Month: April 2020

  • Çinli həkimlər Kim Çen Ina kömək edəcəklər – “Reuters”

    Çin Xalq Respublikası Şimali Koreyaya tibbi ekspertlər qrupu yollayıb.

    Bu barədə “Reuters” öz mənbəyinə istinadən yazır.

    Mütəxəssislərin KXDR-nın lideri Kim Çen Inın səhhəti ilə bağlı məsləhətlər verəcəkləri ehtimal olunur.

    “Çinin Kommunist partiyasının beynəlxalq əlaqələr şöbəsinin ali rütbəli əməkdaşının rəhbərliyi altında bir qrup mütəxəssis Pekindən Şimali Koreyaya yollanıb”, – deyə mənbə bildirib.

    Xatırladaq ki, aprelin 21-də CNN telekanalı Amerika kəşfiyyatının nümayəndəsinə istinadla Şimali Koreya liderinin ağır ürək əməliyyatı keçirdiyini bildirmişdi.

  • Начался месяц Рамазан

    В Азербайджане начался месяц Рамазан.

    Первый день месяца Рамазан в Азербайджане приходится в 2020 году на 25 апреля по григорианскому летоисчислению, а ночь ният (ночь намерений) – в ночь с 24 на 25 апреля.

    В зависимости от степени видимости луны, первый день месяца Шавваль праздник Рамазан – Ид-аль-Фитр приходится на 24 мая.

    Праздник Рамазан отмечается на государственном уровне, праздничный день считается нерабочим.

    Отметим, что Управления мусульман Кавказа (УМК) предоставит дополнительную информацию о праздничном намазе в текущем году исходя из решения правительства Азербайджана о сроке действия особого карантинного режима в стране.

  • Ramazan ayı başladı

    Azərbaycanda Ramazan ayı başlayıb.

    Bu il ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edir.

    Ramazan ayının builki təqviminə görə Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. Həmin gün Fitr (Ramazan) bayramıdır. Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

    Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

    Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

    Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

    Qeyd edək ki, bu il ölkədəki xüsusi karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verəcəyi qərardan çıxış edərək Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən bayram namazı ilə bağlı əlavə məlumat veriləcək.

  • В Москве за сутки от COVID-19 умер 41 пациент

    В Москве скончался 41 пациент с коронавирусом.

    Как передает российское бюро Report, об этом сообщает оперативный штаб по контролю и мониторингу ситуации с коронавирусом в столице.

    “Среди умерших – пациенты от 34 до 92 лет. У 34-летнего пациента установлен диагноз “двусторонняя нижнедолевая пневмония с геморрагическим компонентом”. Также он страдал сахарным диабетом”, – говорится в сообщении.

    У большинства скончавшихся пациентов были сопутствующие заболевания. Среди них – гипертония, хронический пиелонефрит, холецистит, вирусный гепатит, лейкоз. Всего сахарный диабет был у десяти умерших.

    Накануне число погибших от COVID-19 в столице за сутки составило 37 человек.

    Общее количество заразившихся коронавирусом в России достигло 68 622 человек, более пяти тысяч человек выздоровели.

  • Moskvada daha 41 nəfər COVID-19-dan öldü

    Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı artıb.

    “Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə koronavirusla əlaqəli yaradılmış operativ qərargah məlumat verib.

    Məlumata görə, son sutka ərzində COVID-19-dan 41 nəfər ölüb.

    “Ölənlər arasında 34 yaşdan 92 yaşa qədər olan xəstələr var. Vəfat edən xəstələrin çoxunda başqa xəstəliklər də mövcud olub”, – deyə operativ qərargahın məlumatında bildirilir.

    Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Рамин Байрамлы о готовности Азербайджана принять вторую волну COVID-19

    В Азербайджане строительство больниц модульного типа для инфицированных коронавирусом будет завершено к июню.

    Как передает Median.Az, об этом на пресс-конференции оперативного штаба при Кабинете министров 24 апреля сказал председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, они строятся на случай второй волны распространения инфекции и во избежание возможного развития негативного сценария.

    “Эти медучреждения сыграют важную роль с точки зрения обеспечения необходимого коечного фонда. В зависимости от ситуации в будущем будет рассмотрен вопрос сохранения этих больниц”, – сказал Р.Байрамлы.

    “Подобные больницы значительно расширяют возможности нашей страны и могут быть открыты в любом месте и в любое время”, – сказал он.//oxu.az

  • 70 yaşlı Ajda Pekkanın bu hərəkəti görənləri məəttəl qoydu – FOTO

    İllərə meydan oxuyan, Türkiyənin super stari Ajda Pekkan yeni fotoları ilə gündəmə səs salıb.

    Median.Az xəbər verir ki, 70 yaşını haqlayan məşhur müğənni malikanəsində idmanla məşğul olduğu kadrları lentə alaraq, sosial media hesabında izləyicilərlə bölüşüb.

    Həm səhnədə, həm də şəxsi həyatında aktiv olan sənətçi bu yaşda formada qalması ilə həmkarlarına göz dağı verir.

    Ajdanın ideal və fit bədən quruluşuna sahib olmasının səbəbi yalnız sağlam qidalanmaq və mütəmadi idmanla məşğul olmasıdır. Bu fotolar da həmin iddianın sübutudur.

    Super starın “Sağlam yaşamaq üçün idmanı əsirgəməyin” başlığı altında paylaşdığı fotolarına sosial media əhli təəccüb dolu şərhlər yazıblar.//oxu.az

  • Названо число лиц, находящихся на домашнем карантине – ОФИЦИАЛЬНО

    В Азербайджане применяется два типа карантинного режима.

    Как передает Median.Az, об этом на брифинге оперативного штаба при Кабинете министров 24 апреля заявил председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, в первом случае вернувшихся из-за границы граждан помещают в особое место.

    “Там находятся 1 000 человек. Контактировавшие же с инфицированными находятся на домашнем карантине. Их около 3 000 человек. За состоянием здоровья этих людей следят медработники поликлиник”, – отметил Р.Байрамлы.//oxu.az

  • Bill Geytsin karantin günlərini keçirdiyi 43 milyonluq malikanəsi – FOTO

    “Microsoft” şirkətinin qurucusu Bill Geyts koronavirus epidemiyasına görə tətbiq olunan karantin günlərini ABŞ-da okean sahilində yerləşən 43 milyon dollarlıq lüks malikanəsində keçirir.

    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    Bill Geytsin Kaliforniya ərazisində karantin müddətində yaşadığı möhtəşəm malikanənin görüntüləri ilk dəfə yayımlanıb. Malikanənin ümumi sahəsi 5800 kvadrat metrdir.

    Burada 10 nəfərlik cakuzi, ev kinoteatrı, şüşə hovuz və tennis meydançası var.

  • Mayk Tayson rinqə qayıtmaq niyyətindədir

    Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson bildirib ki, dörd raund təkbətək xeyriyyə döyüşlərində iştirak etmək üçün rinqə qayıtmağı planlaşdırır.

    Bu barədə Median.Az “The Sun”a istinadən xəbər verir.

    “Mən bütün son həftəni yumruqlarım üzərində işlədim. Bu ağırdır, bədənim zədəlidir və çox ağrıyır. Mən məşq edirəm, rinqə çıxmağa çalışıram. Düşünürəm ki, bir neçə sərgi döyüşü keçirəcəm və forma yığacağam”, – Tayson deyib.

    Sabiq idmançı qeyd edib ki, evsiz və narkotikdən asılı insanlara kömək üçün pul qazanmaq istəyir.