Month: April 2020

  • В Гяндже арестован нарушитель карантинного режима – ВИДЕО

    В Гяндже в отношении нарушителя особого карантинного режима Тахира Гусейнова избрана мера пресечения в виде ареста.

    Как передает Baku.TV, установлено, что он обслуживал посетителей в своем кафе на территории поселка Мехсети, несмотря на официальное решение оперштаба при Кабмине о запрете на работу объектов общепита в период карантинного режима.

    В ходе рейда сотрудники ГУП Гянджи установили, что кафе, несмотря на запрет, функционировало.

    Владельцу объекта было разъяснено, что он грубо нарушил особый карантинный режим.

  • Karantin qaydalarını pozan şəxs həbs olundu – VİDEO

    Gəncədə karantin rejimini pozan şəxsə qarşı inzibati qaydada həbs cəzası verilib.

    Baku.Tv xəbər verir ki, şəhərin “Məhsəti” qəsəbəsi adlanan ərazisində Tahir Hüseynovun özünə məxsus olan kafeni gizli yolla işlətdiyi məlum olub.

    Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı kafenin fəaliyyət göstərdiyi, müştərilərin gizli şəkildə kafeyə daxil olduğu müəyyən edilib.

    Reyd zamanı adıçəkilən şəxsə karantin rejiminin tələblərini kobud şəkildə pozduğu izah olunub. Lakin kafe sahibi polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, onların xidməti fəaliyyətinə mane olmağa çalışıb.

    Kafe sahibi törətdiyi əməlindən peşmandır. O, işçiləri necə gizlətdiyini də etiraf edib.

  • Taksilərdə gediş haqqı bahalaşıb?

    Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumatda qeyd olunub.

    Əhalidən zərurət olmadıqca evdən çıxmamaq tələb olunsa da, təəssüf ki, şəhərdə vəziyyət bir qədər başqadır.

    Vətəndaşlar əvvəl marketlərdə bəzi məhsulların (zəncəfil, ət məhsulları, tərəvəzlər) bahalaşmasından, bu gün isə taksi xidmətinin bahalaşmasından şikayət edirlər. Paytaxtda fərdi qaydada taksi kimi fəaliyyət göstərən şəxslər sərnişinlərə eyni məsafəni fərqli, bəzən də baha qiymətə təklif edirlər. Metronun “20 Yanvar” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasının qarşısına qədər olan məsafədə hərəkət üçün sərnişindən 6-8 manat arası ödəniş tələb olunur.

    Məsələni dəqiqləşdirmək üçün bir neçə taksi xidməti göstərən şirkətlə əlaqə saxladıq. Onlardan metronun “20 Yanvar” stansiyasından “Şah İsmayıl Xətai” stansiyasının qarşısına qədər olan gedişin qiymətinin nə qədər olacağını soruşduq.

    Aldığımız cavablar belədir:

    “Omega” taksi şirkəti – 3 manat
    “Alo taksi” şirkəti – 4,10 manat
    “Taxify” şirkəti – 3,55 manat
    “Uber” şirkəti – 3,29 manat

    Mövcud vəziyyətlə əlaqədar insanların bir-birinə qarşı daha diqqətli və anlayışlı davranması önəmlidir. Lakin təəssüf ki, bu məqam əksər hallarda unudulur. Qiymət məsələsinə gəldikdə isə, bu qalır fərdi qaydada taksi xidməti göstərən sürücülərin insafına.

    Xatırladaq ki, ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilib.

    Bildirilib ki, paytaxt ərazisində sərnişindaşımalar müntəzəm və ekspress xətt avtobusları vasitəsilə həyata keçiriləcək. Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək.

    Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər.

    Onu da qeyd edək ki, karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək.

  • В Азербайджане занятия возобновятся 15 сентября? – ЗАЯВЛЕНИЕ

    Сегодня в соцсетях со ссылкой на оперативный штаб при Кабинете министров распространилась информация о том, что якобы возобновление занятий в Азербайджане откладывается до 15 сентября.

    Эта информация не соответствует действительности.

    Об этом на своей странице в Facebook написал заведующий сектором по связям с общественностью Министерства образования Джасарет Валехов.

    Распространение ложной информации влечет ответственность, отметил он.

    “Ссылайтесь на официальные источники”, – написал Дж.Валехов.

  • Azərbaycanda dərslərin 15 sentyabradək təxirə salınması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında operativ qərargaha istinadən guya dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”.

    Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook” səhifəsində bildirib.

    Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır:

    “Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.

    Qeyd edək ki, sosial şəbəkələrdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təmin olunması məqsədilə bütün təhsil müəssisələrində dərslərin 15 sentyabr 2020-ci il tarixinədək dayandırılması barədə məlumat yayılıb.

  • В Азербайджане могут повысить лимит льготного потребления электроэнергии

    В Азербайджане лимит льготного потребления населением электроэнергии планируется повысить на 100 кВт/ч в месяц.

    Об этом говорится в программе государственной поддержки различных отраслей экономики, в том числе предпринимательства, подготовленной в соответствии с распоряжением Президента Ильхама Алиева “О ряде мер по снижению негативного влияния пандемии коронавируса (COVID-19) и вызванных ею резких колебаний, происходящих на мировых энергетических рынках и рынках акций, на экономику Азербайджанской Республики, макроэкономическую стабильность, вопросы занятости в стране и субъектов предпринимательства”.

    В настоящее время данный лимит составляет 300 кВт/ч в месяц.

  • Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırılır

    Azərbaycanda əhali üçün elektrik enerjisindən güzəştli istifadə limiti artırılır.

    Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı hazırlanan proqramda bildirilib.

    Əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kVt/s həcmində müddətli artırılır.

    Qeyd edək ki, elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt/s idi.

  • Tələbələrin məsafədən təhsili üçün yeni imkan yaradıldı

    Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə “Microsoft Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılıb.

    Təhsil Nazirliyindən verilən məlumata görə, platformadan istifadə üzrə müəllim və tələbələr üçün videotəlimatlar hazırlanaraq, videodərslər (video.edu.az) portalında yerləşdirilib.

    Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək, məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilərlər.

  • Zakir Qaralovun səlahiyyət müddəti bitir

    Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti başa çatır.

    Milli Məclis Zakir Qaralovu bu vəzifəyə sonuncu dəfə 2015-ci ilin aprelin 28-də təsdiqləyib.

    Qeyd edək ki, “Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Baş prokurorunun səlahiyyət müddəti beş ildir.

    Məlumat üçün bildirək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokuror vəzifəsində işləyir.

  • Bakıda film kimi hadisə – 130 manatlıq ərzağı aldı, pulunu ödəmədi – VİDEO

    Bakının Nərimanov rayonunda yerləşən kafelərin birindən sifariş edilib, lakin pulu ödənilməyib.

    Bu barədə kafe əməkdaşı Rauf İbadov Baku.ws-in “qaynar xətt”inə məlumat verib.

    Onun sözlərinə görə, karantin səbəbindən kafeləri evlərə sifarişlər çatdırır. Dünən də bir nəfər kafeyə 130 manatlıq qida və içki sifariş edib.

    Rauf İbadov sifarişləri qəbul edib və onu qeyd edilən mənzilə aparıb.

    “Ünvan həyət evlərindən biri göstərilib. Əraziyə çatanda sifariş verən adamın nömrəsini yığdım. Sifariş verən şəxs gəldi və ərzağı götürdü.

    Dedi ki, qoy bunları evə qoyum, pulu gətirirəm. Həmin vaxt zəng gəldi və başqa şəxs sifariş edirdi. Onunla danışırdım. Heç ağlıma gəlməzdi ki, məni aldadacaq”, – deyə Rauf İbadov bildirib.

    Sifariş verən şəxs 130 manatlıq malları götürüb və həyətə girib. Lakin yarım saat keçib və həmin şəxs geri qayıtmayıb.

    “Məcbur olub həmin qapını döydüm. Tanımadığım şəxs açdı və sifarişi onlar vermədiyini dedi. Həyətin hasarında bir nərdivan qoyulmuşdu.

    Dedi ki, ola bilər sizdən malı alan həmin adam nərdivandan çıxıb və qaçıb. Ev sahibi həmin şəxsi tanımadığını dedi”, – deyə Rauf İbadov əlavə edib.

    Nəticədə malların pulu ödənilməyib. Rauf İbadovu aldadan şəxs müşahidə kamerasına düşüb. Həmin görüntüləri təqdim edirik.