Month: April 2020

  • Marneuli və Bolnisidə 140 min nəfər tibbi yoxlamadan keçirilib

    “Marneuli və Bolnisidə ümumilikdə 140 min nəfərin termoskriniq metodu ilə hərarəti ölçülüb”.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

    Onun sözlərinə görə, 80-ə yaxın şəxsdə yüksək temperatur qeydə alınıb: “Onların təxminən 30 nəfəri Marneulidəki hərarət ölçmə mərkəzinə çatdırılıb”.

    Mərkəz rəhbəri hər iki rayonda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlərin görüldüyünü deyib.

  • Bazarlarda bəzi malların qiyməti qalxıb – VİDEO

    Bu günlərdə ərzaq mallarına tələbatın artması qiymətlərə də təsir göstərib.

    Ərzaq məhsullarına son günlər tələbat artsa da, hələlik qıtlıq yoxdur.

    Baku TV-nin əməkdaşları bazardakı qiymətlərlə maraqlanıb.

    Qeyd edək ki, vətəndaşlara qarşılaşdıqları qiymət artımı barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.

  • Cəlilabadda avtomobil ağaca çırpıldı: Sürücü öldü

    Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, aprelin 8-də, saat 2 radələrində Bakı şəhər sakini Vüqar Tağıyev idarə etdiyi “Peugeot” markalı avtomobili yolun kənarındakı ağaca vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur

    Dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb.

    “Report” xəbər verir ki, bu barədə ABŞ-ın bir sıra ölkələrin və təşkilatların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

    Universitetin məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur. Qeyd edilir ki, virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 1 407 123 təşkil edir. Dünyada 80 759 insan pandemiyanın qurbanı olub.

    Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

  • Kürdəmirdə karantin rejimini pozanlar həbs olundu

    Kürdəmirdə karantin rejimini pozan rayon sakinləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar karantin rejiminə əməl etməyən bəzi vətəndaşlar polis tərəfindən qanuna müvafiq qaydada cərimələnirlər.

    Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gün ərzində mütəmadi reydlər həyata keçirir və karantin qaydalarına riayət etməyənləri inzibati qaydada cərimə edirlər. Təkcə bu gün ərzində polis şöbəsinin əməkdaşları 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq edib. Onlardan 17 nəfəri barəsində inzibati qaydada 100 və 200 manat məbləğində cərimə, 2 nəfəri barəsində isə inzibati həbs tətbiq olunub.

  • “Qalatasaray”ın vitse-prezidenti də koronavirusa qalib gəldi

    “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak komandanın baş məşqçisi Fatih Terimdən sonra koronavirus xəstəliyinə qalib gəlib.

    Median.Az xəbər verir ki, klub rəsmisinin son testi mənfi nəticə verib.

    Martın 18-də oğlu və həyat yoldaşı ilə birgə xəstəxanaya aparılan, ötən həftədən isə müalicəsini ev şəraitində davam etdirən Albayrakın artıq koronavirusla bağlı problemi qalmayıb.

    Qeyd edək ki, “Qalatasaray”ın digər vitse-prezidenti Yusuf Günay da müalicəsini evdə davam etdirir.

  • Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı

    Qida yolu ilə virusa yoluxma ehtimalı az da olsa mövcuddur.

    Məsələn, emal tələb etməyən qidalar – meyvə və tərəvəz təhlükəlidir.

    Lenta.ru-nun məlumatına görə, bu barədə “Roskontrol” Ümumrusiya İstehlakçılar İttifaqının Ekspertiza Mərkəzi açıqlama verib.

    “Nəzəri olaraq, xəstələnmiş insan almanın üzərinə asqırsa və bundan sonra siz onu yesəniz, risk (koronavirusa yoluxma) var. Amma praktikada şanslar azdır”, – deyə açıqlamada bildirilib.

    Mütəxəssislər meyvə və tərəvəzləri istehlak etməzdən əvvəl təmiz su ilə yaxşı-yaxşı yumağa çağırış edib.

    Paketdəki məhsullarda da vəziyyət eynidir. Mütəxəssislərin fikrincə, virus bir qatıq bankasının və ya su butulkasının səthinə düşsə, sonra isə insan onunla təmas etdikdən sonra əllərini üzünə toxundursa, az da olsa real yoluxma ehtimalı var.

    Ümumiyyətlə, mütəxəssislər xatırladır ki, koronavirus səthlərdə uzun müddət yaşamır, qidada çoxalmır.

    Bu baxımdan ən təhlükəsiz məhsul ətdir.

    Əgər qida yolu ilə koronavirusa yoluxma narahatlıqları varsa, mütəxəssislər məhsulların termik emal olunmasını təklif edirlər.

    SARS ilə bağlı bundan əvvəl həyata keçirilən təcrübələrdə virusun 149 dərəcə istidə 1-3 dəqiqə ərzində öldüyü müəyyənləşib.

    “COVID-19 ilə oxşar testlər hələ aparılmayıb, ancaq vəziyyətin oxşar olduğuna inanmaq üçün əsas var”, – deyə “Roskontrol”dan bildirilib.

  • Bakıda minik avtomobili sərnişin avtobusuna çırpılıb

    Bakıda minik avtomobili marşrut avtobusuna çırpılıb.

    APA-nın məlumatına görə, hadisə Binəqədi yolu, “Zəngəzur” restoranının qarşısında qeydə alınıb.

    “Chevrolet” markalı minik avtomobili qarşısında gedən 71 saylı marşrut xətt avtobusuna çırpılıb. Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Qəza zamanı avtobus boş olub.

    Faktla bağlı araşdırma aparılır.

  • “Formula-1” üzrə Kanada Qran-Prisi təxirə salınıb

    “Formula-1” üzrə dünya çempionatının daha bir mərhələsi təxirə salınıb.

    Apasport.az saytının məlumatına görə, Kanada Qran-Prisinin baş tutmayacağı rəsmiləşib.

    Bunu yarışın təşkilatçıları açıqlayıb. İyunun 14-də Monrealda baş tutması planlaşdırılan yarış koronavirus pandemiyası üzündən qeyri-müəyyən müddətə keçirilib.

    Bununla da baş tutmayan mərhələlərin sayı 9-a çatıb. İndiki vəziyyətə əsasən, mövsüm iyunun 28-də Pol-Rikardakı Fransa Qran-Prisi ilə başlayacaq. Lakin həmin yarış da sual altındadır.

    Qeyd edək ki, bunadək Bəhreyn və Vyetnam mərhələləri ləğv edilib. Avstraliya, Çin, Niderland, İspaniya, Monako və Azərbaycan Qran-Priləri isə qeyri-müəyyən müddətə təxirə düşüb.

  • Количество жертв коронавируса во Франции превысило десять тысяч человек

    Число скончавшихся от коронавируса в больницах Франции и медико-социальных учреждениях превысило 10 тысяч.

    Как передает Median.Az об этом сообщил глава генеральной дирекции здравоохранения страны Жером Саломон.

    “В больницах скончались 7 091 человек”, – заявил Саломон на брифинге 7 апреля.

    По его словам, только за минувшие сутки в больницах скончались 607 человек.

    С начала эпидемии в домах престарелых умерли 3 237 человек. Таким образом, общее число умерших во Франции составило 10 328, отметил Саломон.

    В понедельник сообщалось о 8 911 умерших.