Month: April 2020

  • Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Maliyyə Nazirliyinə ayrılıb.

  • “8103” qısa nömrəsindən gələn razılıq SMS-ni saxtalaşdırdı – VİDEO

    “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi olan “8103” qısa nömrəsindən gələn razılıq SMS-nin tarixini xüsusi kompüter proqramları vasitəsilə saxtalaşdıraraq, karantin rejimi qaydalarını kobud şəkildə pozan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbir nəticəsində Sumqayıt şəhər sakini Nail Yaqubov tutularaq məsuliyyətə cəlb edilib.

    Araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib.

    Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Həmçinin, N.Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb.

    Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 25 sutka həbs edilib.

  • Bərdədə karantin rejimini pozan beş nəfər həbs edildi, 189 nəfərə xəbərdarlıq olundu

    Bərdədə karantin rejimini pozan beş nəfər inzibati qaydada həbs edilib, 189 nəfərə isə xəbərdarlıq edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Bildirilir ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən ölkədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması, Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

    Həyata keçirilən tədbirlər çərçivəsində rayonların giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub.

    Eləcə də rayon ərazisində karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir.

    Rayon ərazisində qaydaları pozan 56 nəfər barəsində protokol tərtib edilib. Protokollardan doqquzu obyekt sahibi olan şəxslərə tətbiq olunub.

    Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

  • Azərbaycanda “Qırmızı kitab”a düşən quşu ovlayan şəxs tutuldu – VİDEO

    Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları tərəfindən “Qırmızı kitab”a düşən quşu ovlayan şəxs saxlanılıb.

    Baku.Tv xəbər verir ki, Masallı rayonu Qədirli kəndindəki Qızılağac Milli Parkının xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonasında olan Böyük körfəz su sahəsində qanunsuz ov edən həmin kəndin sakini, 52 yaşlı Çingiz Əmiraslanov tutulub.

    Yoxlama zamanı ondan taxta qayıq, avar, qoşalüləli, sənədi olmayan, nömrəsiz bir ov silahı və həmin silahla qanunsuz ovladığı bir qaşqaldaq, iki ördək və “Qırmızı kitab”a düşmüş bir sultan toyuğu quşları aşkar edilərək, maddi sübut kimi götürülüb.

    Təbiətə dəymiş maddi ziyanın məbləği 1039 manat 50 qəpik müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане выявлено 76 новых случая инфицирования COVID-19, один пациент скончался – ВИДЕО

    В Азербайджане выявлено 76 новых случаев инфицирования коронавирусом (COVID-19), один пациент скончался.

    Об этом сообщает оперативный штаб при Кабинете министров.

    Взятые на COVID-19 анализы гражданина (1953 г.р.) с диабетом оказались положительными.

    Несмотря на принятые меры, врачам не удалось спасти его жизнь.

    Устанавливаются контакты мужчины с членами семьи и другими лицами.

    До сегодняшнего дня коронавирусом в стране заразились 717 человек. 44 из них выздоровели, восемь – скончались, 665 человек проходят лечение в больницах особого режима. Состояние 23 из них оценивается как тяжелое, 31 – средней степени тяжести, остальных – как стабильное.

    За прошедшее время в Азербайджане было сделано 53 300 тестов на выявление коронавируса.

  • Azərbaycanda koronavirusdan daha bir nəfər öldü. 76 yeni yoluxma – RƏSMİ + VİDEO

    Azərbaycan Respublikasında 76 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1953-cü il təvəllüdlü, şəkərli diabet xəstəsi olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

    Hazırkı dövrədək ölkəmizdə 717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 nəfəri müalicə olunaraq sağalıb, səkkiz nəfər vəfat edib, 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılıb.

  • DİM-dən təxirə düşən imtahanlarla bağlı AÇIQLAMA

    Təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də, digər tədbirlərin qrafiki Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, bununla bağlı bu gün Mərkəzin rəhbər şəxsləri arasında növbəti üçüncü videokonfrans keçirilib. Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, cari işlər, onlayn imtahanlar, onların layihələndirilməsi, nəzarət sistemi və digər İT məsələlərinin həlli imkanlarının müzakirəsindən ibarət olub.

    Qeyd edək ki, DİM-in inzibati binalarında vətəndaş qəbulu müvəqqəti dayandırılsa da, müraciətlər “1653” Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin, DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır.

  • В оккупированном Нагорном Карабахе подтвержден первый случай коронавируса

    Первый случай коронавируса подтвержден в оккупированном Арменией Нагорно-Карабахском регионе Азербайджана.

    Как передает РИА Новости, об этом сообщили 7 апреля в “Минздраве” сепаратистского режима.

    “Сегодня получены результаты двух анализов на коронавирус, отправленных накануне на исследование в Армению. Один результат оказался положительным, второй – отрицательным”, – говорится в сообщении, размещенном на странице “ведомства” в Facebook.

  • İşğal altındakı Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alındı

    Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

    Bu barədə “RİA Novosti” qondarma “respublika”nın Səhiyyə Nazirliyinə istinadla xəbər verib.

    Məlumata görə, Ermənistana göndərilən koronavirus testinin iki nümunəsinin cavabı alınıb. Onlardan birinin cavabı müsbət çıxıb.

  • Ömürlük məhkum: “Anam məhkəmə zalında infarkt keçirdi, nənəm həbsxananın qarşısında öldü” – VİDEO

    Saatlı rayonu, Saracalar kəndinin 1978-ci il təvəllüdlü sakini Əhmədov Sahib Əliqismət oğlu həyat hekayəsini ARB TV-nin “Rezonans” proqramında danışıb.

    Ömürlük məhkum həyatı yaşayan S.Əhmədov bildirib ki, Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət edib:

    “Ön cəbhədə yaxşı xidmətimə görə, mənə vaxtından əvvəl baş leytenant rütbəsi verildi. Mart ayı idi, məzuniyyətdə idim. Ögey əmim dedi ki, bir nəfərin borcu var, məni apar onlara, pulumu alacağam. Mən də apardım.

    Onu gözləyirdim, birdən qışqırıq səsi gəldi. Evə daxil oldum, gördüm ki, əmim evdəki qızı boğub, anasını da bıçaqlayıb. Əmimə müqavimət göstərsəm də, artıq gec idi, qız ölmüşdü.

    Ev sahibi əmim İlqardan təsərrüfat qurmaq üçün 5 min dollar borc almışdı. Borcunu qaytara bilmədiyinə görə, İlqar onların evinə gedib. Evə daxil olub, qızdan soruşub ki, atan hanı? Qız da deyib ki, sənə olan borcuna görə, evə gələ bilmir. Qızın aqressiv cavabına görə, mübahisə olub. Deyilənə görə, qız əmimə çaynik atıb. Sonra qızın anası Almaz xala bunun üstünə gələndə əmim cibindəki bıçaqla qadını vurub. Qız yenə əmimə hücum edəndə isə iplə onu boğub öldürüb. Heç bir əsas olmadan. O qız mənim bacım sayılırdı.

    Ömürlük həbs cəzası alanda anam məhkəmə zalında infarkt keçirdi. Mən çox ağır şok yaşadım, elə bildim həyatım çökdü. Nənəm yanıma gəldi, həbsxananın qarşısına çıxanda isə dünyasını dəyişdi. Ailəm yanıma gəlir”.