Month: April 2020

  • Bakıda 31 yaşlı kişi etil spirti içib öldü

    Bakıda orta yaşlı kişi spirtdən zəhərlənib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

    Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, döngə 2, ev 4-də yaşayan 1989-cu il təvəllüdlü Xələfov Asif Aydın oğlu yaşadığı evdə spirtdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib və orada ölüb.

    İlkin araşdırma zamanı məlum olub ki, A.Xələfov spirtli içki aludəçisi olub. Araşdırmalar zamanı onun etil spirti içərək zəhərləndiyi məlum olub. Meyit müayinə olunarkən onun qan analizlərindən “metanol” adlı zəhərli maddə aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Koronavirusa yoluxanların sayı bir milyonu ötdü

    Dünya üzrə koronavirus pandemiyasına yoluxanların sayı artıq bir milyonu ötüb.

    Bu virusdan ölənlərin sayı isə son rəqəmlərə görə 51 354-ə bərabərdir.

    Son sutkanın rekord göstəricisi yenə İtaliyada qeydə alınıb. Burada gün ərzində 13 915 nəfər koronavirusa yoluxub. 760 nəfər isə bu səbəbdən vəfat edib.

  • Список лиц, которые могут выходить из дома на основании соответствующего разрешения

    Обнародован список лиц, перемещения которых по городу допускаются на основании служебных удостоверений или справки о месте работы.

    Представляет данный список:

    – сотрудники Администрации президента Азербайджанской Республики и Аппарата Кабинета министров Азербайджанской Республики;

    – депутаты и сотрудники Аппарата Милли Меджлиса Азербайджанской Республики;

    – руководители центральных и местных органов исполнительной власти и их заместители;

    – уполномоченный по правам человека и сотрудники Аппарата;

    – руководители государственных юридических лиц, в том числе руководители государственных лиц публичного права и их заместители;

    – сотрудники Министерства иностранных дел Азербайджанской Республики;

    – сотрудники Министерства сельского хозяйства и работники подведомственных структур;

    – сотрудники объектов и предприятий государственного значения, жизнеобеспечения, а также осуществляющих бесперебойную деятельность объектов и предприятий;

    – сотрудники здравоохранения и других государственных и частных медицинских учреждений;

    – сотрудники правоохранительных, судебных и военных органов, адвокаты;

    – сотрудники средств массовой информации;

    – сотрудники дипломатических представительств и международных организаций, аккредитованных в Азербайджанской Республике, их персонал (на основании аккредитационных карт, выданных Министерством иностранных дел Азербайджанской Республики).

  • Çindən koronavirus qərarı: it və pişik əti yemək qadağan edildi

    Çində ortaya çıxan koronavirus epidemiyasının heyvanlardan keçməsi ilə bağlı araşdırmalar davam etdirilərkən, Şenzen şəhərində it və pişik əti yemək qadağan edilib.

    Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qadağanın mayın 1-dən qüvvəyə minəcəyi bildirilir.

    “İt və pişiklərin digər heyvanlarla müqayisədə insanlarla daha yaxın münasibətləri var. İt və pişik ətinin adağan edilməsi Honq Konq və Tayvan kimi inkişaf etmiş ölkələrdə geniş yayılıb”, – deyə Şenzen administrasiyasının açıqlamasında qeyd edilib.

    Statistikalara görə, Asiyada il ərzində 30 milyon it yeyilir. Amma it əti yemək Çində çox da geniş yayılmayıb. Çinlilərin çoxu heç it yemədiklərini deyirlər. Digər tərəfdən yanvar ayının əvvəllərində Çində vəhşi heyvanların ətinin yeyilməsi qadağan edilib.

  • Qanunsuz fəaliyyət göstərən iaşə obyektləri cərimə edildi – VİDEO

    Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tədbirlər mütəmadi olaraq davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın şəhər və rayonlarında, o cümlədən paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər. Həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 1-dən 2-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 41, o cümlədən Bakı şəhərində 10 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərindən biri həbs olunub, 40 nəfəri isə cərimə edilib.

    Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə bir nəfər həbs olunub, beş nəfər isə cərimə edilib.

    Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 1243 nəfərə, onlardan Bakı şəhəri üzrə 868 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 12 şəxs isə inzibati qaydada həbs olunub.

    Ümumilikdə ötən gün ərzində respublika üzrə 14 nəfər inzibati qaydada həbs edilib, 1288 nəfər inzibati cərimə olunub.

    Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı iki metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

  • İtaliyada ehtiyacı olanlara yemək eyvandan verilir – VİDEO

    İtaliyanın Neapol şəhərində karantində qalan insanlar ehtiyacı olanlara qeyri-adi üsulla kömək edirlər.

    Bu barədə videonu RT yayımlayıb.

    Kadrlardan görünür ki, ehtiyacı olanlar üçün eyvandan səbətin içində yemək endirilir. Eyni zamanda, əksinə, ərzaq almağa imkanı olmayanlar üçün səbətə yemək qoyulur. Bu şəkildə özünəməxsus “lift” yaranır.

    Qeyd edək ki, hazırda koronavirusa qarşı tədbirlər çərçivəsində karantinlə əlaqədar şəhərdə bütün sosial və xeyriyyə mərkəzləri bağlıdır.

  • На заседании оперативного штаба при Кабинете министров приняты важные решения

    2 апреля в Кабинете Министров состоялось заседание оперативного штаба под председательством премьер-министра Али Асадова.

    Об этом говорится в сообщении оперативного штаба при Кабинете министров.

    На встрече были обсуждены вопросы, связанные с внедрением особого карантинного режима, регулированием более конкретными механизмами и приняты соответствующие решения.

  • Azərbaycanda karantin rejimi dövründə internetdən istifadə artıb – RƏSMİ

    “Ölkəmizdə internetdən və mobil telefondan istifadə yüksək səviyyədədir. Biz bu günlərdə izləyirik ki, əhalimiz evdə oturaraq bu vasitələrdən bəhrələnir, günlərinin keçirilməsi üçün bu vasitələrdən istifadə edirlər, çünki trafikdə müəyyən artım var”.

    “Report” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

    “O cümlədən, Azərbaycan əhalisinin təxminən 60-70 faizi smartfonlardan istifadə edir. Ümumilikdə götürəndə isə əhalimizin hər 100 nəfərinə 106 mobil telefon düşür. Bütün bunlar onu göstərir ki, xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 xidməti hər kəs üçün əlçatan olacaq”, – deyə nazir müavini bildirib.

    Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər.

  • Türkiyə koronavirusun müalicəsi üçün bu üsuldan istifadə edəcək

    Türkiyədə koronavirusun müalicəsində qanköçürmə üsulundan istifadə ediləcək.

    “HaberTürk” məlumat verir ki, Qızıl Aypara Cəmiyyətinin İdarə heyətinin başçısı Kərəm Kınık qan köçürülməsinə başlanılacağını və reanimasiyada olanların xəstəlikdən sağalan insanların qan nümunələri ilə müalicə olunacaqlarını deyib.

    Koronavirusla mübarizədə bir çox ölkələrin gündəmində olan “plazma müalicəsi” ilə bağlı əhəmiyyətli açıqlamalar verən Kınık “Koronavirusdan sağalmış, qanlarında iki həftə ərzində virus tapılmayan könüllü donorlarımızın plazmalarından istifadə edirik.

    Əldə edilən immunoqlobulinlər reanimasiyaya yerləşdirilən, tənəffüs problemi olan və ağırlaşma riski daha da artan vətəndaşlarımız üçün müalicəvi xüsusiyyətə malikdir” deyib.

  • ABŞ-da koronavirusdan ölənlərin sayı 5,3 mini keçib

    ABŞ-da COVID-19 infeksiyasından ölənlərin sayı 5316 nəfərə çatıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin son açıqlamasında qeyd olunub.

    Bildirilir ki, hazırda ölkədə virusa yoluxanların sayı 226 min nəfərdir. 8826 nəfər isə sağalıb.