Month: May 2020

  • ABŞ pilotları SpaceX raketində kosmosa uçur – CANLI YAYIM

    Bu gün saat 23:00-da insanlıq tarixində ilk dəfə olaraq, bir özəl şirkət kosmosa 2 insan göndərəcək.

    Uçuş “SpaceX” şirkətinə məxsus olan Falcon-9 roketi vasitəsilə NASA-nın Florida bölgəsindəki Kenedy Kosmik Stansiyasından həyata keçiriləcək.

    Pilotlar isə Bob Behnken və Doug Hurley’dir.

    Tarixi anları buradan canlı izləyə bilərsiniz:

  • Yaponiyada kosmonavtı əvəzləyəcək robot hazırlanacaq

    Yaponiyada kosmonavtları əvəzləyəcək robot hazırlanacaq. Robot vasitəsilə həm xərclər azalacaq, həm də real insanların həyatına olan təhlükə aradan qaldırılacaq. Layihə Gitai startap əsasında hazırlanır.

    Median.Az ted.az-a istinadən bildirir ki, startap müəlliflərinin fikrincə, əgər robot kosmonavtı əvəzləsə, bu zaman Yaponiya aerokosmik xərclərinə 90% qənaət edə bilər.

    “Qənaət ediləcək xərclər real insanların kosmosa uçuşa ilə bağlıdır. Robotları olduqca çox funksiyalı etmək lazımdır ki, onlar kosmosda insanları əvəzləyə bilsinlər”, – deyə startap müəllifləri bildiriblər.

    Yaponiyalı kosmonavtlar etiraf edirlər ki, kosmosda elmi tədqiqat aparmaq üçün onlara robot lazımdır.

  • Türkiyədə koronavirusdan ölənlərin sayı 4 500-ü ötdü

    Son sutka ərzində Türkiyədə koronavirusdan daha 26 nəfər ölüb.

    Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

    Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 515 nəfərə çatıb. Ölkədə edilən ümumi test sayı isə iki milyonu ötüb.

  • Qumar aludəçisi olan futbolçu özünü ələ verdi, klubdan qovuldu

    Norveçli müdafiəçi Veqard Forrenin müqaviləsi qumar aludəçiliyinə görə “Molde” klubu tərəfindən birtərəfli qaydada ləğv edilib.

    Bu barədə “HaberGlobal” məlumat yayıb.

    32 yaşlı müdafiəçinin qumara aludə olması maraqlı şəkildə ortaya çıxıb.

    Belə ki, “Molde” futbolçularının il ərzində müəyyən qaydaları pozduqları halda ödədikləri cəzalar var. Bu cəza ödənişlərinin toplandığı bir bank hesabı mövcuddur. Bu hesabı isə iki ildir komandanın ən təcrübəli üzvü Veqard Forren idarə edir. Hesabdakı pulların bir qismi ilin sonunda xeyriyyə fondlarına köçürülür.

    V.Forren idarə etdiyi bu hesabdan son dövrdə qumar borcunu ödəmək üçün külli miqdarda vəsait götürərək qısa müddətli kreditləri üçün istifadə edib. Əvvəllər də bir neçə dəfə bu cür addım atan futbolçu sonuncu dəfə pulu vaxtında yerinə qoya bilmədiyi üçün yaxasını ələ verib.

    “Pul qazanmağa başladığım gündən bu yana təxminən 15 ildir ki, qumar aludəçisiyəm. Qəbul etmək çətin olsa da bu, məni və yaxınlarımı məhv edən bir xəstəlikdir. Vəziyyəti sevdiklərimə açıqladım və hər kəsdən üzr istədim”, – deyə futbolçu bildirib.

  • Azərbaycanda koronavirusla bağlı son rəqəmlər açıqlandı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 30-a olan statistik göstəriciləri açıqlayıb.

    Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 661 test edildiyi bildirilib.

    Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 294 264 test aparılıb. Aktiv xəstə sayı 1858 nəfərdir. 82 nəfər reanimasiyada, 15 nəfər süni tənəffüs cihazındadır.

  • Sədərək Ticarət Mərkəzində YENİ QADAĞA

    Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində dezinfeksiya tədbirlərinə start verilib. Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edilib.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.

    Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərarından sonra qurumun idarə heyətinin toplantısı keçirilib:

    “Toplantıda Operativ Qərargahın tapşırıq və tövsiyələri elan edilib. İdarə Heyətinin sərdi Yusif Qədimovun tapşırığı ilə ticarət mərkəzinin bütün ərazilərində ciddi dezinfeksiya tədbirlərinə başlanılıb. Bazar rəhbərliyi bildirib ki, ticarət mərkəzi ərazisində Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə ciddi əməl edilməlidir. Tapşırıq verilib ki, ticarət mərkəzində bütün sahibkar və satıcılar əraziyə daxil olarkən tibbi maska və qoruyuculardan istifadə etməlidir. Sahibkar və satıcıların maskasız ticarət mərkəzinin ərazisinə daxil olması qadağan edilib. Bundan başqa, gün ərzində mərkəzin nəzarət komissiyasının əməkdaşları mütəmadi olaraq bazar ərazisində monitorinqlər keçirəcək, maskasız sahibkar və satıcılar tənbeh olunacaq. Rəhbərliyin tapşırığı ilə ilkin olaraq 15 min ədəd ehtiyat maska alınıb. Nəzarət komissiyasının əməkdaşları bazar ərazisində gündəlik reydlər keçirəcək, maskası olmayan sahibkar və satıcılara pulsuz maska paylanacaq”.

    M.Qədimov bildirib ki, bazar ərazisində koronavirusdan qorunmaq üçün təlimat xarakterli lövhələr vurulub: “Mərkəzin əməkdaşları gün ərzində bazar ərazisində müştərilərə sosial məsafəni qorumaq üçün tövsiyələr edəcək, ticarət cərgələrində sıxlıq yaranmaması üçün lazım olan tədbirlər görüləcək”.

    Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə xüsusi karantin qaydalarının yumşaldılması ilə bağlı növbəti qərarını açıqlayıb. Qərara əsasən, mayın 31-i saat 00:00-dan etibarən ölkədə bütün iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa olunur.

  • Maskaları dezinfeskiya edib təkrar taxmaq olar?

    Bütün tibbi maskalar birdəfəlikdir onları təkrarən istifadə etmək doğru deyil. Maskaların dezinfeksiya olunaraq yenidən istifadə olunması yanlışdır.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bunu tanınmış əczaçı Yıldız Türkaydın bildirib. O, N-95 maska deyil, cərrahi maska istifadə etməyi tövsiyə edib. Pandemiya dövründə bir çox maska çeşidlərinin gündəmə gəldiyini deyən mütəxəssis qeyd edib ki, əslində cərrahi maskalar istifadə üçün daha yararlıdır. N-95 maskalarını isə məhz yoluxucu xəstəliyi olanlarla yaxından təmasda olan tibb işçiləri taxmalıdır. Onun sözlərinə görə, bu maska bayırdan gələn havanı təmizləmək üçündür, maskanı taxan şəxsin verdiyi nəfəsi təmizləmək üçün nəzərdə tutulmayıb. Yəni həmin maska xəstə şəxsin viruslu nəfəsinin ətrafa yayılmasının qarşısını almır. Bu səbəbdən bu cür maska taxanlar onun üzərindən cərrahi maska da taxmalıdır.

    Mütəxəssis deyib ki, maskanı çənə altına salmaq, alına qaldırmaq sonra yenidən istifadə etmək olmaz. Maskaları istifadə edəndən sonra cibə, çantaya qoymaq və sonra təkrar istifadə etmək də yanlışdır: “Maskaların hamısı birdəfəlikdir, onları təkrar istifadə etmək olmaz”.

    Son zamanlar maskaların dezinfeksiya olunub yenidən istifadə edilməsi məsələsinin gündəmə gəldiyini, hətta bəzi ölkələrdə N-95 maskalarının təkrar istifədəsi üçün dezinfeksiya olunması yönündə araşdırma getdiyini qeyd edən mütəxəssis hesab edir ki, maskaların hər hansı üsulla dezinfeskiyası onun bütünlüyünü, parçanın tamlığını pozaraq yararsız hala gətirir. Ona görə də bütün maskalar birdəfəlikdir, istifadədən sonra dezinfeksiya edib yenidən taxmaq olmaz.

  • Türkiyəli mütəxəssis: “Koronavirusa siqaret tüstüsü ilə də yoluxa bilərik”

    “Siqaret tüstüsündə havada asılı qalan molekullar var. Məsələn, böyük bir ərazidəsiniz və iki metr uzaqlıqdakı şəxsin çəkdiyi siqaretin tüstüsü sizə çatırsa, o tüstü sizə virus da gətirə bilər”.

    “HaberGlobal”ın məlumatına görə, bu sözləri mikrobiologiya üzrə türkiyəli mütəxəssis Tutku Taşkınoğlu deyib.

    “Bu məsələlərə mütləq şəkildə diqqət yetirilməlidir. Qapalı məkanlarda siqaret çəkilməməlidir. Birlikdə söhbət edərkən siqaret çəkilməsi kimi vərdişlərimiz var”, – deyə mütəxəssis bildirib

    //Oxu.az

  • Şokolad yemək öskürəyi kəsir

    Tədqiqatlar şokoladın damar elastikliyini artıraraq təzyiqi azaltdığını, infarkt riskininin qarşısını aldığını ortaya çıxardı. Bu, sərbəst radikallarla döyüşən bir antioksidant növü olan flavonoidlər sayəsində baş verir. Afina Universitetində aparılan bir araşdırma şokoladın tərkibində olan faydalı antioksidantların yalnız flavonoidlərlə məhdud olmadığını göstərdi. Tədqiqatçılar digər maddələri də ortaya çıxarmaq üçün araşdırmanı davam edirlər. Bir alma, bütöv şokolad plitkasında olan flavonoid nisbətinin 20%-ni özündə ehtiva edir.

    Bir araşdırmaya görə, şokolad tərkibindəki teobromin adlı maddə sayəsində öskürəyi kəsir. Şokoladın xoşbəxtlik verici xüsusiyyətindən əlavə beynin vaqus sinirlərinin fəaliyyətlərinə müsbət təsir göstərir.

    Mütəxəssislər şokoladın heç bir yan təsiri olmadığına inanır. Yuxu və yorğunluq hissi verən kodeindən çox daha ləzzətli olan şokoladı seçib öskürəyinizdən rahatlıqla qurtula bilərsiniz.

  • Koronavirusun peyvəndi nə zaman hazır olacaq?

    Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd ilin sonunadək hazır olmayacaq.

    Median.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris deyib: “Yaxşı xəbər budur ki, dünyanın hər yerində tədqiqatçılar peyvənd üzərində işləyirlər. Yüzə qədər müxtəlif qrupumuz var, amma bu proses vaxt aparır. Bu, həm də təhlükəsizlik məsələsi ilə bağlıdır. Biz iki məsələni bilməliyik. Peyvənd virusla qarşılaşanda düzgün antikorları stimullaşdırırmı? Eyni zamanda, peyvəndin yan təsirləri varmı? Hansı peyvəndin daha etibarlı olmasını bilmək də vacibdir. Daha sonra bu peyvəndin istehsalı, onun insanlara necə çatdırılması məsələsini başa düşmək lazımdır. Bütün bunlar isə vaxt tələb edir”.

    M. Harris qeyd edib ki, hətta müalicədə istifadə olunan dərman vasitələrinin test edilməsi də vaxt tələb edir, çünki bəzi xəstələrdə dərmanın öz təsirini göstərməsi təsadüf də ola bilər: “Buna görə də bütün lazımi testləri aparmaq üçün daha çox vaxt lazımdır”.