Month: April 2020

  • Bakıda iyulun 3-dək heç bir beynəlxalq yarış keçirilməyəcək

    22 iyun – 3 iyul tarixlərində Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub.

    Beynəlxalq Atıcılıq İdmanı Federasiyası COVID-19 pandemiyası ilə əlaqədar olaraq üç Dünya Kuboku yarışını ləğv edib.

    Bakıdan başqa, stend və güllə atıcılığı üzrə Hindistanın Yeni Dehli şəhərində 5-13 may və 20-29 may tarixlərində keçirilməsi nəzərdə tutulan Dünya Kuboku yarışlarının da ləğv edilməsinə qərar verilib.

    Bu isə o deməkdir ki, ən azı iyulun 3-dək Azərbaycanda heç bir beynəlxalq yarış baş tutmayacaq.

    Qeyd edək ki, daha əvvəl Bakıda gimnastika yarışları, karate üzrə Avropa çempionatı, cüdo üzrə Böyük Dəbilqə, paracüdo üzrə Qran Pri, “Formula 1” üzrə Azərbaycan Qran Prisi təxirə salınıb. Həmçinin dörd oyunu Bakıda baş tutacaq futbol üzrə Avropa çempionatı da 2021-ci ilə keçirilib.

  • С начала карантинного режима к ответственности привлечены 8 514 участников дорожного движения

    Главное управление Государственной дорожной полиции проинформировало о проделанной работе за период с 00:00 7-го по 00:00 8 апреля 2020 года в связи с введенным на территории Азербайджана особым карантинным режимом.

    Как сообщили в управлении, за нарушение карантинного режима в указанный период в отношении 1 569 человек, передвигавшихся на автотранспорте, были применены санкции по статье 211 Кодекса об административных проступках.

    В целом с 1 апреля до сегодняшнего дня за нарушение карантинного режима в республике, в том числе в Баку, были привлечены к административной ответственности 8 514 участников дорожного движения.

  • DYP: “Karantin rejimini pozan minlərlə hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi” – VİDEO

    Bakıda avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    İdarədən verilən məlumata əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 07.04.2020-ci il saat 00:00-dan 08.04.2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1569 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

    Ümumilikdə, 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

  • В Лерике школьный учитель арестован за связь с ученицей

    По подозрению в растлении несовершеннолетней – ученицы 11-го класса (2003 г.р.) в селе Киравуд Лерикского района Азербайджана арестован 59-летний школьный учитель Шафагат Мамедов.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    По данному факту в Лерикском районном управлении полиции возбуждено уголовное дело по статьям 152.1 (половое сношение с лицом, не достигшим 16-летнего возраста) и 153.1 (совершение развратных действий без применения насилия в отношении лица, не достигшего 16-летнего возраста) Уголовного кодекса АР.

    Как сообщили в Государственном комитете по проблемам семьи, женщин и детей, в настоящее время решается вопрос определения девушки в приют Общественного объединения “Чистый мир”.

  • Azərbaycanda öz şagirdinə təcavüz edən müəllim həbs edildi

    Lerik rayonunun Kirəvud kəndinin 11-ci sinif şagirdinə (təvəllüd: 2003-cü il) təcavüz edən şəxs həbs edilib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

    Bildirilib ki, Ş.Məmmədov şübhəli şəxs qismində həbs olunub.

    Faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb.

    Qeyd edək ki, məktəblinin “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də hadisə barədə məlumat yayıb.

    Qeyd edilib ki, azyaşlılara qarşı cinsi zorakılıq və qısnama halları kəskin şəkildə pislənilir, dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə aparılan çətin bir zamanda valideynlər övladlarına qarşı diqqətli və həssas davranmağa çağırılır.

  • Скончался известный гармонист

    Скончался известный гармонист Аббасали Гафаров.

    Об этом АПА сообщил друг покойного Мубариз Джамалоглу.

    По его словам, исполнитель скончался вчера ночью.

    А.Гафаров будет похоронен 8 апреля.

  • Tanınmış qarmon ifaçısı vəfat etdi

    Tanınmış qarmon ifaçısı Abbasəli Qafarov vəfat edib.

    Bu barədə APA-ya mərhumun dostu Aşıq Mübariz Camaloğlu bildirib.

    Onun sözlərinə görə, sənətçi dünən gecə saatlarında dünyasını dəyişib.

    A.Qafarov bu gün dəfn ediləcək.

  • В Баку обнаружено тело 41-летнего мужчины

    В здании под названием “Старый хамам” на территории поселка Амирджан Сураханского района Баку обнаружено тело жителя Хатаинского района столицы Михаила Кононова (1979 г.р.).

    Как передает Trend, в ходе осмотра рядом с телом был найден шприц.

    По данному факту прокуратура Сураханского района ведет расследование, назначены соответствующие экспертизы.

  • Bakıda “Köhnə hamam”dan 41 yaşlı kişinin meyiti tapıldı

    Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə hamam” deyilən tikilinin içərisində kişi meyiti aşkarlanıb.

    Trend-in məlumatına görə, araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib.

    Hadisə yerinə baxış keçirilərkən meyitin yaxınlığında şpris aşkar olunub.

    Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

  • Azərbaycanda həkimlərin səfərbərliyi elan edilə bilərmi? – AÇIQLAMA

    Bu günə qədər Azərbaycanda 717 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 44 nəfəri müalicə olunaraq sağalıb. 665 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Median.Az xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar ölkə ərazisində aprelin 20-nə qədər gücləndirilmiş karantin rejimi tətbiq olunur.

    Zəruri hallarda bir sıra nazirlik və qurumlar, xüsusilə səhiyyə sistemində, hüquq-mühafizə orqanlarında çalışan şəxslər gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

    Vəziyyətdən asılı olaraq, koronavirusa yoluxma hallarında artım müşahidə edilərsə, həkimlər arasında səfərbərlik elan edilə bilərmi?

    Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu istiqamətdə müzakirə aparılmır.

    Eyni zamanda, Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq məqsədilə prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq, TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir.

    COVID-19 xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işçiləri bu linkə daxil olaraq, müraciət edə bilər.

    Qeyd edək ki, ölkədə koronavirusa yoluxan şəxslərdən 8 nəfər vəfat edib. Xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilən şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar olaraq, 53 300 test aparılıb.