Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətPolis əməkdaşları aztəminatlı ailələrə bayram sovqatı payladı - FOTO

Polis əməkdaşları aztəminatlı ailələrə bayram sovqatı payladı – FOTO

Samux Rayon Polis Şöbəsinin əməkdaşları Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər Novruz Bayramı münasibətilə onları təbrik ediblər. Uşaqların xüsusi sevincinə səbəb olan bu görüşdə xatirə şəkli çəkilib.



RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments