Month: April 2020

  • İlham Əliyev Azərbaycan xalqına müraciət etdi

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

    Prezident İlham Əliyevin müraciətində deyilir:

    “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi.

    Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.

    Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

    Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir.

    Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri.

    İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.

    Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir.

    Eyni zamanda, mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək.

    Mən onu bir daha qeyd etmək istəyirəm ki, hətta inkişaf etmiş ölkələrdə bu gün maska qıtlığı var. Bizdə alınmış yeni avadanlıq, – bu avadanlığın ikinci xəttinin də gətirilməsi nəzərdə tutulur, – imkan verir ki, avtomatlaşdırılmış rejimdə böyük həcmdə, böyük sayda maskalar istehsal olunsun.

    Ona görə bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq.

    Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür.

    Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır.

    Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir.

    Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik.

    Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik.

    Eyni zamanda, onu da bildirməliyəm ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız – “Yeni klinika” da var. Bu klinika bu yaxınlarda – martın sonunda açılmışdır, orada 575 çarpayı nəzərdə tutulur. Nəzərə alsaq ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artacaq – ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq.

    Həmçinin bu il martın əvvəlində mənim iştirakımla bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verildi. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar.

    Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir.

    Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, – yığma texnologiyalar prinsipi əsasında qurulacaq, – bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir. Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir.

    Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik. Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır.

    Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq.

    Onu da bildirməliyəm ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib.

    Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insanların məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib.

    Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. Onlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər.

    Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın.

    Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.

    Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq.

    Azərbaycana gəldikdə, – üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, – koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib.

    İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

    Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər.

    Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi – bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub.

    Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun”.

  • Koronavirusla bağlı hekayə müsabiqəsi elan edildi

    Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.

    Müsabiqənin şərtləri:

    Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir.

    Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.

    Müsabiqəyə 25 000 (iyirmi beş min) işarədən artıq olmayan hekayələr qəbul olunur.

    Hekayənin mətni üçün tələblər – şriftin qarnituru “Arial” 12, sətirarası interval 1, faylın formatı “doc.” A4.

    Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

    Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

    Ən yaxşı hekayələr “Radio Antenn” 101 FM-də yayımlanan “Canlı kitab” verilişində səsləndiriləcək.

    Mükafatlar:

    Birinci yer – I dərəcəli diplom və 2 000 manat;

    İkinci yer – II dərəcəli diplom və 1 500 manat;

    Üçüncü yer – III dərəcəli diplom və 1 000 manat;

    İki həvəsləndirici mükafat – xüsusi diplom və 500 manat;

    Müsabiqənin müddəti:

    Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaq.

    12 iyun 2020-ci il tarixinədək qaliblərin mükafatlandırılması təşkil olunacaq.

    Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

    Tel.: (051) 359 19 19

    (050) 563 05 65

    İştirakçılar tərəfindən hekayələr bu elektron poçt ünvanına göndərilməlidir: nrtis@mct.gov.az

  • Koronavirusa yaşlılardan daha həssas olanlar kimdir?

    Koronavirusa ən həssas insanların kateqoriyasına hamilələr daxildir.

    Bu barədə rusiyalı virusoloq, tibb elmləri doktoru Viktor Zuyev “Rossiya 1” telekanalının efirində bəyan edib.

    Onun sözlərinə görə, uşaqlar və yaşlılar üçün virusa qarşı müxtəlif preparatlar təyin etmək olur, ancaq hamilələr üçün düzgün müalicə üsulu seçmək çətindir.

    Mütəxəssis analığa namizədləri infeksiyadan qorunmağa çağırıb, çünki yoluxmanın nəticələri körpədə də əksini tapa bilər.

    “Qrip infeksiyasının ləng formalarının inkişaf etdiyi hallarla tez-tez rastlaşırıq, hətta bu da ağır fəsadlara səbəb ola bilər”, – mütəxəssis bildirib.

  • В Азербайджане обнародован крайний срок выплаты налогов

    В связи с объявлением в Азербайджане особого карантинного режима (31 марта – 20 апреля 2020 года) установлены крайние сроки представления налоговой декларации и выплаты налогов.

    Как говорится в сообщении Минналогов, согласно статье 68.2 Налогового кодекса, любой срок истекает в конце последнего дня указанного в кодексе периода. Если какой-либо срок, предусмотренный кодексом, приходится на нерабочий день, то он переносится на следующий за ним ближайший рабочий день.

    Согласно постановлению Кабинета министров “Об регулировании режима работы в Азербайджане в период специального карантинного режима” в связи с данным режимом, аннулировано постановление правительства “Об установлении нерабочих дней в качестве особого трудового режима на территории страны”.

    Также приложением за № 2 к постановлению определены сферы, продолжение работы которых представляется необходимым в нерабочие дни, установленные на территории Азербайджана

    Отмечается, что срок представления годового отчета по доходам (прибыли) за 2019 год и годового отчета по имущественному налогу, ежемесячного отчета за февраль 2020 года, а также уплаты налогов для налогоплательщиков, занятых в сферах, деятельность которых разрешена, установлен 6 апреля 2020 года.

    Срок представления годового отчета по доходам (прибыли) за 2019 год и годового отчета по имущественному налогу, ежемесячных отчетов за февраль и март 2020 года и квартального отчета за первый квартал 2020 года, а также соответствующей справки по текущим налоговым выплатам и налогам, оплаты текущих налоговых выплат для налогоплательщиков, занятых в сферах, деятельность которых ограничена, установлен 21 апреля 2020 года.

  • Vergi hesabatlarının verilməsi müddətləri açıqlandı – RƏSMİ

    Nazirlər Kabineti 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ilə ölkə ərazisində xüsusi əmək rejimi olaraq, beşgünlük iş həftəsində çalışanlar üçün 29 mart – 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 – 28 mart və 30 mart – 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilib.

    Vergilər Nazirliyindən verilən məlumata görə, Vergi Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

    Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövrü (2020-ci il 31 mart -20 aprel) ilə əlaqədar Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Qərarı ilə Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” qərarı ləğv edilib.

    Habelə, həmin Qərarın 2 nömrəli əlavəsi ilə xüsusi iş (əmək) rejimi çərçivəsində fəaliyyətinə icazə verilən sahələr müəyyən edilib, həmin siyahıda qeyd edilməyən digər sahələr üzrə fəaliyyət məhdudlaşdırılıb.

    Göstərilənlərə əsasən xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart – 20 aprel) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti belə müəyyən edilir:

    1. fəaliyyətinə icazə verilən sahələr üzrə (siyahısı əlavə olunur) vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların və 2020-ci ilin fevral ayı üçün aylıq hesabatların verilməsi və vergilərin ödənilməsi müddəti – 6 aprel 2020-ci il;

    2. fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən, cari vergi ödəmələrinin ödənilməsi müddəti – 21 aprel 2020-ci il.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 2 nömrəli əlavəsinə əsasən, ölkə ərazisində müəyyən edilmiş qeyri-iş günlərində işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələri bunlardır:

    1. Səhiyyə və sosial sahə üzrə:

    1.1. elmi-tədqiqat və laborator xidmətləri;

    1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə

    xidmətlər

    1.3. baytarlıq xidmətləri;

    1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

    1.5. sosial xidmətlər;

    1.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün

    baxıcılıq xidməti

    2. İnfrastruktur sahəsi üzrə:

    2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı,

    istilik təchizatı, enerji paylanması);

    2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

    2.3. su təchizatı və meliorasiya;

    2.4. telekommunikasiya və rabitə xidmətləri.

    3. Nəqliyyat və logistika sahəsi üzrə:

    3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük

    daşımalar

    3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

    3.3. logistika xidmətləri;

    3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

    4. Əsas istehsalat növləri:

    4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

    4.2. neft avadanlıqları və qurğularının istehsalı;

    4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida

    məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı

    4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

    4.5. kimyəvi məhsulların istehsalı;

    4.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən

    fermer təsərrüfatlarının fəaliyyəti

    4.7. əkinçilik və məhsul yığımı;

    4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

    4.9. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;

    4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

    4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

    4.12. mühəndislik və layihələndirmə xidmətləri;

    4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və

    təmiri;

    4.14. qablaşdırma məhsullarının istehsalı;

    4.15. daş, metal və taxta məhsullarının istehsalı;

    4.16. mebel istehsalı və təmiri;

    4.17. diri heyvanların kəsimi.

    5. Pərakəndə və topdan satış üzrə:

    5.1. ərzaq məhsullarının satış məntəqələri;

    5.2. apteklər;

    5.3. yanacaqdoldurma məntəqələri;

    5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı

    məntəqələri;

    5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.

    6. Məişət xidmətləri üzrə:

    6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

    6.2. poçt xidmətləri;

    6.3. kimyəvi təmizləmə;

    6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

    6.5. avtomobillərin təmiri;

    6.6. avtomobil yuyulma məntəqələri;

    6.7. tərcümə xidmətləri;

    6.8. heyvan sığınacaqları;

    6.9. dizayn xidmətləri.

    7. Kütləvi informasiya vasitələri.

    8. Maliyyə təşkilatları üzrə:

    8.1. banklar və bank olmayan kredit təşkilatları;

    8.2. investisiya şirkətləri, fond birjaları;

    8.3. sığorta təşkilatları;

    8.4. ödəniş və klirinq xidmətləri göstərən təşkilatlar.

    9. Xüsusi xidmət növləri üzrə:

    9.1. çatdırılma xidmətləri;

    9.2. məişət avadanlıqlarının təmiri;

    9.3. dezinfeksiya xidmətləri.

    10. Vəkillik fəaliyyəti.

  • Ramzan Kadırov sürücünü döyən polisi mükafatlandıracaq

    Ramzan Kadırov özünütəcrid qaydalarını pozan sürücüyə qarşı fiziki güc tətbiq edən polis əməkdaşını müdafiə edib.

    “Qroznı” telekanalı xəbər verir ki, Çeçenistan prezidenti bu barədə hökumət üzvləri ilə iclasda açıqlama verib.

    “Minlərlə insanı dəfn etməkdənsə, bir şəxsi vurmaq daha yaxşıdır. Məhz bu səbəbdən sərt tədbirlər həyata keçirilir. Kimi lazımdırsa, dəyənəklə döyəcəm. Xalqımı qorumaq naminə qaydalara riayət etməyən şəxsləri həbsxanalara, zirzəmilərə salacağam”, – deyə Kadırov bildirib.

    Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Çeçenistanın Arqun şəhərində karantin qaydalarını pozaraq, küçəyə çıxan gəncin polis tərəfindən döyülməsini əks etdirən görüntülər yayılmışdı. Polis əməkdaşının davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən hiddətlə qarşılanıb.

  • Уставный капитал СП с участием SOCAR – 1 миллион долларов

    Налоговая служба Азербайджана 2 апреля зарегистрировала ООО SOCAR-STP (ИНН 1405111081) с уставным капиталом в 1,7 миллиона манатов (1 миллион долларов), сообщили агентству “Интерфакс-Азербайджан” в ведомстве.

    ООО SOCAR-STP является совместным предприятием, созданным Государственной нефтяной компанией Азербайджана (SOCAR) и Сумгайытским технологическим парком (STP).

    Юридический адрес СП: Баку, проспект Нефтяников, 153.

    Как сообщалось ранее, основной деятельностью SOCAR-STP является оказание услуг по ремонту тяжелых кранов, фонтанной арматуры, APS (Advanced Parts Solution), бурового оборудования и т.д.

    Сумгайытский технологический парк входит в структуру компании Azenco, которая занимается строительством объектов в сфере энергетики. Площадь парка – 250 га.

    На территории STP действуют 14 предприятий и 18 производственных площадок.

  • SOCAR və STP-nin birgə müəssisəsi dövlət qeydiyyatına alınıb

    Vergilər Nazirliyi aprelin 3-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) birgə təsis etdiyi “SOCAR-STP” MMC-ni dövlət qeydiyyatına alıb.

    Report xəbər verir ki, yeni şirkət STP-nin məxsus olduğu “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.

    Onun nizamnamə kapitalı 1,7 milyon manatdır. Şirkətə hələlik direktor təyin edilməyib.

    Xatırladaq ki, SOCAR və STP birgə müəssisə yaratmaq barədə müqaviləni bu il fevralın 19-da imzalayıb.

  • За фальшивые документы для свободного передвижения в Баку задержаны трое – ФОТО

    В целях охраны здоровья населения в связи с пандемией коронавируса на территории Азербайджана объявлен особый карантинный режим. Однако все еще встречаются лица, которые не соблюдают установленные правила.

    Как сообщили в пресс-службе МВД, в результате очередного мероприятия, проведенного сотрудниками полиции, были задержаны лица, которые подделали и продали за деньги документ, который разрешает покидать место жительства, и тем самым грубо нарушили правила карантина.

    В ходе расследования было установлено, что владелец ООО Meqata – житель Имишлинского района Мехман Иманов в своем офисе в Низаминском районе столицы распечатал документы для свободного передвижения на территории Баку.

    Он продал их своим знакомым – жителю столицы Рахибу Гурбанову и жителю Гедабейского района Арзуману Абдуллаеву за 20 манатов.

    Все трое были задержаны сотрудниками полиции и признались в незаконном действии.

    В настоящее время продолжается работа по привлечению их к административной ответственности по статье 211 Кодекса об административных проступках (Нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов).

    Министерство внутренних дел еще раз призывает граждан соблюдать правила карантинного режима.//oxu.az

  • Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutuldu – FOTO

    Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayaraq, 20 manata satan şəxs və onun “müştəriləri” saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq, 20 manata satan şəxs saxlanılıb.

    Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini – “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdən saxta icazə arayışları çap edib.

    O, saxta icazə arayışlarını 20 manata tanışları – paytaxt sakini Rahib Qurbanov və Gədəbəy rayon sakini Arzuman Abdullayevə satıb. Hər üç şəxs polislər tərəfindən saxlanılıb. Onlar etdikləri qanunsuz əməli etiraf ediblər.

    Hazırda saxlanılan şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri istiqamətində işlər davam etdirilir.

    DİN bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.//oxu.az