Month: May 2020

  • 190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə – Bu formada müraciət edin – VİDEO

    “Mənim 190 manatlıq birdəfəlik yardıma ehtiyacım var, amma nazirlik müxtəlif səbəblər gətirərək bu birdəfəlik ödəməni verməkdən imtina edib. Hətta 190 manata ehtiyacım olduğunu sübut da edə bilərəm” deyənlərin çoxluğunu nəzərə alaraq, “Telesəhər” məsələyə aydınlıq gətirməyə çalışıb.

    Median.Az AZTV-yə istinadla xəbər verir ki, verilişdə qonaq olan Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev qaranlıq məqamlarla bağlı suallara cavab verib.

    C.Quliyev 190 manata ehtiyacı olduğunu sübut edə biləcək vətəndaşların qurumun yerli şöbələrinə şikayət və ərizə ilə müraciət etdiyini bildirib:

    “Xidmətin rayon şöbələri də daxil olmaqla, bu istiqamətdə işlər həyata keçiririk. Yerli qurumlar vətəndaşların ərizə və şikayətlərinə baxır. İmtinanın səbəbləri aydınlaşdırılır və əhaliyə cavab verilir”.

    Qurum rəsmisi “Heç elə olubmu ki, imtina cavabı alan kimsə gəlib və onun haqlı olduğu sübuta yetirilib. Həmin vətəndaşa birdəfəlik ödəmə edilib?” sualına “Bəli” deyə cavab verib:

    “Belə hallar olub. Mən onu qeyd edim ki, 190 manatlıq birdəfəlik ödəmənin təyin edilməsi sistem vasitəsilə həyata keçirildi. Bu təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi vasitəsilə edilmədi. Həmin məlumatlar digər qurumların da sistemləri ilə yoxlanıldı. Yoxlanılma zamanı xətalar ola bilər”

  • 17 yaşında zorla qaçırılan qadın başına gələnləri danışdı – VİDEO

    Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” tok-şousunda erkən evliliyə məcbur edilən və ailə daxili zorakılığa məruz qalan qadın başına gələnləri bölüşüb.

    O, hər gün döyüldüyünü deyib: “…. hər gün övladlarımın gözü qarşısında döyülürdüm. Uşaqlarım qışqırırdı, bağırırdı. Ataları gecə 2-də, 3-də döyürdü. Adi çörək üstündə qırğın düşürdü. Məndən qabaq iki dəfə evli olub, hərəsi ilə 2-3 ay yaşayıb”.

    Qeyd edək ki, verilişin mövzusu qadın zorakılığı və ona qarşı mübarizədir.

  • Şagirdlərin qiymətləndirilməsinin vaxtı açıqlandı – RƏSMİ AÇIQLAMA

    “İyun ayı ərzində şagirdlər arasında ölçmə və qiymətləndirmə keçiriləcək”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

    Nazir əlavə edib ki, bu, onlayn şəkildə baş tutacaq:

    “İyun ayında üç mindən altı minə yaxın şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək. Bunun keçirilməsində məqsəd tədqiqat və monitorinqdir ki, proqram neçə mənimsənilib”.

  • Tədris ilinin ikinci yarımilinin qiymətləndirilməsi ilə bağlı qərar verildi – RƏSMİ

    “2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmur”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

    Onun sözlərinə görə, şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürüləcək:

    “Onlar növbəti sinifə keçiriləcək. Öz nəticələrindən razı olmayan şagirdlər tədris öncəsi müraciət edib, nəticələrini yaxşılaşdıra bilərlər”.
    //oxu.az

  • В Азербайджане от COVID-19 вылечились еще 15 человек – ОФИЦИАЛЬНО

    В Азербайджане от коронавируса (COVID-19) излечились еще 15 человек.

    Об этом 7 мая сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня в Азербайджане коронавирусом заразились 2 204 человека, 1 551 из которых излечился, 28 – скончались, 625 пациентов находятся на лечении в больницах особого режима. Состояние 25 из них оценивается как тяжелое, 33 – средней степени тяжести, остальных – как стабильное.

  • Azərbaycanda daha 15 nəfər koronavirusdan sağaldı – RƏSMİ

    Azərbaycanda koronavirus infeksiyasına yoluxan 15 nəfər sağalıb və evə buraxılıb.

    Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

  • В Азербайджане выявлено 77 новых случаев инфицирования COVID-19 – ОФИЦИАЛЬНО

    В Азербайджане выявлено 77 новых случаев инфицирования коронавирусом (COVID-19).

    Об этом 7 мая сообщает оперативный штаб при Кабинете министров.

    До сегодняшнего дня в Азербайджане коронавирусом заразились 2 204 человека, 1 551 из которых излечился, 28 – скончались, 625 пациентов находятся на лечении в больницах особого режима. Состояние 25 из них оценивается как тяжелое, 33 – средней степени тяжести, остальных – как стабильное.

    В республике на сегодняшний день проведено 175 910 тестов на выявление COVID-19.

  • Azərbaycanda daha 77 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ

    Azərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılıb.

  • Что будет с образовательной сферой Азербайджана в период коронавирусной пандемии? – ПРЯМОЙ ЭФИР

    Оперативный штаб при Кабинете министров проводит 7 мая очередной брифинг для представителей СМИ.

    В пресс-конференции участвуют министр образования Джейхун Байрамов и председатель Совета директоров Государственного экзаменационного центра (ГЭЦ) Малейка Аббасзаде.

    На брифинге обсуждаются вопросы образования, проведения выпускных и вступительных экзаменов в период пандемии.

  • Azərbaycanda koronavirus dövründə təhsillə bağlı son yeniliklər açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak edir.

    Konfransda pandemiya dövründə təhsil, buraxılış və qəbul imtahanları ilə bağlı müzakirələr aparılır.