Month: April 2020

  • Президент Ильхам Алиев выделил средства на бурение 10 субартезианских скважин в Гейгеле

    1 апреля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о дополнительных мерах по улучшению обеспечения поливной водой посевных площадей и удовлетворению потребностей населения в питьевой воде в Гейгельском районе.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, с целью проектирования и бурения 10 субартезианских скважин для улучшения обеспечения поливной водой посевных площадей и используемых для посева приусадебных земельных участков, а также для удовлетворения потребностей населения в питьевой воде в семи населенных пунктах с численностью населения 13 774 человека в Гейгельском районе из средств, предусмотренных в распределении государственных капиталовложений (инвестиционных расходов) государственного бюджета на 2020 год, ОАО “Мелиорация и водное хозяйство Азербайджана” выделено 700 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в распоряжении, а Кабинету министров – решить вытекающие из него вопросы.

  • İlham Əliyev bu ASC-yə vəsait ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Göygöl rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Göygöl rayonunun əhalisi 13774 nəfər olan yeddi yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin yeddi yüz min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • “Kurtlar vadisi Pusu”nun aktyoru koronavirusdan öldü

    Türkiyənin sevilən serialı “Kurtlar vadisi Pusu”nun aktyoru Turhan Kaya koronavirusdan vəfat edib.

    Sondakika.com xəbər verir ki, 69 yaşlı aktyor 10 gün əvvəl öskürək şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

    Ailə üzvlərinin heç birində koronavirus aşkarlanmayan aktyor müalicə aldığı xəstəxanada həyatını itirib.

    Xatırladaq ki, T.Kaya serialda “Ordinaryüs” xarakterini canlandırıb.

  • Karantin rejimini pozan üç nəfər məsuliyyətə cəlb edildi – RƏSMİ

    Ölkə ərazisində tətbiq edilmiş karantin rejiminin gücləndirilməsinə baxmayaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında qaydaları pozmağa cəhd edən daha üç nəfər məsuliyyətə cəlb olunub.

    Bu barədə Oxu.Az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Məlumatda qeyd olunub ki, 31 mart -1 aprel tarixləri ərzində polis əməkdaşları tərəfindən Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla, 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

    Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan isə 21-i rayon, 29-u paytaxt istiqamətinə olmaqla, 50 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.

    Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan geri qaytarılan nəqliyyat vasitələrinin sayı isə 94 olub. Onlardan 39-nun rayon, 55-nin isə paytaxt istiqamətinə geri qaytarılması təmin olunub.

    Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə üç nəfər məsuliyyətə cəlb edilib.

    19 mart -1 aprel tarixləri ərzində 8579 nəqliyyat vasitəsinin rayon, 24 mart – 1 aprel tarixləri ərzində isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

    Ümumilikdə, bu günə qədər 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Küçəyə səbəbsiz çıxanlar 100 manat cərimə edildi – FOTOLAR

    Bakı polisi və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrası ilə bağlı reyd keçirib.

    Paytaxtın Nəsimi, Səbail, Yasamal və digər rayonlarında keçirilən reyd zamanı ictimai yerlərdə gəzən vətəndaşlarla fərdi söhbət aparılıb.

    Tibbi əlcək və maska taxmayanlara şifahi xəbərdarlıq edilib. Karantin qaydalarını pozan bir neçə nəfər inzibati formada cərimə edilib.

    Reydlər zamanı zərurət olmadan evdən çıxan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər. Bu gün reyd zamanı saxlanılan şəxslərin əksəriyyəti minimum 100 manat məbləğində cərimələnib.

    Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində deyilir:

    Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunur.
    (qafqazinfo)






  • Соблюдаются ли в автобусах правила карантинного режима? – ВИДЕО

    Общественный транспорт является основным средством передвижения граждан. В период карантинного режима жители Баку продолжают пользоваться автобусами, так как метро закрыто.

    Но соблюдают ли пассажиры и водители автобусов правила карантинного режима?

    Чтобы ответить на этот вопрос, сотрудники Baku TV отправились на улицы столицы.

    Выяснилось, что в общественном транспорте, в особенности в час пик, наблюдается повышенная плотность пассажиров. Несмотря на то, что водителям были даны определенные указания, они их не выполняют.

    Подробности в видеосюжете.

  • Avtobuslarda karantin qaydalarına əməl olunurmu? – VİDEO

    Gündəlik olaraq insanların ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən biri sərnişindaşıma avtobuslarıdır. Elə xüsusi karantin rejimi dövründə də insanlar ən çox avtobuslardan istifadə edir.

    Bəs karantin rejimi dövründə qəbul edilən qaydalara bu ictimai nəqliyyat vasitələrində əməl edilirmi?

    Bu suala cavab tapmaq üçün Baku TV əməkdaşları paytaxt küçələrində çəkiliş aparıblar.

    Görünən mənzərə odur ki, bütün sərnişinlər avtobuslarda xüsusən günün pik saatlarında olan sıxlıqdan şikayətçidirlər. Avtobus sürücüləri bununla bağlı onlara tapşırıq verildiyini bildirsə də, təəssüf ki, qaydalara əməl edilmir.

    Ətraflı videosüjeti təqdim edirik:

  • “Sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm…” – Mehriban Əliyevadan təsirli çağırış

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva növbəti dəfə xalqa müraciət edib.

    Müraciətdə deyilir:

    “Əziz həmvətənlərim!

    Vətənimizə, bizim ümumi evimizə bəla gəlib. Çox təəssüf ki, məkrli xəstəliyin epidemiyası ölkəmizdən də yan keçmədi.

    Görünür, planetimizdə pandemiyanın yayılmadığı bir dənə də ölkə qalmayıb. Bir çox ölkələr xarici aləmdən təcrid olmaq məcburiyyətindədirlər. Virusa yoluxan insanların sayı sürətlə milyona yaxınlaşır, artıq on minlərlə ölən var! Zənnimcə, bəşəriyyət orta əsrlərdən bəri bu cür təhlükəli və belə miqyaslı epidemiya ilə rastlaşmayıb. Pandemiya günbəgün, demək olar ki, gözümüzün önündə öyrəşdiyimiz gündəlik həyat tərzimizi dəyişir, günümüzü həyəcan və qorxu içində keçirməyə vadar edir. Bir çoxlarını eyni suallar düşündürür: “Həqiqətənmi hər şey belə ciddidir?”, “Bizi nə gözləyir, sonumuz necə olacaq?”. Və ən əsas sual: “Epidemiya nə vaxt bitəcək?”. Bu “dəhşətli hadisə”nin tez bitməsi üçün bizim hər birimiz nə etməliyik?

    Açığını deyim ki, bu sualların cavabları heç də asan deyil, çətindir, amma cavablar var. Hər şeydən əvvəl, biz hamımız vəziyyətin olduqca ciddi olduğunu və hər birimizdən, bütün yaş təbəqələrindən olan vətəndaşlarımızdan maksimal dərəcədə həmrəylik və birlik nümayiş etdirməyi tələb etdiyini şərtsiz qəbul etməliyik. Həqiqətən də COVID-19 hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükədir. Sizinlə birlikdə mən Uca Tanrıya dua edirəm ki, doğma torpağımızı qorusun, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin! İnanıram və ümid edirəm ki, insan zəkası pandemiyanın qarşısını alacaq və bizə gündəlik həyatımızın xoşbəxtliyini qaytaracaq!

    Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir. Dövlətimizin bütün mümkün maddi imkanları epidemiya və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilib. Ölkəmizin ən yaxşı elm adamları, tibb işçilərimiz, bütün dövlət mexanizmi insanların xilası naminə çalışır. Epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür. Tələb olunan tibbi ləvazimatların kütləvi istehsalı üçün iri müəssisələr sürətləndirilmiş formada istehsal sahələrini dəyişirlər. Xəstəxana və hospitallarımız hər gün öz imkanlarını genişləndirir, müalicəyə ehtiyacı olanları qəbul etmək imkanına malik yeni xəstəxana palatalarının yaradılması üçün bütün resurslar səfərbər olunur. Şəhərlərlərdə və yaşayış məntəqələrində həyat təminatı obyektləri fasiləsiz fəaliyyət göstərir. İctimai asayişi təmin edən və hər an yardıma hazır olan hüquq-mühafizə orqanları və xilasedici xidmətlər öz vəzifələrini layiqincə icra edirlər. Ölkə hüdudlarının keşiyində dayanan hərbi qulluqçular yüksək döyüş əzmini qoruyub saxlayırlar. Tibb işçilərimizə – həkimlərə, tibb bacılarına, sanitariya xidməti işçilərinə gəlincə – onlar mübaliğəsiz demək olar ki, hər gün peşəkar işçi və əsl vətəndaş kimi igidlik nümunəsi göstərirlər. Respublikada görülən bütün işlər Azərbaycan Prezidentinin xüsusi diqqətindədir, onun qətiyyətli rəhbərliyi və 24 saatlıq tam nəzarəti altında aparılır!

    İnanıram ki, hökumətlərin və alimlərin titanik səyləri, koronavirusla mübarizəyə yönələn milyardlarla dollar, avro və manat mütləq və hökmən istədiyimiz nəticəyə, bizim epidemiya üzərində ümumi qələbəmizə gətirib çıxaracaqdır. Amma bunu da dərindən dərk etməliyik ki, bizim hamımız, demək olar ki, hər birimiz görülən tədbirləri, sərf olunan əməyi dəstəkləməsək, vətəndaş, sadəcə insan məsuliyyəti nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər.

    Əziz həmvətənlərim, mənim doğmalarım!

    Mən sizə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciət edirəm! Qəlbimin dərinliklərindən gələn və hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni anlayacağınıza ümid edirəm! Xahiş edirəm, bunu mütləq zərurət və vəzifəniz kimi qəbul edin – NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ QALMALIDIR. AİLƏLƏRİNİZLƏ BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!

    Bu günlərdə karantin rejiminə riayət edə bilməyən vətəndaşlarımız da var. Minlərlə soydaşımız iş başındadırlar və əllərindən gələni edirlər ki, vətəndaşlarımızın əksəriyyəti özlərini qoruya bilsin, evdə qalsın və karantin rejiminə əməl etsin. Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara ən gözəl minnətdarlıq – özünütəcrid rejiminə riayət etməkdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə və öz ailələrinin yanına bir o qədər tez qayıda bilər.

    Gündəlik həyat tərzindən imtina edib evdən çölə çıxmamağın, doğma və yaxınlarınla görüşməməyin, bəzən övladlarını və nəvələrini qucaqlamaq imkanından məhrum olmağın necə çətin olduğunu anlayıram. Amma əgər biz məsuliyyətli vətəndaşlarıqsa, əgər həqiqətən valideynlərimizi seviriksə (mən isə buna əminəm!), əgər biz doğrudan da övladlarımızın və nəvələrimizin qədrini biliriksə, biz bunu onlar üçün! – etməyə borcluyuq, məhz borcluyuq! Özümüz üçün! Vətənimiz naminə!

    Artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Düşünün, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər. Mən artıq bu barədə yazmışdım ki, COVID-19 yeni, bugünədək elmə məlum olmayan virus olduğuna görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri situativ xarakter daşıyır və onlar dünyanın müxtəlif yerlərindən daxil olan məlumatlar təhlil olunduqca dəyişirlər.

    Beləliklə, ÜST-nin sonuncu bəyanatı bu infeksiyaya müxtəlif yaş kateqoriyalarından olan insanların yoluxduğunu və hətta gənclər üçün real təhlükə olması faktını təsdiqləyir. Artıq koronavirusa yoluxmuş uşaqların ölüm halları qeydə alınır.

    Məhz buna görə bizim hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini birmənalı olaraq dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Məhz bu cür, bir-birimizi qayğı ilə dəstəkləyərək, dözüm və anlayış göstərərək biz taleyin bizi üzləşdirdiyi bu qorxunc sınaqdan üzüağ çıxıb koronavirus üzərində qələbədən sonrakı həyat üçün bir-birimizi qoruya bilərik. Bu qələbə mütləq baş tutacaq! Mən bu qələbəyə inanıram! ÖZÜNÜZDƏN MUĞAYAT OLUN! SİZİ SEVİRƏM! SİZƏ İNANIRAM!

    Hər birinizə dualarla,

    Sizin MEHRİBAN”

  • Respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz əlavə olunub

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi “Evdə qal” kampaniyasına dəstək verib. Belə ki, xüsusi karantin rejimi dövründə respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz olmaqla əlavə edilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aprelin 1-dən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində “DVB-T2” standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz açıq olacaq.

    Məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı özünütəcrid müddətində əhalinin daha çox informasiya əldə etməsinə şərait yaratmaqdır.

  • Əhaliyə ediləcək köməklə bağlı Nazirlik siyahını AÇIQLADI

     Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

     

    Azərbaycan İqtisadiyyat Nazirliyindən verlən məlumata görə, bu sənədlərin mahiyyəti 31 mart 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədini ictimaiyyətə təqdim edib.

    1. Pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramı (iş yerlərinin azaldılmaması məqsədilə):

    Fəaliyyət sahəsi    İşçi sayı, min nəfər 

     Cəmi:                   304,6

    Sənaye                  78,8

    Ticarət                   106,4

    Xidmət                      87

    Nəqliyyat                 7,8

    Digər                      24,6

    Qeyd: Bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur. 

    2. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi (mikro) sahibkara maliyyə dəstəyi proqramı (iş yerlərinin qorunması məqsədilə):

    Bölgü                          Vergi ödəyicisin sayı        İşçi   sayı,  min nəfər

    Fərdi sahibkarlar               248,5                                   53,7

    Digər mikro sahibkarlar    43,9                                        3,3

    CƏMİ                                292,4                                      57,0

    3. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı:

    · Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi.

    · Müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar.

    · Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar.

    · İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi.

    · Bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi.

    · Güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi;

    · 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması.

    · Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması.

    · Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi).

    · Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi.

    · Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması.

    · Epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması.

     

    4. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı (0,5 milyard manat): • Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi. • Kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması.

    • Zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılması. • Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması.

    5. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı (1,0 milyard manat): • Dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq).

    • Bunun üçün xüsusi vəsaitin ayrılması.

    • Subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi.

    6. Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket:

    • Sosial yardım (işsizlik müavinəti, sosial yardım və s.) üçün vəsaitlərin ayrılması.

    7. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı:

    • Xüsusi vəsaitlərin ayrılması.

    8. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı:

    • Əlavə vəsaitlərin ayrılması.

    9. Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı:

    • Əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması.

    10. Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı:

    • Xüsusi vəsaitlərin ayrılması