Month: April 2020

  • За единовременной выплатой обращаются даже материально обеспеченные лица – минтруда Азербайджана

    Анализ обращений в Азербайджане за единовременной выплатой показывает, что граждане с достаточными материальными возможностями, относящиеся к категории занятых, получающие различные социальные выплаты от государства, и даже высокие пенсии, пытаются получить средства, предназначенные для малообеспеченных и безработных лиц.

    Об этом сказал завотделом по коммуникации и связям с общественностью министерства труда и социальной защиты населения Фазиль Талыбов, сообщает Median.Az со ссылкой на Trend.

    Талыбов напомнил, что с 9 апреля начался процесс перевода для малообеспеченных и безработных лиц единовременной выплаты в размере 190 манатов, 350 тысяч человек уже получили эти средства, и процесс продолжается.

    Он отметил, что обращения в связи с единовременной выплатой рассматриваются посредством 22 электронно-информационных баз: “260 тысяч из рассмотренных обращений – это обращения лиц, работающих по договору и получающих заработную плату, 160 тысяч – лица с активным VÖEN, 150 тысяч – те, кто получают различные социальные выплаты от государства и помощь, 60 тысяч обратились из-за рубежа (эти лица не могут быть зарегистрированы как безработные в Азербайджане в силу того, что находятся за пределами страны), 29 тысяч человек – лица, в личной собственности которых или же в собственности супруга или супруги находятся две и более единицы недвижимости и 9 тысяч – это те, кто получает доход от сдаваемых в аренду объектов. Естественно, что все эти обращения отклоняются. Более того, среди обратившихся немало и таких, в собственности которых 4-5 и больше единиц недвижимости, объекты, автомобили, дополнительные доходы и пр. Может ли нуждаться в 190 манатах гражданин, на имя которого зарегистрированы 49 квартир, и имеет ли он вообще на это право?! Или что заставляет обращаться за единовременной выплатой более 3 тысяч человек, доходы которых за последние 3 месяца составили более 10 тысяч манатов?! Как назвать клевету, искусственный ажиотаж, раздутый в соцсетях теми из этой категории лиц, кому было отказано в получении данной выплаты? Думаю, что общественность должна жестко осудить их”.

    Талыбов добавил, что такие обращения лишь создают дополнительную нагрузку, задерживая рассмотрение людей, действительно нуждающихся в помощи.

  • Şirvan sakini üç ağac kəsdiyi üçün cavab verəcək

    Şirvanda ağac kəsən şəxs cəzalandırılıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, quruma Şirvan şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

    Araşdırma zamanı şəhərin Heydər Əliyev prospektində üç müxtəlif cinsli ağacın Sabirabad rayon sakini Nəzir Mənsimov tərəfindən kəsildiyi və təbiətə 1120 manat məbləğində zərər dəydiyi müəyyən edilib. Faktla bağlı N.Mənsimov barəsində akt tərtib olunub.

    Dəymiş zərərin məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şirvan şəhər Prokurorluğuna göndərilib.

  • Gömrükdə qanun pozuntuları aşkarlanıb – ÖZƏL

    Gömrükdə malların müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirilməsi üçün müvafiq tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarının fəaliyyəti təşkil edilməyib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında bildirilib.

    Qeyd olunub ki, auditlə əhatə olunan dövrdə müvəqqəti saxlanc prosedurunun tətbiq edildiyi malların idxalatçıların özünə məxsus sahələrə yerləşdirilməsinə yol verilib.

    “Amma sonrakı nəzarət qaydasında gömrük auditi tədbirləri həyata keçirilməyib”, – deyə hesabatda yazılıb.

    Bununla yanaşı, gömrük orqanlarının büdcədənkənar əməliyyatlardan gəlirlərinə aid edilən gömrük yığımlarında qanunvericiliklə müəyyən edilmədiyi halda, əlavə dəyər vergisi tətbiq olunması aşkarlanıb.

    Həmçinin, gömrük bəyannamələrinin gecikdirilməsinə görə, gömrük borcunun hesablanmaması üzə çıxıb.

    Bu iki halın nəticəsində dəbbə pullarının tutulmaması, aksiz markalarının elektron uçot bazasının yaradılmaması, bəzi hallarda müvəqqəti saxlanc və idxal gömrük prosedurlarının müddət məhdudiyyətlərinə riayət olunmaması halları aşkarlanıb.

    Qeyd edək ki, Hesablama Palatasının hesabatının Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

  • Разъясняются правила работы центров ASAN Xidmət в период смягчения карантина

    Согласно решению оперативного штаба при Кабинете министров, в 00:00 27 апреля вступает в силу ряд мер по смягчению особого карантинного режима в Азербайджане.

    Как передает Median.Az, в то же время с этого дня начинается прием граждан в центрах ASAN Xidmət с записью в онлайн-очередь посредством мобильного приложения, сайта и Call-центров ASAN.

    В Баку 25 апреля проходит пресс-конференция, посвященная правилам деятельности центров ASAN Государственного агентства по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана.

    В брифинге принимает участие председатель госагентства Ульви Мехтиев.//oxu.az

  • Karantin rejiminin yumşaldılması ilə bağlı son məlumatlar açıqlandı

    Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən ölkə üzrə karantin rejimi yumşaldılır.

    Median.Az-ın məlumatına görə, eyni zamanda, müvafiq tarixdən etibarən “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mərkəzlərinin fəaliyyət qaydaları ilə bağlı KİV nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.

    Konfransda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak edir.//oxu.az

  • Bakı-Sumqayıt yolunun genişləndirilməsi bu tarixdə başa çatacaq

    Bakı-Sumqayıt yolunun genişləndirilməsi prosesində əsas işlər yekunlaşmaq üzrədir.

    Bunu Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

    Onun sözlərinə görə, aparılan yenidənqurma işləri çərçivəsində hazırda magistral yolun Bakı Beynəlxalq Avtovağzalı kompleksi qarşısından keçən hissəsində mövcud süni təpəciklər sökülüb və yolun hər iki istiqaməti üzrə bir hərəkət zolağı enində genişləndirilmə işləri aparılır:

    “Artıq genişləndirilən hərəkət zolaqlarına asfalt döşənməsi prosesi aparılır. Analoji işlər sözügedən ərazidə yerləşən yol ötürücüsündə də həyata keçirilir. Belə ki, körpüdə əlavə svay əsaslı özül üzərində dayaq inşa olunmaqla, sağ və sol istiqamətdə əlavə bir hərəkət zolağı yaradılıb.

    Bundan başqa, magistral yolun təqribən səkkizinci kilometrliyində yerləşən və dəmir yolu üzərində inşa olunan yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır.

    Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində, “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək”.

    A.Nəcəfli deyib ki, layihəyə əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeddinci km-də, Bakı Beynəlxalq Avtovağzalı kompleksi ilə metronun “Avtovağzal” stansiyası arasındakı ərazidə süni yaradılan, magistral yolun hərəkət hissəsinin daralmasına səbəb olan “təpəcik” ləğv edilərək, yerində sürət-keçid zolağı salınır, əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqlarının sayı dördə çatdırılacaq:

    “Eyni zamanda, şimal tərəfdən (Sumqayıt istiqamətindən) hərəkət edən avtonəqliyyat vasitələrinin Biləcəri qəsəbəsinə daxil olmaları üçün Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən nəqliyyat vasitələri ilə bərabər uzun məsafə qət etmədən və ərazidə əlavə sıxlıq yaradılmadan “buta şəkilli adacıq” vasitəsilə sola dönmə yeri təşkil olunacaq.

    Bundan başqa, Bakı Beynəlxalq Avtovağzalı kompleksinin və “Avtovağzal” metro stansiyasının ərazisindən keçərək yolötürücü vasitəsilə Bakı Dairəvi-1 avtomobil yolu istiqamətində hərəkət edən avtomobillərin hərəkət şiddəti yüksək olduğu üçün həmin ərazinin sağ tərəfi genişləndirilməklə nəqliyyat vasitələrinin hərəkətinin səmərəli təşkili və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunacaq”.

    Mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yolun, həmçinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də davam etdirilir. Qurum rəsmisi Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının çıxışlarından birinin sökülməsi məsələsinə də aydınlıq gətirib:

    “Stansiyanın “Azərsu” istiqamətinə çıxışı ləğv edilməyib. Paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində “20 Yanvar” metro stansiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısındakı çıxışını 8-10 metr irəli çəkmək şərtilə hərəkət hissəsini genişləndirərək, əlavə hərəkət zolağının yaradılmasına və daim sağa hərəkətin təmin edilməsinə nail olmaq üçün iş aparılır.

    Bundan başqa, “20 Yanvar” dairəsinin ölçülərinin dəyişdirilərək “oval” formada, həmçinin keçmiş “Velotrek”in qarşısında hərəkət hissəsini genişləndirməklə sağa daimi hərəkətin təşkil edilməsi ilə ərazidə yaşanan sıxlığın aradan qaldırılmasına nail olmaq üçün işlər görülür. Buna görə də, metro stansiyasının həmin istiqamətə çıxışı sökülərək irəli çəkilir. Əsas işlər may ayında yekunlaşdırılacaq. Ümumi yenidənqurma işlərinin isə iyun ayınadək başa çatması nəzərdə tutulur”.

  • Какие регионы Азербайджана лидируют по количеству заражений COVID-19? – Отвечает замминистра

    После начала распространения коронавируса в Азербайджане в социальных сетях появилась информация о том, что в Шеки зарегистрирован очень высокий уровень заболеваемости COVID-19.

    Как заявил oxu.az заместитель министра здравоохранения Виктор Гасымов, в стране есть регионы без коронавирусной инфекции.

    “Однако завтра в них могут быть зарегистрированы случаи заражения. Сейчас неправильно перечислять регионы, где нет коронавируса.

    К примеру, в Шеки в настоящее время нет инфицированных. В 12 районах страны были зарегистрированы случаи заражения, но сейчас там заболевшие выздоровели, и очаги эпидемии ликвидированы”, – сказал В.Гасымов.

    “В Баку очень много случаев инфицирования коронавирусом. На юге страны также зафиксирован высокий уровень заболеваемости. В настоящее время в этой связи принимаются необходимые меры”, – сказал замминистра.

  • Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? – Nazir müavinindən AÇIQLAMA

    Azərbaycanda koronavirusun yayılmağa başlamasından sonra sosial şəbəkələrdə Şəki şəhərində yoluxmaların çox yüksək olması barədə məlumatlar paylaşılırdı. Eyni zamanda, bu regionun qırmızı zona olduğu bildirilmişdi.

    Səhiyyə nazirinin müavini Viktor Qasımov oxu.az-a açıqlamasında deyib ki, artıq Azərbaycanda elə bir region var ki, xəstəlikdən tamamilə azad olub:

    “Amma sabah həmin regionlarda yeni yoluxma baş verə bilər. Bu gün regionların adlarını tam sadalamaq düzgün deyil. Sadəcə, hazırda müəyyən ərazilər var ki, koronavirusdan qurtulub.

    Məsələn, Şəkidə hazırda koronavirusa yoluxma yoxdur. Ölkənin 12 rayonunda xəstəlik vardı, indi xəstələr sağalıb və epidemik ocaq ləğv olunub”.

    “Bakı şəhəri üzrə koronavirusa yoluxma çoxdur. Eyni zamanda, cənub zonasında yoluxma yüksəkdir. Hazırda bununla bağlı müvafiq tədbirlər aparılır”, – deyə nazir müavini qeyd edib.

  • В бакинской больнице предотвратили попытку суицида – ВИДЕО

    Пациент Клинического медицинского центра №1 в Баку пытался покончить с собой.

    Как передает Median.Az, мужчина по имени Орхан грозил выброситься из окна.

    Медперсоналу и сотруднику полиции удалось отговорить его от этого шага.

    В медучреждении агентству сообщили, что инцидент произошел накануне днем.

    “Мужчина несколько дней назад обратился в клинику с жалобами на повышенную температуру и затрудненное дыхание. В настоящее время он помещен в соответствующее отделение медцентра и проходит необходимое лечение. Ему запрещено видеться с родными, и он решил пойти на этот шаг, чтобы привлечь к себе внимание. С ним провели беседу, разъяснили ситуацию. Сейчас с пациентом все в порядке, никаких проблем нет”, – сказали в больнице.//oxu.az

  • Bakıda xəstə özünü pəncərədən atmaq istədi – VİDEO

    1 Saylı Kliniki Tibbi Mərkəzdə müalicə alan xəstələrdən biri tibb işçilərini vahiməyə salıb.

    Median.Az xəbər verir ki, Orxan adlı şəxs xəstəxananın pəncərəsinə çıxaraq, özünü oradan aşağı atacağını deyib.

    Tibbi heyət və polis işçisi onu fikrindən yayındıraraq, bədbəxt hadisənin qarşısını alıb.

    1 Saylı Kliniki Tibbi Mərkəzdən faktı təsdiq ediblər. Bildirilib ki, hadisə ötən gün baş verib:

    “Həmin şəxs hərarət və nəfəs daralması ilə xəstəxanaya müraciət edib. Aidiyyəti üzrə bir neçə gündür ki, müvafiq şöbədə müalicə alır. Mövcud vəziyyətlə bağlı ailə üzvləri ilə görüşə bilmir. Bu səbəbdən belə bir addım ataraq, diqqət çəkməyə çalışıb. Onunla söhbət aparılıb, vəziyyət izah olunub. Artıq hər şey qaydasındadır, heç bir problem yoxdur”.//oxu.az