Month: April 2020

  • Bakıda Xocalı sakinini avtomobil vurub

    Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində baş verib.

    Xocalı rayon sakini, 1988-ci il təvəllüdlü Bayramov Elçin Əli oğlunu avtomobil vurub. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

  • В Турции вновь введут комендантский час на три дня

    Президент Турции Тайип Эрдоган объявил, что с 1 по 3 мая в 31 провинции страны вводится трехсуточный комендантский час в связи с пандемией коронавируса.

    Как передает Median.Az со ссылкой на РИА Новости, ранее в 31 провинции Турции, в том числе в Анкаре, Стамбуле и Анталье, вводился комендантский час 11-12, 18-19 и 23-26 апреля.

    Как заявил накануне глава минздрава Турции Фахретиин Коджа, число случаев коронавирусом в стране возросло за сутки более чем на 2,3 тысячи, это наименьшее число с начала апреля, общее число заразившихся превысило 110 тысяч.

    “Мы планируем продолжить вводить комендантский час по выходным до окончания Рамадана (23 мая). В связи с этим с 00.00 1 мая по 24.00 3 мая объявляется комендантский час. Надеюсь на понимание нашими гражданами необходимости этих мер. Чем тщательнее мы будем соблюдать эти меры, тем быстрее справимся с пандемией”, – заявил Эрдоган в телеобращении к нации.

    Он сообщил об улучшении ситуации с коронавирусом в Турции

    “Мы надеемся, что в конце Рамадана будем отмечать двойной праздник. Число заболевших с каждым днем уменьшается. Число вылечившихся достигло переломной точки. Мы оказали помощь 55 странам для борьбы с коронавирусом”, – добавил турецкий лидер.

  • Türkiyədə koronavirusdan ölənlərin sayı 2 900-ə çatdı

    “Türkiyədə son sutkada daha 95 nəfər pandemiyanın qurbanı olub”.

    “Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

    Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 2 900 nəfərə çatıb.

    Nazir həmçinin daha 2 131 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 112 261-ə yüksəldiyini bildirib.

    F.Koca Türkiyədə indiyədək 33 791 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.

  • Yas və toy mərasimlərinə nə zaman icazə veriləcək? – AÇIQLAMA+VİDEO

    – Azərbaycanda dörd bankın bütün səlahiyyətləri alındı…

    – İranın kosmosa hərbi təyinatlı peyk göndərməsinə Qərbdən sərt reaksiya…

    – Koronavirus pandemiyası səbəbindən qlobal siyasəti və iqtisadiyyatı dərin böhran gözləyir…

    – Azərbaycan BP-ni neft hasilatını azaltmağa çağırıb – Son 25 ildə ilk dəfə…

    Bu və başqa mövzülar Maraqlı TV-nin xəbər buraxılışında:

  • Azərbaycandan tibbi maskanın çıxarılmasına qoyulan məhdudiyyət uzadıldı

    Nazirlər Kabineti “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.

    “Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət mayın 1-dən iyulun 1-dək uzadılıb.

  • Грузия эвакуировала из Азербайджана 35 граждан

    Грузия обеспечила эвакуацию из Азербайджана 35 граждан страны по суше.

    Как сообщает Report, об этом заявили в посольстве Грузии в Азербайджане.

    Эвакуация граждан осуществлялась при организационной поддержке посольства Грузии в Азербайджане на основе соглашения с соответствующими госструктурами.

    В течение этой недели планируется эвакуация из Азербайджана еще 70 граждан Грузии.

    В дипмиссии отметили о посещении послом Грузии в Азербайджане Зурабом Патарадзе проживающих в Баку грузинских граждан. Гуманитарная помощь была оказана нуждающимся и многодетным семьям. Помимо продовольствия им передали медицинские маски грузинского производства.

  • Naxçıvanda Dövlət Xidmətinə yeni rəis təyin edildi

    Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.

    “Report” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də fərman imzalayıb.

    Fərmana əsasən, Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.

    Qeyd edək ki, Mirzə Cəlilov bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

  • Aleksander Çeferin: “Məsuliyyətli qərar qəbul etdik”

    “Futbol koronavirus böhranının yaratdığı misli görünməmiş problemlə üz-üzədir. UEFA öz üzvlərinə xüsusi şərtlərə uyğun şəkildə reaksiya verməklə kömək etmək istəyir”.

    “Report”un məlumatına görə, bu fikirləri UEFA-nın prezidenti Aleksander Çeferin qurumun rəsmi saytına açıqlamasında milli assosiasiyalara maliyyə yardımı barədə danışarkən deyib.

    Sloveniyalı futbol funksioneri bildirib ki, hər federasiyaya 4,3 milyon avro vəsait köçürüləcək: “Bu məbləğ futbol ictimaiyyətinin bərpası üçün istifadə oluna bilər. Hesab edirəm ki, kömək etmək üçün bacardığımız qədər məsuliyyətli qərar qəbul etdik”.

    A.Çeferin böhran dövründə futbolun nümayiş etdirdiyi birlikdən qürur duyduğunu söyləyib: “Şübhəsiz, adət etdiyimiz həyat tərzinə qayıtdıqdan sonra futbol yenə diqqət mərkəzində olacaq. Bu an yetişdikdə, futbol cavab verməyə hazır olmalıdır”.

    Qeyd edək ki, UEFA quruma üzv olan 55 milli assosiasiyaya ümumilikdə 236,5 milyon avro maliyyə yardımı ayırıb.

  • Джейхун Байрамов прокомментировал возможность продления учебного года и отмены летних каникул

    Решение о сроках возобновления занятий в школах в Азербайджане будет принято с учетом текущей ситуации, условий, безопасности людей и заинтересованности учащихся.

    Как передает Median.Az, об этом на брифинге оперативного штаба при Кабинете министров 27 апреля сказал министр образования Джейхун Байрамов.

    По его словам, с учетом нынешней реальности будут решены вопросы продления учебного года и отмены летних каникул.

    “Очевидно, будет учтен ряд нововведений, существующих реалий, но говорить что-либо конкретное сейчас будет неправильно”, – сказал К.Байрамов.//oxu.az

  • Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

    Fərmanda deyilir:

    “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
    Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilsin”.

    Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

    Ali Məclis Sədrinin digər bir Fərmanı ilə Suliddin Əliyev Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.