Month: April 2020

  • 65 yaşdan yuxarı şəxslər SMS-lə icazə alıb, evi tərk edə bilərlər? – RƏSMİ

    “Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı qəbul etdiyi bütün qərarlar qüvvədədir”.

    Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

    Onun sözlərinə görə, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət qüvvədə saxlanılır:

    “Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslərin öz yaşadığı yeri tərk etmək məhdudiyyəti var. Onlar icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır”.

    “Fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq”, – deyə C.Salmanov qeyd edib.

  • Xəstələr gecə yatıb ayılmırlar — Rus həkimləri şoka salan MƏQAMLAR

    “Burda xəstələr ciddi simptom, ağırlaşmalar olmadan ölürlər. Qromo pansionatında çalışan bir tibb işçimiz deyir ki, bir neçə xəstə sadəcə yatdı və səhər oyanmadı. Hansı ki, bu xəstələrdə heç bir pnevmoniya ağırlaşması, boğulma, ciddi simptomlar yaranmadı ki, həkimlər müdaxilə etsin”.

    Median.Az xəbər verir ki, bu sözləri Keystone Press Agency-də İtaliyaya dəstək üçün təhkim olunmuş bir qrup rus tibb işçisi və kimyaçıları deyib.

    Ruslar qeyri-adi ölüm faktları qarşısında təəccübləniblər.

    “Dezinfeksiya etdiyimiz Qromo şəhərinin pansionatlarında 5 xəstə elə gözümüzün önündə belə öldü: sakitcə yatdılar və oyanmadılar.”
    Ruslar qeyri-adi ölüm faktları qarşısında təəccübləniblər.

    Rus epidemioloq və kimyaçıları İtalyan hərbi ekspertləri ilə birgə Lombardiya şəhərində 17 pansionatı dezinfeksiya ediblər. İtalyanlar özləri də etiraf edir ki, ruslara qədər bu yerlər belə təmiz, dəqiq dezinfeksiya olunmamışdı. Binalar zirzəmiyə qədər daxildən və xaricdən həyəti də xüsusi məhlulla yuyulur. İndi əsas məsələ virusun Lombardiniyə keçməsini əngəlləməkdir.

    Qeyd edək ki, Avropa dövlətləri içərisində sanitar-epidemoloji vəziyyət və dezinfeksiyanın ən zəif olduğu ölkə də İtaliyadır. (oxu24.com)

  • Rəşad İlyasova qadağa götürüldü: Eyvana çıxdı…

    Əməkdar artist Rəşad İlyasova Azərbaycan Televiziyasında (AzTV) qoyulan efir qadağası götürülüb.

    Median.Az musavat.com-a istinadla xəbər verir ki, müğənni AzTV-nin “Eyvana çıx” adlanan yeni layihəsinin qonağı olub. Karantin müddətində vətəndaşların evdə qalması və zamanını maraqlı keçirməsi üçün nəzərdə tutulan layihədə İlyasov öz repertuarında olan sevilən mahnıları eyvanda səsləndirib. Sənətçi eyni zamanda kanonda da ifa edib.

    Qeyd edək ki, ötən il Rəşad İlyasov Speys TV-nin efirində təhqiramiz ifadələr istifadə etdiyi üçün AzTV-dən uzaqlaşdırılmışdı.

    İlyasovun dövlət televiziyasında efirə gedən “Yaradanlar və yaşadanlar” verilişi 6 ay müddətində bağlanmışdı.

  • Koronavirus insandan-insana hava yolu ilə keçmir

    Məlumata görə, yoluxma yalnız virus daşıyıcılarının öskürməsi, asqırması və ya onlar danışan zaman saçılan damcılar yolu ilə baş verə bilər

    Koronavirus insandan-insana hava yolu ilə keçmir.

    Median.Az
    İnterAz-a istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi “Facebook” səhifəsində yayılıb.

    Məlumata görə, yoluxma yalnız virus daşıyıcılarının öskürməsi, asqırması və ya onlar danışan zaman saçılan damcılar yolu ilə baş verə bilər.

    Qeyd edilib ki, damcılar çox ağır olduğuna görə havada qalmır, dərhal düşür.

    Bu səbəbdən ÜST insanlar arasında ən azı 1 metr məsafəni qorumağa, əlləri tez-tez yumağa və göz, burun və ağıza isə toxunmamağa çağırır.

  • KİV: Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatdı

    Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 1 milyona yaxınlaşır.

    “Report” xəbər verir ki, bu barədə TASS müxtəlif ölkələrin statistikasına əsasən məlumat yayıb.

    Bildirilir ki, dünyada azı 50 min insan koronavirusun qurbanı olub.

    Xəstəlikdən ölüm halları ən çox İtaliyada (13 915) qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının ən böyük sayı İspaniyada (10 003), ABŞ-da (5 316), Fransada (4 503), Çində (3 287), İranda (3 160), Böyük Britaniya (2 921), Niderlandda (1 339), Belçikada (1 011), Almaniyada (1 001) qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

    Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanın azı 165 ölkəsində yayılıb. Virusun aşkarlandığı son dövlət Malavidir.

  • Kriştianu Ronaldo futbol tarixində yeni rekord vuracaq

    “Yuventus”un hücumçusu Kriştianu Ronaldo yeni rekord müəyyənləşdirməyə hazırlaşır.

    Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz bu dəfə oyun və ya qola yox, qazandığı pul sayına görə ilki reallaşdıracaq.

    Bu il 35 yaşlı forvardın karyerası ərzində əldə edəcəyi ümumi gəlirin məbləği 1 milyard avroya çatacaq. Bununla da o, 1 milyard avroluq səddi keçən ilk futbolçu kimi tarixə düşəcək. İndiyə qədər 2 idmançının – amerikalı qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezerin qazancı bu məbləği keçib. Ronaldo ilə yanaşı, tezliklə isveçrəli tennisçi Roje Federer də onlara qoşulacaq.

    Qeyd edək ki, Kriştianu Ronaldonun “Yuventus”da illik qazancı 30 milyon avrodur.

  • Koronaya görə hansısa provayder güzəşt edir? – Sorğu

    Sosial şəbəkələrdə vətəndaşlar internet provayderlərin ölkədə tətbiq edilən xüsusi karantin rejiminə baxmayaraq, ödənişlərin edilməsində möhlət verməməsindən şikayət edirlər. Vətəndaşlar bildirirlər ki, hazırda əsas provayderlər aylıq ödənişin vaxtı tamam olan gün internetin verilməsini dayandırıb.

    Məsələ ilə bağlı axar.az ölkədə fəaliyyət göstərən bəzi internet provayderləri arasında sorğu keçirib.

    KATV1: Hazırda ödənişlər dondurulmayıb. Şirkət yalnız tibb işçilərinə güzəştlər edib.

    Nar Citynet: Müştərilərə ödənişlərin edilməsi üçün ənənəvi olaraq 15 gün möhlət verilir. Bu müddət bitdikdən sonra əlavə güzəşt edilmir. Şirkət karantin rejimindən əvvəl də bu möhləti müştəriləri üçün verirdi. AzFiberNet: Karantindən əvvəl də ödəniş etmək üçün müştərilərə 4 gün möhlət verilirdi. Lakin karantinlə əlaqədar xüsusi möhlət nəzərdə tutulmayıb.

    Alfanet: Hər ayın 5-nə qədər möhlət verilir (5 gün). Xüsusi rejimlə əlaqədar əlavə möhlət nəzərdə tutulmayıb.

    AiləTV: Yalnız televiziya kanallarının ödənişində möhlət verilir. İnternet haqqının ödənilməsində isə möhlət müddəti 1 gündür. Bunun da xüsusi rejimlə heç bir əlaqəsi yoxdur.

    Birlink: Karantin rejimi ilə əlaqədar heç bir güzəşt nəzərdə tutulmayıb. Şirkət tərəfindən müştərilərə hər ay 2 gün möhlət verilir.

  • За неверную информацию в SMS о выходе из дома будут привлекать к ответственности

    Люди, отправляющие SMS с ложной информацией на номер 8103 Госагентства по оказанию услуг гражданам и социальным инновациям, предназначенный для информирования о выходе из дома на период специального карантинного режима, будут привлекаться к административной и уголовной ответственности.

    Об этом заявил председатель Агентства Ульви Мехдиев, передает Report.

    «Пусть граждане воздержатся от намеренной дачи ложной информации и не отправляют не относящиеся к теме SMS. Потому что за этой системой стоит аналитическая система мониторинга. Входящие данные анализируются в режиме реального времени. Поэтому в случае выявления нарушений об этом будут уведомлены правоохранительные органы. Потому что это – нарушение правил карантинного режима. Следовательно, такие случаи повлекут административную и уголовную ответственность».

    Отметим, что в рамках специального карантинного режима, введенного с целью предотвращения распространения коронавирусной инфекции, в Азербайджане был введен ряд ограничений. Так, с 5 апреля граждане Азербайджана должны будут отправлять SMS на номер 8103, чтобы получить разрешение выйти из дома.

  • Türkmənistanda niyə koronavirus yoxdur? – Sirr açıldı

    Məlum olduğu kimi, koronavirusun (COVİD-19) qeydə alınmadığı ölkələrdən biri də Türkmənistandır.

    Median.Az xəbər verir ki, bu türk ölkəsində COVİD-19 virusu ilə bağlı heç bir rəsmi qurumun açıqlama verməməsi diqqət çəkib.

    İddia edilir ki, hələ İranda koronavirus sıçrayışı baş verməzdən əvvəl Türkmənistan bu ölkə ilə sərhədləri bağlamaq qərarı verib.

    Hətta hökumət 21 mart Novruz bayramı ilə bağlı kütləvi şənlikləri də qadağan etməyə ehtiyac görməyib.

    Deyilir ki, ölkənin koronavirusdan yayınmağının ən önəmli səbəblərindən biri də Prezident Qurbanqulu Berdiməhəmmədovun şəfalı bitkilərin istifadəsi barədə xalqa tövsiyələr verməsidir.

    Dövlət başçısı xüsusilə üzərliyin virusa qarşı mübarizədə daha təsirli bitki olduğunu bəyan edib və xalqa bundan istifadə etməyi məsləhət görüb.//axar.az

  • Bakıya giriş postlarında maşınlar belə yoxlanılır – VİDEO

    Problem yaranarkən kimisi məlumatlı olmadığını, kimisi xəstəsi olduğunu, kimisi də işlə bağlı gəldiyini deyir.

    Söhbət Bakıya giriş postlarındakı vəziyyətdən gedir.

    Baku TV xəbər verir ki, sürücülər posta yaxınlaşdığı zaman yol polisi və Daxili Qoşunların əməkdaşları onlara yaxınlaşaraq, sənədlərini yoxlayır.

    Sənədi qanunda nəzərdə tutulmuş qaydalara uyğun olanlar şəhərə, uyğun olmayanlar isə geri qaytarılır.