Month: April 2020

  • Mayın 4-dən rayonlardan Bakıya yalnız bu şəxslər buraxılacaq – VİDEO

    Azərbaycanda koronavirusa görə tətbiq edilən xüsusi karantin rejimi mayın 4-də başa çatacaq. Bəs, bölgələrdən Bakıya gələnlərə yenə də qadağalar tətbiq ediləcəkmi?

    “ARB xəbər” mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

    Daha ətraflı videodan izləyin. Qeyd edək ki, Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 4-dək uzadılıb.

    Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

  • Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşdu: Xəsarət alanlar var

    Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində, Albalılıq yolu adlanan ərazidə qeydə alınıb.

    “Mercedes” markalı avtomobil marşrut avtobusu ilə toqquşub.

    Qəza nəticəsində minik avtomobilində olan, 1985-ci il təvəllüdlü Famil Məmmədov və onun iki azyaşlı övladı xəsarət alıb.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев наградил Ниямеддина Мусаева орденом “Эмек” II степени

    Президент Азербайджана Ильхам Алиев 30 апреля подписал распоряжение о награждении Ниямеддина Джаббар оглу Мусаева орденом “Эмек” II степени за заслуги в развитии эстрадного искусства в АР.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezidentdən Niyaməddin Musayevlə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Niyaməddin Musayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, müğənni, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordeni laureatı N.Musayevin bu il 80 yaşı tamam olacaq.

  • Bakıda 11 nəfəri işədüzəltmə adı ilə aldatdılar – MƏHKƏMƏ

    İşədüzəltmə adı ilə vətəndaşları aldadaraq, pullarını ələ keçirən Kərimov Səxavət Qulu oğlu barəsində cinayət işi başlanıb.

    S.Kərimov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir.

    İş Nizami Rayon Məhkəməsində hakim Ələddin Cəfərovun sədrliyi ilə araşdırılacaq. Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.

    Qeyd edək ki, S.Kərimov vətəndaşların etibarından sui-istifadə edərək, onlara müxtəlif dövlət orqanlarında işə düzəldəcəyi barədə vəd verib. Lakin vədinə əməl etməyib. Bu yolla o, zərərçəkmişlərə məxsus 30 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

  • Четверо азербайджанских моряков не могут вернуться на родину из Мавритании

    Четверо моряков – граждан Азербайджана, работающих в Мавритании по приглашению иностранной компании, столкнулись с серьезными проблемами. В этой связи они обратились в посольство Азербайджана в Королевстве Марокко.

    Об этом сообщил глава пресс-службы Государственного морского агентства Турал Мусеибов.

    По его словам, на обращение моряков сразу отреагировали, и госагентство связалось с ними.

    “Приняты серьезные меры для решения проблем азербайджанских моряков. Их проживание в отеле было оплачено, оказана всесторонняя помощь.

    Государственное морское агентство, МИД, Госкомитет по работе с диаспорой регулярно связываются с ними. Принимаются меры для выхода из сложившейся ситуации.

    Учитывая невозможность возвращения моряков в страну в связи с пандемией коронавируса, предпринимаются необходимые эффективные шаги для решения их повседневных проблем.

    При первой же возможности моряки будут возвращены на родину”, – отметил Т.Мусеибов.

  • Dörd azərbaycanlı dənizçi aldadılaraq, xarici ölkəyə aparıldı – RƏSMİ

    Mavritaniya İslam Respublikasında fəaliyyət göstərən, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət dörd dənizçi mövcud problemlərlə əlaqədar olaraq Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə müraciət ünvanlayıb.

    Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

    Onun sözlərinə görə, müraciətə dərhal reaksiya verilərək, Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərlə əlaqə saxlanılıb:

    “Dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq, onların hotel və digər xərcləri ödənilib, lazımi köməyin göstərilməsi təmin edilib.

    Dövlət Dəniz Agentliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir”.

    “Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya və Azərbaycanda xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş-gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq, onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir.

    Qeyd edək ki, karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcək”, – deyə T.Müseyibov qeyd edib.

  • За нарушение карантина наказаны 839 участников дорожного движения

    За нарушение особого карантинного режима, введенного в целях предотвращения распространения коронавирусной инфекции (COVID-19), с 00:00 29-го по 00:00 30 апреля сотрудниками Главного управления государственной дорожной полиции задержаны 839 водителей. Они привлечены к ответственности по статье 211 Кодекса об административных проступках.

    Как сообщили в управлении, в целом с 1 апреля и по сегодняшний день за нарушение особого карантинного режима на дорогах республики к административной ответственности привлечены 44 016 водителей.

  • Karantin rejimini pozan neçə hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib? – RƏSMİ

    Ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, son sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 44 016 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

  • Abşeronda baş verən oğurluq kameralara düşdü – VİDEO

    Xırdalanda baş verən oğurluq hadisəsinin görüntüləri yayılıb.

    Hadisə anının əks olunduğu video sosial şəbəkədə paylaşılıb.

    Paylaşım edən şəxs bu hadisənin Abşeron rayonu, Xırdalan şəhəri, Xudu Məmmədov küçəsində baş verdiyini qeyd edib.

    Vətəndaş iddia edir ki, həmin hadisədən sonra eyni küçədə avtomobil və evlərdən 15 oğurluq faktı olub.

    Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, vətəndaşlar tərəfindən hüquq-mühafizə orqanlarına bütün hadisələr barədə verilən məlumatlar qeydə alınır:

    “Sosial şəbəkələrdə oğurluq hadisələri ilə bağlı müxtəlif görüntülər paylaşılır. Biz demirik ki, baş vermir. Vətəndaşların tez bir zamanda baş verən hadisələrin üstünün açılmasını istəmələrini başa düşürük. Lakin bütün vətəndaşlar bilməlidir ki, polis əməkdaşları bütün hadisələri araşdırır.

    İstər oğurluq, istərsə də cinayət hadisələri ilə bağlı onların üstü açılana qədər araşdırmalar aparılır. Bu istiqamətdə vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət ediblərsə, məsələ mütləq şəkildə öz həllini tapacaq. Polis məsələnin həlli və vətəndaşa dəyən ziyanın geri ödənilməsi istiqamətində zəruri olan bütün tədbirləri həyata keçirəcək”.