  • Anbarların azlığı təsərrüfat sahiblərini narahat edir – VİDEO

    Astara rayon sakinləri sitrus meyvələrinin satışı mərhələli şəkildə həyata keçirildiyi üçün anbar tapmaqda çətinlik çəkirlər.

    Baku.Tv xəbər verir ki, bu meyvələr cənub bölgəsində yaşayan sakinlərin əsas dolanışıq mənbəyi hesab olunur.

    Təsərrüfatçılar bildirir ki, normal anbarlar olarsa, həmin meyvələri aprelə qədər saxlamaq mümkündür. Anbarların tutumu az olduğundan, təsərrüfat sahibləri meyvənin bir hissəsini dərildikdən dərhal sonra daha ucuz qiymətə satırlar. Bu da sərfəli deyil.

    Qeyd edək ki, Kijəbə qəsəbəsi Astara rayonunda sitrus meyvələrinin yetişdirilməsində böyük pay sahibidir. Burada bağlardan tədarük olunan müxtəlif sitrus meyvələri yerli bazarlarla yanaşı, xarici ölkələrə, xüsusilə, qonşu Rusiyaya ixrac olunur.

  • Ağsuda uzunluğu 2,5 metr olan ilan öldürülüb – FOTO

    Ağsu rayonunda uzunluğu 2,5 metr olan qorxunc ilan öldürülüb.

    Hadisə rayonun Bico kəndində baş verib. İlan adıçəkilən kənddə 1941-1945-ci il Böyük Vətən Müharibəsi qələbəsinə ucaldılan abidənin qarşısında sakinlərə qorxunc anlar yaşadıb. Kənd sakinlərini vahiməyə salan Ş\ahmar ilanının uzunluğu 2,5 metr olub. İlan kənd sakinləri tərəfindən müxtəlif alətlərlə öldürülüb.

    Xatırladaq ki, Böyük Qafqazın Ləngəbiz sıra dağları ətəyində yerləşən Bico kəndində bir çox təhlükəli ilanlar öldürülüb. Ötən il adıçəkilən kənddə uzunluğu 2 metr 15 santimetr uzunluğunda təhlükəli Qafqaz gürzəsi öldürülüb.

  • Polis əməkdaşları aztəminatlı ailələrə bayram sovqatı payladı – FOTO

    Samux Rayon Polis Şöbəsinin əməkdaşları Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər Novruz Bayramı münasibətilə onları təbrik ediblər. Uşaqların xüsusi sevincinə səbəb olan bu görüşdə xatirə şəkli çəkilib.



  • Bakıda kişi hovuzda boğularaq öldü

    Bakıda 32 yaşlı kişi hovuzda boğulub.

    Hadisə paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsi L.Hüseynov küçəsində yerləşən evlərdən birində baş verib.

    Sözügedən ünvanda yaşayan 1988-ci il təvəllüdlü Fərid Həsənov həyətdə hovuza düşüb. Hadisə nəticəsində o boğularaq ölüb.

    Məlumata görə, F.Həsənov epilepsiya xəstəsi olub.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Gürcüstanda bütün ticarət obyektləri bağlanır

    “Gürcüstanda ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin bağlanması qərara alınıb.”

    “Report” xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

    Onun sözlərinə görə, bank və poçt şəbəkəsi, yanacaqdoldurma məntəqələri adi qaydada fəaliyyət göstərəcək.

    G.Qaxaria deyib ki, hazırkı mərhələdə ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur.

  • Сегодня в Азербайджане отмечают праздник Новруз

    Сегодня в Азербайджане отмечается один из самых любимых народных праздников – Новруз байрамы.

    Празднование Новруза означает встречу нового года, первого дня весны. Новруз байрамы 30 сентября 2009 года был включен ЮНЕСКО в Репрезентативный список нематериального культурного наследия человечества. Новруз имеет древние корни. Некоторые народы связывали приход весны и оживление природы с началом нового года и по этому поводу организовывались народные гулянья. Согласно древним верованиям, вселенная состоит из четырех стихий – воды, огня, земли и воздуха. Именно поэтому празднованию Новруза предшествуют четыре вторника, каждый из которых олицетворяет собой одну из стихий.

    Новруз-байрам имеет свои традиции. В этот праздник принято прыгать через костер, выращивать сямяни (проросшая пшеница), украшать хончу, красить яйца, играть в различные праздничные игры и ходить друг к другу в гости.

  • Azərbaycanda Novruz bayramıdır

    Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə – qışın bitməsi və yazın başlamasına həsr olunur.

    Bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara – Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilir və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş.

    İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün “Siyasətnamə”, Ömər Xəyyamın “Novruznamə” əsərlərini qeyd etmək olar.

    Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsrlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.
    Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq – Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir.

  • İtaliya koronavirusdan ölənlərin sayına görə Çini ötüb

    İtaliyada bu gün ərzində yeni növ koronavirus infeksiyasının səbəb olduğu xəstəlikdən 427 nəfər ölüb. Bununla da ölkə ərazisində koronavirusdan ölənlərin sayı 3405 nəfərə çatıb.

    TASS xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlama verib.

    Son məlumatlardan bəlli olur ki, İtaliyada koronavirus nəticəsində ölənlərin sayı Çində eyni səbəbdən qeydə alınmış ölüm hallarını ötüb.

  • Google Map bu funksiyanı daha əlçatan etdi

    Keçən ay on beş yaşını qeyd edən Google Map mobil tətbiqi yenilənərək bir neçə funksiya əlavə edilib.

    Median.Az ed.az-a istinadən bildirir ki, Google Map-də “Live view” adlı canlı gəzinti funksiyası daha əlçatan olacaq. Xəritədə bir yer seçdikdən sonra yaranan “canlı görüntü” düyməsi vasitəsilə məkanı canlı izləmək mümkün olacaq. Şirkət rəsmiləri yeniliyi tətbiqin bu funksiyasının daha əlçatan olması üçün etdiklərini bildiriblər. Çünki hazırda Google Map-də bu funksiyadan yararlanmaq üçün öncə yol tariflərini başlatmaq, daha sonra kamera əsaslı istifadəçi interfeysini açmaq üçün canlı görüntü bölməsini seçmək lazımdır. Bu funksiyadan xəbərsiz olanlar isə onu gözdən qaçırırlar. Yeniliklərdən sonra canlı görüntü funksiyası Google Map-də məkan axtararkən anındaca görünəcək.