Month: April 2020

  • Azadlığa çıxan məhbus: “Məni vadar etməsəydi, onu öldürməzdim” – FOTO

    “Məni vadar etməsəydi, onu öldürməzdim”.

    Bunu Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan məhbus, 1953-cü il təvəllüdlü Quliyev Eyvaz İsmayıl oğlu deyib.

    E.Quliyev törətdiyi cinayətdən peşman olduğunu bildirib:

    “Heç kim istəməz ki, yolu cəzaçəkmə müəssisəsinə düşsün. Məni vadar etməsəydi, belə olmazdı. Çox peşmanam. Cinayətə görə 13 il iş kəsdilər. Onun 8 il 10 ayı həbsdə keçib. Cəzamın bitməsinə 3 il 2 ay vaxt qalıb.

    Allah ölkə başçımızdan razı olsun. Təşəkkür edirəm ki, belə humanist addım atıb. Əfv siyahısında adımın olduğunu eşidəndə, çox sevindim”.

    E.Quliyev 11 uşaq atası olduğunu deyib:

    “Səkkiz oğlum, üç qızım var. Neçə ildir ailəm, uşaqlarım üçün darıxırdım. Prezidentimiz sağ olsun, mənim kimi 176 nəfərin məhkumluq həyatına son qoydu”.

    Qeyd edək ki, 67 yaşlı məhkum Eyvaz İsmayılov Cinayət Məcəlləsinin 120.2.3-cü maddəsi ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

    Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam yaşı 65-dən yuxarı olan 176 nəfərə şamil edilib.
    /oxu.az/

  • В Азербайджане сохранится дождливая погода

    Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовал прогноз погоды в Азербайджане на 8 апреля.

    В Баку и на Абшеронском полуострове прогнозируется пасмурная погода, ночью и утром – местами дожди, утром – туман, умеренный северо-западный ветер днем сменится юго-восточным.

    Температура воздуха в Баку и на Абшеронском полуострове составит ночью 5-7, днем – 9-11 градусов тепла.

    Атмосферное давление будет выше нормы – 775 мм ртутного столба, относительная влажность ночью – 75-85%, днем – 50-55%.

    В ряде районов Азербайджана завтра прогнозируются дожди, в горах – снег, местами – туман, западный ветер, в течение дня осадки постепенно прекратятся.

    Температура воздуха составит ночью 3-6, днем – 7-11 градусов тепла, в горах ночью – 0-5, в высокогорных районах – 8-12 градусов мороза, днем – 3-6 градусов тепла.

  • Sabahın havası: Yağış, qar, külək

    Aprelin 8-də gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək – 775 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

    Çərşənbə günü Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-12 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

  • Azadlığa buraxılan ən yaşlı məhkumun neçə yaşı var?

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olmuş altı nəfər azadlığa buraxılıb.

    7 saylı cəzaçəkmə müəssisəsindən əfv siyahısına düşərək, azadlığa buraxılan ən yaşlı məhkumun 75 yaşı var.

    Digər məhkumlardan iki nəfər 1952-ci il, bir nəfər 1953-cü il, bir nəfər 1954-cü il, bir nəfər isə 1955-ci il təvəllüdlüdür.

    Əfv edilən altı məhkum cəzaçəkmə müəssisəsində həkim müayinəsindən sonra azadlığa buraxılıblar.

    Xatırladaq ki, dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

  • Названа дата поступления в продажу медмасок местного производства – ОФИЦИАЛЬНО

    На местном предприятии по производству медицинских масок ведутся заключительные работы. Через неделю медмаски отечественного производства поступят в продажу.

    Об этом журналистам заявила учредитель ООО “Бакинская текстильная фабрика” Сакина Бабаева.

    По ее словам, цены на маски местного производства пока не установлены.

    “В ближайшие два дня будет обнародована цена на медмаски азербайджанского производства. Планируется, что в первые 15 дней предприятие сможет удовлетворить 30-40% ежедневного спроса на маски”, – сказала С.Бабаева.

    Учредитель добавила, что при создании предприятия была оказана поддержка со стороны Турции.

    Отметим, Фонд поддержки предпринимательства Министерства экономики выделил производителю льготный кредит в размере 1,2 миллиона манатов. Инвестиционные расходы на создание предприятия составили 3,9 миллиона манатов.

  • Yerli istehsal olan maskaların satışa çıxarılacağı vaxt açıqlandı – RƏSMİ

    “Yerli maska istehsalı müəssisəsində artıq son quraşdırma işləri aparılır. Bizim yerli istehsal maskalarımız bir həftədən sonra apteklərdə satışa çıxarılacaq”.

    Bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, yerli istehsal olan maskaların qiyməti hələ müəyyənləşməyib:

    “Yaxın iki gün ərzində Azərbaycan istehsalı olan maskaların satış qiyməti açıqlanacaq. Müəssisədə ilk 15 gün ərzində maska tələbatının gündəlik 30-40 faizinin qarşılanması nəzərdə tutulur”.

    S.Babayeva qeyd edib ki, müəssisənin qurulmasında Türkiyədən dəstək alınıb.

    Qeyd edək ki, istehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.

  • Azərbaycana qar yağdı – VİDEO

    Azərbaycanda bəzi dağlıq və dağətəyi rayonlara qar yağıb.

    Dünən gecədən başlayaraq, cənub rayonlarında hava kəskin dəyişib.

    Qeyd edək ki, sinoptiklər ölkədə havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

  • Замминистра экономики о производстве медицинских масок в Азербайджане

    До настоящего времени медицинские маски импортировались в Азербайджан. С созданием предприятия по их производству страна не будет зависеть от импорта, мы сможем сами себя обеспечивать этим защитным средством.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сказал журналистам заместитель министра экономики Ниязи Сафаров.

    По его словам, в течение двух недель предприниматели закупили необходимое оборудование и сырье.

    “В Азербайджане также налажено производство медицинского спирта и дезинфекционных средств для защиты населения и сохранения гигиенической ситуации на необходимом уровне”, – сказал Н.Сафаров.

    Замминистра отметил, что инвестиционные расходы предприятия по производству медмасок, открытого ООО “Бакинская текстильная фабрика”, составляют 3,9 миллиона манатов.

    “Специальные упаковки для медицинских масок также местного производства. Они изготавливаются на предприятии-резиденте Балаханского промышленного парка. На предприятии создано более 30 новых рабочих мест. Процесс производства трехэтапный”, – сказал он.

    Отметим, что 6 апреля состоялось открытие предприятия по производству медицинских масок, созданного в Сумгайытском химическом промышленном парке. На предприятии в соответствии с международными стандартами İSO ежедневно будет производиться 120 000 медмасок.

  • Azərbaycanda tibbi maska istehsalı ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Azərbaycana bu günə qədər tibbi maskalar tam idxal olunurdu. Müəssisənin fəaliyyəti ilə idxaldan asılılığımız başa çatacaq və biz özümüzü maskalarla təmin edəcəyik”.

    Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, iki həftə ərzində sahibkar tərəfindən lazımi avadanlıq, xammal alınıb:

    “Burada insanların qorunması və gigiyenik vəziyyətin lazımi səviyyədə saxlanılması üçün tibbi spirtlər və dezinfeksiya vasitələri də istehsal olunur”.

    N.Səfərov qeyd edib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin investisiya xərcləri 3,9 milyon manat təşkil edir:

    “Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir”.

    Qeyd edək ki, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla, birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək.
    /oxu.az/

  • Bakıda polis maşını yük avtomobili ilə toqquşdu: Altı nəfər xəsarət aldı

    Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, gecə saatlarında Zabrat qəsəbəsində Səid Armziyad qardaşı Süleyman Armziyadla əlbəyaxa dava edib.

    Sabunçu Rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları hər iki şəxsi sərxoşluq testindən keçirmək üçün Post-Patrul Xidmətinin “Fiat” markalı avtomobili ilə müvafiq məntəqəyə apararkən qəza baş verib.

    1985-ci il təvəllüdlü Daşqın Abbasovun idarə etdiyi “Fiat” maşını “Veysəloğlu” MMC-yə məxsus “Mercedes” markalı yük avtomobilinə çırpılıb. “Fiat” və yük avtomobili zərbənin təsirindən aşıblar.

    Nəticədə, “Fiat” maşınında olan D.Abbasov, polis əməkdaşı Bəhruz Qubadlı, S.Armziyad və qardaşı S.Armziyad ağır, “Mercedes” markalı yük avtomobilindəki iki nəfər – 24 yaşlı Elməddin Cəlilli və Aydın Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Xəsarət alan altı nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.