Month: May 2020

  • Qubada körpünü sel apardı – VİDEO

    Quba rayonunda körpünü sel aparıb.

    Bu barədə Quba Rayon İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, sel rayonun Xanagah kəndində yerləşən Çağacıq çayının üzərində inşa edilən körpülərdən birinə ziyan vurub:

    “Yağışlı hava şəraiti səbəbindən ərazidə iş görmək çətinləşib. Sel körpülərdən birinə ziya vurub. Lakin kəndin yaşayış məntəqələri arasında sakinlərin gediş-gəlişində ciddi problem yoxdur. Quba Rayon İcra Hakimiyyəti tərəfindən hadisə yerinə texnika göndərilib. Hava şəraitindən asılı olaraq, qısa zamanda təmir işləri yekunlaşdırılacaq”.

  • Селевой поток разрушил мост в Губе – ВИДЕО

    Селевые потоки разрушили мост в Губинском районе Азербайджана.

    Как передает Median.Az, об этом сообщили в Исполнительной Власти района.
    Сообщается, что нанесен урон мосту, построенному над рекой Чагаджыг в селе Ханагях Губинского района.

    “Из-за дождливой погоды сложно вести какие-либо работы на территории. Поврежден один из мостов. Однако серьезных проблем с передвижением жителей между поселками нет. Исполнительная власть Губинского района отправила технику на место происшествия. В зависимости от погоды ремонтные работы будут завершены в короткие сроки”,- заявили в ведомстве.

    Отметим, что впервые информацию об этом распространил report.az.

  • Bu yollarda hərəkət məhdudlaşdırılacaq

    Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

    Məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərində, Yusif Səfərov küçəsinin kəsişməsindən 28 May küçəsinin kəsişməsinə qədər olan hissəsində, Mehdi Mehdizadə küçəsində və 28 may küçəsinin Mehdi Mehdizadə küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinə qədər olan hissəsində mayın 8-i axşam saatlarından etibarən hərəkət qısamüddətlik məhdudlaşdırılacaq.

    Bu səbəbdən sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

    AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

  • Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər – AÇIQLAMA

    “Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində elektron və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    O qeyd edib ki, imtahanda evdən onlayn iştirak etmək istəyən məzunlar müəyyənləşdiriləcək texniki şərtlərə malik olmalıdırlar:

    “Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə mayın 20-dən etibarən onlayn sınaq imtahanları keçiriləcək”.

    Sədr əlavə edib ki, bu imtahanlarda cari ilin məzunları və mayın 20-dək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) iştirak edə biləcəklər.

  • В Парламенте Азербайджана от должности освобождены два помощника

    Один из помощников председателя Милли Меджлиса (Парламента) Сахибы Гафаровой Айдын Джафаров освобожден от занимаемой должности.

    Как передает Median.Az, назначения на эту должность пока нет.

    Отметим, что А.Джафаров являлся также представителем Милли Меджлиса в Парламентской Ассамблее СНГ.

    В рамках структурных реформ в парламенте также освобождена от должности Кямаля Азимова, помощница первого заместителя Милли Меджлиса. На эту должность назначен Бахруз Сеидахмедли.//oxu.az

  • DİM sədri abituriyentlərin sənəd qəbulu vaxtlarını açıqladı

    “Ümumi (doqquzuncu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq”.

    Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    Onun sözlərinə görə, bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib:

    “Onlardan 1 mart 2020-ci ildə buraxılış imtahanında (I mərhələ) iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidir”.

    M.Abbaszadə əlavə edib ki, tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn şəkildə 12 may-5 iyun tarixlərində təşkil ediləcək:

    “Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may-5 iyun tarixlərində aparılacaq”.

  • Qəbul imtahanlarının vaxtı açıqlandı – RƏSMİ

    Qəbul imtahanlarının 20 iyuldan sonra bir dəfə keçirilməsi nəzərdə tutulur”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    O qeyd edib ki, tarix dəyişə bilər:

    “Bu, vəziyyətdən asılıdır. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanan ballar əsasında – 700 ballıq şkala əsasında aparılacaq”.

    “I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə)”, – deyə sədr qeyd edib.

  • Малейка Аббасзаде об учащихся, которые не примут участие в июньских экзаменах

    40 000 учеников 9-х классов школ Азербайджана, принявших участие в выпускных экзаменах 1 марта этого года, не будут участвовать во втором этапе в июне.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 7 мая сказала председатель совета директоров Государственного экзаменационного центра (ГЭЦ) Малейка Аббасзаде.

    По ее словам, результаты данной категории выпускников будут оцениваться по 100-балльной шкале.

    “В июне будет организован экзамен для 80 000 учащихся школ в регионах”, – сказала глава ГЭЦ.

  • Azərbaycanda bu şagirdlər buraxılış imtahanında iştirak etməyəcək – RƏSMİ

    “Mart ayının 1-də IX sinif üzrə buraxılış imtahanında iştirak edən 40 min şagird iyunda ikinci mərhələdə iştirak etməyəcək”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

    Onun sözlərinə görə, həmin şagirdlərin nəticələri 100 ballıq şkala üzrə ölçüləcək:

    “İyunda 80 min şagird üçün regionlarda imtahan keçiriləcək”.

  • Sumqayıta yeni hərbi prokuror təyin edildi

    Ədliyyə mayoru Şahverdiyev Raul Sabir oğlu Sumqayıt hərbi prokuroru vəzifəsinə təyin edilib.

    Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

    Faktı Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiqləyıb.

    ///Report