Month: March 2020

  • Azərbaycanda koronavirus karantinindən qaçan həkim tutuldu

    “Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır”.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

    “Təəssüflə qeyd olunmalıdır ki, bəzən belə zəruri tədbirlərə riayət etmək istəməyən şəxslərə də rast gəlinir. Belə ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi xəstəxanaya yerləşdirilməsinə qərar verilib.

    Lakin o, həkim olmasına baxmayaraq, müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənib. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilib və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunub.

    Bununla yanaşı, onun ailə üzvləri və sıx təmasda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil veriliblər.

    Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, Nazirlər Kabinetı yanında operativ qərargah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq, ciddi tədbirlər görüləcək”, – E.Zahidov bildirib.

  • В Баку неустановленный водитель насмерть сбил пешехода

    Накануне вечером в Низаминском районе Баку произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как говорится в сообщении пресс-службы МВД, на улице Б.Чобанзаде автомобиль сбил переходившего дорогу мужчину 40-45 лет.

    Пешеход скончался на месте.

    По данному факту в управлении полиции района проводится расследование.

  • Bakıda naməlum avtomobil piyadanı vurub öldürdü

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Belə ki, martın 19-u saat 20 radələrində paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və hadisə yerində ölüb.

    Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

  • Bakıya gələn minlərlə maşın geri qaytarıldı – RƏSMİ

    “Martın 19-u saat 00:00-dan sonra Bakı istiqamətinə hərəkət edən 2000-dən çox avtomobil geri qaytarılıb”.

    Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

    Onun sözlərinə görə, son saatlarda avtomobillərlə gələnlərin sayında kifayət qədər azalma qeydə alınıb:

    “Maşınların təxminən 65 faizi Qaradağ rayonu istiqamətindən, 25 faizi Bakı-Şamaxı yolundan, 10 faizi isə Bakı-Quba yolunda müvafiq postlarda yoxlanılaraq geri qaytarılıb”.

    Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri nəticəsində Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə martın 19-da saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.

  • В ИВ Геранбойского района произошло кадровое изменение

    Распоряжением главы Исполнительной власти (ИВ) Геранбойского района Азербайджана Магеррама Гулиева освобожден от занимаемой должности заведующий отделом прогнозирования и анализа социально-экономического развития ИВ Эльчин Исмаилов.

    На его место пока никто не назначен.

    Отметим, что Э.Исмаилов долгое время являлся заместителем экс-главы ИВ Геранбойского района Низамеддина Гулиева, который в настоящее время находится под арестом.
    /oxu.az/

  • Həbs edilən Nizaməddin Quliyevin kadrı işdən çıxarıldı

    Goranboy Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

    Bu barədə icra başçısı Məhərrəm Quliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Elçin Şəmil oğlu İsmayılov dövlət qulluğuna xitam verilərək, tutduğu vəzifədən azad edilib.

    Onun vəzifəsi vakant olaraq qeyd edilib.

    Qeyd edək ki, E.İsmayılov uzun müddət rayonun icra başçısı olmuş Nizaməddin Quliyevin dövründə də müavin vəzifəsində də çalışıb.

    Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs edilib.

    Daha sonra o, ölkə başçısının sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub.
    /oxu.az/

  • В инфекционной больнице Гянджи скончался ребенок

    В инфекционной больнице Гянджи умер ребенок.

    Как передает Qafqazinfo, 11 марта в медучреждение был доставлен уроженец села Физули Самухского района Сираджаддин Вердиев (2016 г.р.) с менингоэнцефалитом (воспаление головного мозга и его оболочек – ред.).

    Несмотря на все усилия врачей, мальчик скончался 19 марта от отека мозга.

  • Azərbaycanda Yoluxucu Xəstəliklər Xəstəxanasında dörd yaşlı uşaq öldü

    Gəncə şəhərində dörd yaşlı uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında vəfat edib.

    Qafqazinfo-nun məlumatına görə, Samux rayonunun Füzuli kəndində yaşayan, 2016-cı il təvəllüdlü Verdiyev Siracəddin martın 11-də sözügedən xəstəxanaya yerləşdirilib.

    Ona “meninqosenofolit” diaqnozu qoyulub, martın 19-da beyin ödemindən həmin xəstəxanada ölüb.

  • На странице Президента Азербайджана в Facebook размещена публикация по случаю праздника Новруз – ФОТО

    На официальной странице Президента Азербайджана Ильхама Алиева в социальной сети Facebook в пятницу утром размещена поздравительная публикация по случаю праздника Новруз.

  • İlham Əliyevdən Novruz bayramı paylaşımı – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Novruz bayramı ilə bağlı paylaşım edilib.

    Dövlət başçısı Novruz nemətlərini əks etdirən paylaşımı ilə Azərbaycan xalqını bir daha təbrik edib.