Month: April 2020

  • Bakıda zibil dolu zirzəmi xəstəlik mənbəyinə çevrilib – VİDEO

    Koronavirus pandemiyasına qarşı mübarizə aparıldığı bir zamanda, Xətai rayonu, Lütfi Zadə küçəsi, 15 ünvanında yerləşən binanın zirzəmisində antisanitar vəziyyət yaranıb.

    Zibillə dolub-daşan zirzəminin qoxusundan binada yaşamaq çətinləşib.

    Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

    Baku.Tv-nin bununla bağlı reportajını təqdim edirik:

  • Hansı tələbələrin təhsil haqqının dövlət tərəfindən ödəniləcəyi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci ildə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planına əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub.

    Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

    Onun sözlərinə görə, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə Nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib:

    “Təbii olaraq, bu tədbirin konkret olaraq hansı ailələrin üzvü olan tələbələrə aid olmasına və təhsil haqqının hansı şərtlərlə ödənilməsinə dair hazırda sosial mediada çoxsaylı suallar verilir, rəy və mülahizələr irəli sürülür.

    Bəzi hallarda verilən suallara şərhlərdə konkret cavablar da verilir (bu sizə aiddir/aid deyil, artıq ödənilmiş məbləğ nəzərə alınacaq/alınmayacaq, yalnız ali təhsilə aiddir və sair)”.

    “Xahiş edirəm, nəzərə alasınız ki, hazırda sərəncamdan irəli gələn məsələlər müzakirə olunur və qərar layihəsi üzərində iş gedir. Qərar qəbul və elan ediləndən sonra verilən bütün suallara dəqiq cavab vermək olacaq”, – deyə müşavir qeyd edib.

  • Завтра в Азербайджане будет ветрено и дождливо

    Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовал прогноз погоды на 7 апреля.

    В Баку и на Абшеронском полуострове в течение дня ожидаются дожди, туман, сильный северо-западный ветер, который днем стихнет.

    Температура воздуха в Баку и на Абшеронском полуострове ночью составит 6-8, днем – 8-10 градусов тепла.

    Атмосферное давление повысится с 770 до 775 мм ртутного столба, относительная влажность составит 75-85%.

    В районах Азербайджана временами ожидаются дожди, в горах – снег, местами – туман, порывистый западный ветер, в отдельных местах осадки могут принять интенсивный характер.

    Температура воздуха ночью составит 3-6, днем – 7-10 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 2-5 градусов тепла.

  • Sabahın havası: Yağış yağacaq, güclü külək əsəcək

    Bakıda və Abşeron yarımadasında sabah gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək – 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 faiz olacaq.

    Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.

  • В Сумгайыте появится мобильная клиника для инфицированных коронавирусом – ФОТО/ВИДЕО

    В Сумгайыте принимаются необходимые меры для борьбы с коронавирусом.

    Как сообщили oxu.az в Исполнительной власти (ИВ) города, для оказания населению медицинских услуг на территории Сумгайытской городской больницы №1 в рамках борьбы с коронавирусом монтируется мобильная клиника.

    “Для этого на территории Сумгайытской городской больницы №1 выделен соответствующий участок. Учитывая важность проекта, в Министерство экологии и природных ресурсов было направлено обращение в связи с находящимися на территории деревьями.

    Ведомство, учитывая государственное значение указанного проекта и вопрос улучшения социальной инфраструктуры, разрешило перенести растущие на участке деревья в рамках действующих требований и правил”, – отметили в ИВ.

    “Несколько деревьев были пересажены на пустой участок на территории больницы. В то же время соответствующим структурам поручено посадить еще 500 деревьев на указанном участке. Этот процесс уже начался”, – говорится в сообщении.

    Отметим, что ранее в соцсети появилась информация о вырубке деревьев в Сумгайыте.


  • Sumqayıtda köçürülən ağacların yerində koronavirusa görə mobil klinika quraşdırılır – RƏSMİ + FOTO/VİDEO

    Sumqayıt şəhərində koronavirusla mübarizə məqsədilə zəruri tədbirlər həyata keçirilir.

    Sumqayıt Şəhər İcra Hakimiyyətindən oxu.az-a bildirilib ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədilə mobil səyyar hospital quraşdırılır:

    “Bu səbəbdən dövlət sifarişi ilə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının ərazisində müvafiq yer ayrılıb. Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq, ərazidəki tikinti altına düşən ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub.

    Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq, mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanmasına, boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib”.

    “Ərazidəki bir neçə ağac budanaraq, xəstəxananın həyətindəki boş əraziyə köçürülüb. Eyni zamanda, ərazidəki boş sahədə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib. Artıq ağacların əkilməsinə başlanılıb”, – məlumatda bildirilib.

    Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıtda ağacların kəsilməsi barədə məlumat yayılıb.


  • Hamilə qadın müsəlman olduğu üçün xəstəxanaya qəbul edilmədi, körpəsi öldü

    Hindistanın Racəstan əyalətində təcili tibbi yardım maşını ilə gətirilən hamilə qadını dövlət xəstəxanasına qəbul etməyiblər.

    “HaberGlobal” məlumat verir ki, bu addım qadının müsəlman olması müəyyənləşdikdən sonra atılıb.

    Əlacsızlıqdan təcili tibbi yardım maşınında baş verən doğuş zamanı körpə ölüb.

    Qadının əri İrfan Xan “buradakı həkimlər müsəlman olduğumuz üçün Caypura getməyimizi məsləhət gördülər”, – deyə bildirib.

    O, xəstəxana rəhbərliyinin körpənin ölümünə görə məsuliyyət daşıdığını vurğulayıb.

    Xəstəxanadan bildirilib ki, qadın ağır vəziyyətdə olduğu üçün Caypura göndərilib, amma buna baxmayaraq, səhlənkarlıq araşdırılacaq.

  • В Нахчыване у 18 человек обнаружен COVID-19 – ВИДЕО

    В соответствии с введенным в Азербайджане карантинным режимом в Нахчыванской Автономной Республике под наблюдением находятся 2 896 человек. Из них 536 – это приехавшие в автономную республику из других регионов страны.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство здравоохранения Нахчыванской АР.

    По данным ведомства, на сегодняшний день в этом регионе протестированы 630 лиц с подозрением на коронавирус. По результатам повторных тестовых проверок было выявлено 18 случаев заражения COVID-19.

    Один человек вылечился и уже выписан домой. 17 человек продолжают лечение в больнице специального режима. Случаев осложнений нет.

  • Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı – VİDEO

    “Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 2896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir”.

    Median.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu günə qədər muxtar respublikada 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb.

    Təkrar test yoxlamalarının nəticələrinə əsasən, 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bir nəfər sağalaraq evə buraxılıb.

    Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir.

    Ağırlaşma halları yoxdur.

  • Bu gün deputatlara yeni sənədlər paylanılacaq

    Bu gün Milli Məclisin deputatlarına Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatına əlavələr – hökumətin hesabatının icmalı paylanılacaq.

    Bu barədə Oxu.Az-a parlamentdəki mənbə məlumat verib.

    Qeyd edək ki, Baş nazir Əli Əsədov aprelin 9-da Milli Məclisin iclasında hökumətin hesabatını təqdim edəcək.