Month: April 2020

  • Məcburi köçkünlərin məskunlaşdığı yataqxana hər an çökə bilər – VİDEO

    Sumqayıt şəhərindəki 2 saylı yataqxana hər an çökə bilər.

    Baku.Tv xəbər verir ki, şəhərin 22-ci məhəlləsində yerləşən yataqxanada 85 məcburi köçkün ailəsi məskunlaşıb.

    Binada bütün mənzillər yaşamaq üçün təhlükəli vəziyyətdədir. Yataqxana ilə bağlı yerli İcra nümayəndəliyinə və digər aidiyyəti orqanlara müraciət olunub. Ancaq sakinlərin bütün müraciətləri cavabsız qalıb.

    Daha ətraflı Baku.Tv-nin süjetində:

  • Xüsusi icazə problemi gündəmdə: “Artıq qeyri-leqal işçilər olmayacaq” – VİDEO

    Bir neçə gündür ki, məhdudiyyətləri aradan qaldırılan sahələrdə işləyən şəxslər pandemiyadan öncəki qaydada fəaliyyət göstərə bilmirlər. Nazirlər Kabinetinin qərarında bununla bağlı xüsusi bənd olmasa da, işçilərin öz iş yerlərinə yalnız xüsusi icazə əsasında gəlməsi tələb olunur.

    Artıq bəzi obyektlər var ki, onlar öz işçilərinə elektron icazələr alaraq fəaliyyətə başlayıb. Amma əksər xidmət sahəsində icazə ilə bağlı problemlər qalmaqdadır.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında süjet yayımlanıb.

  • 100 min şəxsə birdəfəlik ödəniş köçürüldü

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət daha 100 min aztəminatlı üçün birdəfəlik vəsaiti (190 manat) aidiyyəti üzrə bank və poçt filallarına köçürüb.

    Nazirlikdən verilən məlumata görə, vəsaiti köçürülən şəxslərə bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndərilir.

    Onlara mesaj gəldikdən sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə birdəfəlik ödəməni ala bilərlər.

    Aprelin 9-dan birdəfəlik ödənişlərin verilməsinə başlanıb. Birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 500 minə çatıb. Artıq ödənilmiş vəsaitin ümumi məbləği 95 milyon manatdır.

  • Azərbaycanda törədilən cinayətlərin 90 faizinin üstü açılıb – RƏSMİ

    “Azərbaycanda baş verən bütün cinayətlər qeydə alınır. Ölkədə qeydə alınan cinayətlərin 90 faizinin üstü açılıb”.

    Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.

    O bildirib ki, respublika ərazisində baş verən bütün cinayətlər barədə gündəlik məlumatlar verilir:

    “Hər gün Daxili İşlər Nazirliyinin rəsmi saytında gündəlik məlumatlar yerləşdirilir. Baş verən cinayətlərlə bağlı ərazi üzrə xidmət aparan polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər görülür.

    Cinayətlərin üstünün açılması və hadisəni törədən şəxslərin qanunvericilik normalarına uyğun olaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat axtarış-tədbirləri aparılır.

    Hazırda Azərbaycanda törədilən cinayətlərin açılma faizi 90-a çatıb. Heç bir MDB ölkəsində bu qədər yüksək göstəricilər qeydə alınmır. Bu, çox ciddi rəqəmdir. Geridə qalan 10 faizə daxil olan üstü açılmayan cinayətlər istiqamətində isə əməliyyat-axtarış tədbirləri, araşdırmalar davam etdirilir”.

  • Замминистра: Пусть школьники не переживают из-за вопросов на экзаменах

    Школьники, которые в этом году будут сдавать выпускные экзамены, могут переживать из-за вопросов. Но и в предыдущие годы при составлении тестов в них не включалась программа последних месяцев.

    Об этом в прямом эфире Yeni TV заявила замминистра образования Азербайджана Махаббат Велиева.

    “Пусть школьники не волнуются на это счет. В любом случае ученики выпускных классов должны получить соответствующий документ об образовании, а абитуриенты – поступить в вузы. Все эти вопросы зависят от решений, которые будут приняты с учетом ситуации”, – отметила М.Велиева.

  • Təhsil nazirinin müavinindən imtahanlarla bağlı MÜHÜM AÇIQLAMA

    “Bu il buraxılış imtahanları verəcək şagirdlər imtahanın məzmununa görə narahat ola bilərlər. Amma buna əsas yoxdur, çünki əvvəlki illərdə də buraxılış imtahanlarının məzmunu hazırlanarkən son aylar üzrə mövzularla bağlı suallar daxil edilmirdi”.

    Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

    Onun sözlərinə görə, şagirdlər imtahan suallarının məzmununun dəyişdirilməsinə görə narahat olmamalıdırlar:

    “Düşünməsinlər ki, məzmun gözlənilməz olacaq və hazırlıqsız yaxalanacaqlar. İstənilən halda buraxılış sinif şagirdləri müvafiq təhsil sənədini almalı, abituriyentlər isə ali məktəbə daxil olmalıdırlar. Bütün bunlar vəziyyətdən asılı olaraq, veriləcək qərarla bağlı məsələlərdir”.

  • Отменят ли в школах Азербайджана летние каникулы?

    Оснований для отмены летних каникул школьников нет, право детей на отдых не будет нарушено.

    Об этом в прямом эфире Yeni TV заявила замминистра образования Азербайджана Махаббат Велиева.

    По ее словам, школьники в этом году, в отличие от прошлых лет, должны рационально использовать свои летние каникулы.

  • Azərbaycanda məktəblərdə yay tətili ləğv olunur? – AÇIQLAMA

    “Yay tətilinin ləğvinə heç bir əsas yoxdur. Uşaqların istirahət hüquqlarını əllərindən almayacağıq”.

    Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

    O qeyd edib ki, ötən illərdən fərqli olaraq, bu il vəziyyətlə əlaqədar şagirdlər yay tətillərini düzgün qiymətləndirməlidirlər:

    “Şagirdlərin hüquqlarını tanıyırıq. Əvvəlki illərdən fərqli olaraq, şagirdlərimiz və tələbələrimiz yay tətilini düzgün dəyərləndirsinlər. Onlar yay tətilində istirahətlə yanaşı, təhsillə məşğul olmağa kifayət qədər zaman ayırmalıdırlar”.

  • В Азербайджане сохранится умеренная погода

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 1 мая.

    В Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, переменная облачность, умеренный южный ветер.

    Температура воздуха на Абшероне составит ночью 9-13, днем – 18-22, в Баку ночью – 10-12, днем – 19-21 градус тепла.

    Атмосферное давление составит 760 мм ртутного столба, что в пределах нормы, относительная влажность ночью – 70-80%, днем – 40-45%.

    В районах Азербайджана завтра ожидается погода без осадков, ночью и утром – туман, восточный ветер.

    Температура воздуха составит ночью 7-12, днем – 21-26, в горах ночью – 2-6, днем – 8-13 градусов тепла.

  • Mayın ilk gününə olan hava proqnozu açıqlandı

    Mayın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 18-22, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 1-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-12, gündüz 21-26, dağlarda gecə 2-6, gündüz 8-13 dərəcə isti olacaq.