Month: May 2020

  • Qərb rayonlarına dolu yağıb – FAKTİKİ HAVA

    Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 30-da saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 mm olan, saat 18:18-18:28 radələrində isə diametri 13 mm olan dolu düşüb.

    Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.

  • Sumqayıtda iki nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri – VİDEO

    Bu gün səhər saatlarında Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

    Qəzada DAF və “KamAZ” markalı iki yük avtomobili toqquşub.

    Hadisə zamanı hər iki avtomobilin sürücüsü ölüb.

    ///oxu.az

  • Azərbaycan Premyer Liqası nə vaxt başlayacaq? – tarix bilindi

    İyunun 1-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə veriləcək.

    Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən yaydığı açıqlamaya görə, bu qərar 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılması çərçivəsində müəyyənləşdirilib.

    Sabah isə AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. Saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək. Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.

    Elita təmsilçiləri gələn ayın ilk günündən etibarən məşqlərə başlayacaq. Artıq AFFA-dan onlara belə bir şifahi təlimat gəlib. Premyer Liqanın bərpa tarixi olaraq iyunun 21-i seçilib.

    Yəni, martın 14-dən çalışmalarını dayandıran komandaların hazırlıq üçün cəmi 20 gün vaxtı olacaq.

    Çempionatın son 8 turunun, həmçinin ölkə kubokunun yarımfinal və final oyunlarının başa çatdırılması üçün 1 ay nəzərdə tutulub. Federasiya mövsümü iyulun 25-28-i aralığında qapatmağı planlaşdırır (sportinfo.az).

  • Возбуждено дело по факту нанесения ножевых ранений женщине и полицейскому в Бардинском районе

    30 мая около 11 часов утра в Бардинское районное управление полиции поступил сигнал об избиении жителем села Гарадемирчи Бардинского района Эльчином Джафаровым родной сестры Вюсали Джафаровой.

    Об этом говорится в сообщении пресс-службы Генеральной прокуратуры Азербайджана.

    Когда сотрудники правоохранительных органов пришли на место происшествия, к ним вышли пострадавшая женщина и ее малолетняя дочь Фатима. Следовавший за сестрой Э.Джафаров, несмотря на наличие во дворе полицейских, нанес Вюсале три ножевых ранения в спину, после чего ударил холодным оружием и сотрудника полиции Эшгина Мамедова, пытавшегося защитить Вюсалю от кровавой расправы.

    Коллеги пострадавшего представителя правопорядка обезвредили и задержали преступника.

    По факту в Бардинской районной прокуратуре возбуждено уголовное дело по статьям 29,120.1 (покушение на умышленное убийство), 126.1 (умышленное причинение тяжкого вреда здоровью) и 315.2 (сопротивление или применение насилия в отношении представителя власти) Уголовного кодекса АР.

    Сразу после инцидента пострадавшие были доставлены в Центральную больницу Бардинского района, где им оказали первую медицинскую помощь. В настоящее время лечение В.Джафаровой и Э.Мамедова в клинических условиях продолжается.

  • Baş Prokurorluq Bərdədə iki nəfərin bıçaqlanması ilə bağlı məlumat yaydı

    Baş Prokurorluq bu gün Bərdədə baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

    Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda bildirilir:

    Mayın 30-da saat 11:00 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər.

    Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla onu təqib edərək qadına kürək nahiyəsindən qəsdən üç dəfə vuraraq bədən xəsarətləri yetirib, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.

    Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.

    Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

    İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

    Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

    Hazırda zərərçəkmiş V.Cəfərova və polis əməkdaşının stasionar qaydada müalicələri davam etdirilir.

    Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

  • Azərbaycanda koronavirusdan daha üç nəfər öldü, 202 xəstə sağaldı – RƏSMİ

    Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

  • Uçmaq üzrə olan 100 yaşlı bina: Sakinlərin həyatı təhlükədədir – VİDEO

    Bakıda istismara yararsız binalar hələ də var.

    Paytaxtın Nərimanov rayonu, Mirzəbala Məmmədzadə 10 ünvanındakı dördmərtəbəli tikili də acınacaqlı vəziyyətdədir. Burada sakinlər üçün yaşamaq nəinki çətin, hətta təhlükəlidir.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb:

  • В Баку задержали организаторов флешмоба – ФОТО

    Организаторы флешмоба на Площади фонтанов в центре Баку задержаны.

    Известно, что 29 мая, примерно в 19:00, на территории Сабаильского района Баку, вопреки правилам особого карантинного режима, была предпринята попытка организовать кратковременный флешмоб в связи с 1 июня – Международным днем защиты детей.

    Об этом сообщило Главное управление полиции столицы.

    Сотрудники управления полиции и Исполнительной власти города пресекли эту попытку.

    После проведения расследования в отношении организатора данного мероприятия Акбера Рахманова было возбуждено уголовное дело по соответствующей статье Уголовного кодекса АР, а в отношении 50 человек, нарушивших требования особого карантинного режима, были приняты меры согласно статье 211 Кодекса об административных проступках.



  • Bakıda fləşmob təşkil edən 50 nəfər tutuldu – FOTO

    Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fləşmob keçirilməsinə cəhd edilib.

    Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

    Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.

    Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb.



  • Dövlət komitəsindən Bakıda atası tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı AÇIQLAMA

    Права 11-летнего ребенка, подвергшегося насилию со стороны отца, будут защищены в соответствии с нормами законодательства Азербайджана.

    Об этом говорится в сообщении Государственного комитета по проблемам семьи, женщин и детей в ответ на запрос Oxu.Az.

    Отмечается, что в связи с фактом насилия со стороны отца ребенка в Сураханском районе сразу же была установлена связь с комиссией по делам несовершеннолетних и защите прав при Исполнительной власти.

    Кроме того, Управлением полиции Сураханского района в отношении отца были приняты необходимые меры.

    “При подобных ситуациях необходимо немедленно обращаться в комиссию, действующую при Исполнительной власти, а также полицию. Родители несут ответственность за обучение и воспитание детей до определенного возраста. Но не забывайте, что этот процесс строго контролируется государством. А после изучения выявленных фактов будет дана правовая оценка данному вопросу”, – сообщили в Госкомитете.