Month: April 2020

  • Misirdə fövqəladə vəziyyətin müddəti üç ay uzadıldı

    Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejimini üç ay uzadıb.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu haqda məlumat dövlətin rəsmi qəzetində dərc olunub.

    Qərara əsasən, silahlı qüvvələr və polis terrorizmin və onun maliyyələşməsinin qarşısını almalı, ictimai və şəxsi mülkiyyətin təhlükəsizliyini mühafizə etməli, vətəndaşların həyatını qorumalıdır.

    Qeyd edək ki, Misirdə fövqəladə vəziyyət 9 aprel 2017-ci ildə Tanta və İsgəndəriyyə şəhərlərində baş verən və 50 nəfərin həlak olmasına səbəb olan terror aktlarına görə tətbiq olunub.

  • Обнародована последняя мировая статистика по COVID-19

    По данным на утро 28 апреля, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 3 064 894.

    922 409 заболевших выздоровели, 211 609 – скончались.

    В США количество случаев заражения коронавирусом достигло 1 010 507 – это больше, чем в какой-либо другой стране. В Штатах также зарегистрирован и высокий уровень смертности от инфекции – скончались 56 803 человека.

    На втором месте по уровню заболеваемости находится Испания (229 422), смертности – Италия (26 977).

    Среди соседних с Азербайджаном стран наибольшее число заболевших COVID-19 зафиксировано в Турции (112 261), жертв – в Иране (5 806).

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 3 064 894 nəfər koronavirusa yoluxub.

    211 609 nəfər koronavirusdan ölüb, 922 409 nəfər isə sağalıb.

    ABŞ-da koronavirusa yoluxanların sayı 1 010 507 nəfərə çatıb. Dünya ölkələri arasında virusa ən çox yoluxma və ölüm halı (56 803 nəfər) ABŞ-da müşahidə edilir.

    Koronavirusa yoluxma sayına görə ikinci sırada İspaniya (229 422 nəfər), ölüm sayına görə isə İtaliyadır (26 977 nəfər).

    Sərhəd qonşularımızda koronavirusa ən çox yoluxma Türkiyədə (112 261 nəfər), ən çox ölüm isə İranda (5 806 nəfər) qeydə alınıb.

  • В Товузе мужчине нанесли многочисленные ножевые ранения – ВИДЕО

    В селе Дюз Гырыглы Товузского района произошла поножовщина.

    43-летний Азер Рзаев получил ранения в ходе конфликта с неустановленными лицами.

    Пострадавший был доставлен в Товузскую центральную районную больницу с многочисленными колото-резаными ранами в области грудной клетки. Мужчину прооперировали, он находится в реанимации. В настоящее время его состояние оценивается как удовлетворительное.

    По данному факту возбуждено уголовное дело. Ведется расследование.

  • Tovuzda 43 yaşlı kişini ürəyindən bıçaqladılar – VİDEO

    Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.

    43 yaşlı Rzayev Azər Əşrəf oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanıb. İki bıçaq xəsarəti alan Azər Rzayev dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Ona döş qəfəsinin və kürək nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Cərrahi əməliyyat edilən Azər Rzayev Reanimasiya şöbəsinə yerləşdirilib.

    Hazırda onun vəziyəti kafi qiymətləndirilir. Hadisəni kimin və hansı səbəbdən törətdiyi məlum deyil. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

  • Миллион человек заразились коронавирусом за последние две недели

    В мире было выявлено свыше трех миллионов случаев заражения новой коронавирусной инфекцией.

    Как сообщает “Рен ТВ”, из них почти миллион приходится на США.

    Штаты удерживают первое место по числу заболевших COVID-19, а также по количеству летальных исходов.

    Уровень в два миллиона зараженных коронавирусом был зафиксирован 14 апреля – таким образом, число заболевших возросло на треть менее чем за две недели.

    За все время пандемии от COVID-19 и сопутствующих заболеваний умерли свыше 208 тысяч человек.

  • İki həftə ərzində bir milyon insan koronavirusa yoluxdu

    Məlum olduğu kimi, dünyada üç milyondan çox insan koronavirusa yoluxub.

    “Ren TV” xəbər verir ki, yoluxanların ümumi sayının təxminən 30%-i ABŞ-ın payına düşür.

    Aprelin 14-ü iki milyon insanın koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı.

    Son rəsmi məlumatlara əsaslanaraq, ötən iki həftə ərzində daha bir milyon insanın xəstəliyə tutulduğunu demək olar.

  • Xatirə İslam əri haqqında: “Allah mənim ömrümdən alıb ona versin” – VİDEO

    “Ailə ilə pəhriz saxlamaq çətindir. Subay olduğum zamanlar günlərlə yemək yemirdim. Amma ailəli olanda evdə yemək bişirilir. Oğlum yemək yeyir, nə qalırsa, artığını özüm yeyirəm. Özümdən asılı deyil. Vaxtlı-vaxtında yatıb-dura bilmirəm. Dünya da dağılsa, səkkizin yarısında oyanmalıyam ki, oğlum Emili sürücüyə verim. Gecə saat üçdə-dörddə yatan adamam”.

    Median.Az xəbər verir ki, bu sözləri ATV-də yayımlanan “Şou ATV” proqramında qonaq olan müğənni Xatirə İslam deyib.

    Həyat yoldaşı Fəxrəddin Musayevdən “yerlə göy” qədər razı olan Xatirə sözləri ilə onu təriflərə qərq edib:

    “Ərim şir bürcündəndir. Avqustun 15-də dünyaya gəlib. Allah mənim ömrümdən alıb, Fəxrəddinə versin. O olmasaydı, bəlkə də mən məhv olmuşdum. Evdə hər işi Fəxrəddin idarə edir. Uşağın məktəbindən tutmuş, onun tərbiyəsinə kimi. Mən oğluma dərs öyrədə bilərəm? Özümə dərs öyrədən lazımdır (gülür). Hədsiz dərəcədə mənə kömək olur. Xasiyyəti də əladır, rahat insandır. Ürəklə özüm qərar verə bilirəm dostlarımla harasa getməyi. Sıxıcı adam deyil”.

    Xatirə verilişin gedişatında ondan istifadə edən şəxsləri efir vasitəsi ilə ifşa edib, özündən kənarlaşdırdığını bildirdi: “Bu yaxın aylarda məndən istifadə edən insanları özümdən uzaqlaşdırmışam. Adımla bağlı hər yerdə özünə hörmət, ruslar demişkən “blat” qazanır, yanımda isə elə danışır ki, sanki bu belə imiş. Belə adamlarla əlaqəni kəsmək lazımdır. Salamı saxlayırsan. Yeddi-səkkiz aydan sonra görürsən ki, o insana salam belə verən yoxdur. Günah da onun özündədir”.//oxu.az

  • TƏBİB о ситуации с коронавирусом в Азербайджане

    Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBİB) опубликовало статистику по COVID-19 в Азербайджане по состоянию на 27 апреля.

    Как передает Median.Az, сегодня в Азербайджане было сделано 4 676 тестов на коронавирус.

    Всего на территории страны было сделано 128 807 тестов.

    Напомним, что сегодня в Азербайджане зарегистрировано 33 новых случаев заражения COVID-19. На данный момент в стране установлено 1 678 случаев заражения инфекцией, 1 162 из них вылечились, 22 умерли, лечение 494 пациентов продолжается в больницах особого режима.

    Из них состояние 17 чел. – тяжелое, 26 чел. – средней тяжести, остальных – стабильное.//report.az

  • Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 27-nə olan statistik göstəriciləri açıqlayıb.

    Median.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 676 test edildiyi bildirilib.

    Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 128 807 test aparılıb.

    Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 678 yoluxma aşkarlanıb. Onlardan 1 162-si sağalıb, 22-i ölüb. Hazırda aktiv xəstə sayı 494-dür.

    Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.//report.az