Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş altı nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
На 3 апреля в Азербайджане зарегистрировано 43 новых случая заражения коронавирусом COVID-19.
Об этом говорится в сообщении оперативного штаба при Кабинете министров.
Все инфицированные помещены в медучреждения специального режима. Состояние семи из них оценивается как тяжелое, 12 – как средней степени тяжести, остальных – как стабильное.
На данный момент в Азербайджане подтверждено 443 случая заражения коронавирусом, из них 32 человека выздоровели, пятеро скончались. Остальные 406 пациентов проходят лечение в специальных больницах.
В целом в карантинных зонах Азербайджана изолирован 4 321 человек.
Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən yeddi nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, beş nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Сегодня, 3 апреля, Службой ASAN организована презентация системы выдачи разрешений на выход из дома граждан Азербайджана в период карантинного режима.
Напомним, что с 5 апреля в стране с целью предотвращения распространения коронавируса COVID-19 будет ограничено передвижение населения.
Сообщалось, что граждане смогут покидать свои дома после получения разрешения, предварительно отправив SMS на короткий номер 8103 с указанием цели выхода.
Данная услуга – бесплатная.
Bu gün bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sisteminin “ASAN xidmət” tərəfindən təqdimatı keçirilir.
Qeyd edək ki, aprelin 5-dən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılır.
Artıq məlum olduğu kimi, vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.
SMS-lər pulsuz olacaq.
В ходе мероприятий, проводимых в рамках борьбы с коронавирусом, были применены административные меры в отношении физических и юридических лиц, нарушивших правила особого карантинного режима.
Как сообщили в Министерстве внутренних дел, в период со 2 по 3 апреля были выявлены факты нарушения противоэпидемического режима на 15 объектах, в том числе девяти объектах общепита в Баку. Владельцы были оштрафованы.
В течение суток за попытку пересечения специальных полицейских постов, а также за нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режимов по соответствующей статье Кодекса об административных проступках были оштрафованы 3 566 человек, из них по столице – 2 973 человека, 10 – арестованы в административном порядке.
За попытку пересечь территорию регистрации, с постов были возвращены 1 320 транспортных средств.
В целом вчера в республике в административном порядке были арестованы 10 человек, 3 581 оштрафован. Министерство внутренних дел призывает граждан соблюдать особый карантинный режим, объявленный в целях пресечения распространения коронавируса и возможных последствий в стране.
Koronavirusa qarşı mübarizə çərçivəsində xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 2-dən 3-dək epidemiya əleyhinə rejimi pozan respublika üzrə 15, o cümlədən, Bakı şəhərində 9 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Həmin obyekt sahiblərinin hər biri inzibati qaydada cərimə edilib.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən, həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə, ümumilikdə 3 566 nəfərə, onlardan Bakı şəhəri üzrə 2 973 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunub.
Eyni zamanda, qeydiyyatda olduqları ərazidən kənara çıxmağa cəhd göstərən 1 320 nəqliyyat vasitəsi xüsusi postlardan geri qaytarılıb.
Ümumilikdə, ötən gün ərzində respublika üzrə 10 nəfər inzibati qaydada həbs edilib, 3 581 nəfər isə cərimə olunub.
Novxanı bağları ərazisində yaşayan sakinlər yaşayış massivindəki antisanitar vəziyyətdən şikayət edirlər.
Bu barədə sakinlərin biri tərəfindən Oxu.Az-a ünvanlanan müraciətdə qeyd olunub. Söhbət Bakının Novxanı bağlar massivi adlanan ərazisindən gedir.
Vətəndaş iddia edir ki, məsələ ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət olunub, lakin problemlə maraqlanan yoxdur:
“Dəfələrlə gəliblər, zibilləri ya yandırıblar, ya da yarısını kanala töküblər, yarısını isə zibil maşınına yığıb “təmizlik” işi aparıblar. O zibillər yananda günlərlə havadan qoxusu çəkilmir. Binəqədi Rayon İcra Hakimiyyəti ərazi ilə maraqlanmır. Goradil kəndinə gedən yolda zibil qutuları olmadığı üçün hamı məişət tullantılarını bu qutulara atır. Virusun tüğyan etdiyi bir vaxtda belə vəziyyətdə yaşamaq olar? Təsəvvür edin, minlərlə adamın atdığı zibil günlərlə qalıb iylənir.
Qarşıdan yay fəsli gəlir. Zibil qoxusundan pəncərəni aça bilməyəcəyik. Şəhərdən kənar qəsəbə olduğu üçün ərazidə yaşayan insanlar pintilikdə qalmalıdır?”
Mövzu ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən açıqlamada məsələnin heç də vətəndaşın iddia etdiyi kimi olmadığı qeyd olunub:
“Vətəndaş tərəfindən redaksiyanıza ünvanlanan şikayət əsassızdır. Qeyd edilən ərazidə mütəmadi olaraq, öncədən təsdiq olunmuş qrafikə uyğun təmizləmə işləri aparılır. Sonuncu dəfə əraziyə ötən gün növbədənkənar baxış keçirilib.
Həmin ərazidə zibil qutularının yerləşdirilməsinə baxmayaraq, sakinlər tərəfindən məişət tullantıları və zibillərin ətraf ərazilərə atılması halları da müşahidə olunur. Sizin vasitənizlə bir daha həmin ərazidə yaşayan sakinlərdən təmizliyin qorunmasında daha həssas və diqqətli olmalarını xahiş edirik”.
“Məişət tullantıları arasında yerində yandırılan zibillər olur. Zibillərin yandırılması vətəndaşları narahat edən məsələ kimi nəzərə alınıb və aidiyyəti üzrə bu barədə məlumat verilib. Bu problemin də aradan qaldırılması təmin olunacaq”, – deyə açıqlamada qeyd olunub.

Сотрудники Хачмазского районного управления полиции за нарушение правил особого карантинного режима привлекли к административной ответственности владельцев 10 объектов, а также 20 граждан, пытавшихся незаконно покинуть территорию района.
Как говорится в сообщении пресс-службы МВД, полицейские совместно с сотрудниками Министерства по чрезвычайным ситуациям и Государственной пограничной службы продолжают патрулировать на территории района с целью защиты здоровья граждан и выявления нарушений карантинного режима.
Сотрудники госорганов проводят с жителями района просветительские беседы, разъясняют, как важно не покидать без особой необходимости свои дома, за исключением походов в магазин или в аптеку, а также настоятельно рекомендуют пользоваться медицинскими масками и перчатками.







Xaçmazda karantin rejimini pozduqlarına görə, 10 obyekt sahibi və 20 vətəndaş inzibati qaydada məsuliyyətə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumatda bildirilir.
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qaydalarına riayət olunması və rayon sakinlərinin sağlamlıqlarının qorunması istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.
RPŞ-nin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin (FHN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ilə birgə rayon ərazisində patrul xidmətini yerinə yetirərək, elan edilmiş xüsusi rejimin qaydalarına riayət edilməsinə nəzarət edirlər. Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri onlara zərurət olmadan çölə çıxmamalarını, aptek və ya ərzaq mağazalarına getdikdə isə özlərinin və ətraflarının sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyini bildiriblər.
Həyata keçirilən nəzarət tədbirləri nəticəsində xüsusi karantin rejiminin tələblərinə riayət etməyən şəxslər də aşkarlanıb. Polis əməkdaşları tərəfindən rayon ərazisində 10 obyekt sahibi və 20 vətəndaş təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb olunub.





