Month: May 2020

  • Banklar bağlanırsa, sahibkarlar nə etməlidir? (VİDEO)

    Ötən il İqtisadiyyat Nazirliyi kölgə iqtisadiyyatından leqal iqtisadiyyata keçid kampaniyasına başladı. İş adamlarına “dövriyyələrinizi rəsmiləşdirin”, “işçilər ilə müqavilə bağlayın”, “əməkhaqlarını kart ilə ödəyin” kimi çağırışlar səsləndirildi.

    Bir çox iş adamı da çağırışlara qoşuldu, hesabı olmayanlar bankda hesab açdılar, hesabı olanlar isə dövriyyələrini bu hesaba yönəltdilər. İşçilər maaşlarını əməkhaqqı kartı ilə almağa başladılar. Bu gün həmin iş adamlarının bir çoxu məyus olub. Bağlanan banklarda hesabı olan sahibkarlar və işçiləri vəsaitlərindən istifadə edə bilmirlər.

    Mərkəzi Bankın sədri Elman Rüstəmovun ötən həftə mətbuat konfransında səsləndirdiyi fikir isə iş adamlarını daha da narahat edib. Elman Rüstəmovun sözlərinə görə, iş adamları qonşunun, qohumun və tanışın məsləhət gördüyü bankda hesab açmamalıdırlar. Özləri bankların audit hesabatlarını oxuyaraq etibarlı qənaətinə gəldiyi bankda hesab açmalıdırlar. Bu zaman da, iş adamı qərarının doğru və ya yanlışlığına görə özü məsuliyyət daşıyır. Dövlət, Mərkəzi Bank iş adamlarına “filan bankda hesab açın” deməyib, bank seçimi qərarını sahibkarlar özləri veriblər.

    Buna görə də, sahibkarlar, ağrılı da olsa, yaranmış vəziyyət ilə barışmalıdırlar. İqtisadçı Elşad Məmmədov isə bildirir ki, banklar haqqında qanunun müvafiq maddəsinə görə, bağlanmış bankların öhdəliyinin ödənilməsi ilə bağlı növbəlilik mövcuddur. Onun sözlərinə görə, ilk növbədə sığortalanan əmanətlər, sonra bağlanmış bankların əməkdaşlarının əməkhaqları və digər onlara aid ödənişlər nəzərdə tutulub. Yalnız bunlardan sonra o şirkətlərin ki, bu banklarda müxtəlif hesabları olub əgər resurslar qalarsa, onların ödənişləri nəzərdə tutulur.

  • AVRO-2020-yə alınmış biletləri artıq qaytarmaq olar

    Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-nin final mərhələsinin oyunlarını izləmək üçün alınmış biletləri qaytarmaq mümkündür.

    UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, azarkeşlər bu gündən etibarən biletləri geri qaytarıb pullarını geri ala bilərlər. Bunun üçün qurumun saytında müvafiq prosedurları tamamlamaq lazımdır.

    Qeyd edək ki, biletlərin 2021-ci ildə keçiriləcək turnir üçün etibarlı olacağı da bildirilmişdi.

  • Ağciyərləri təmizləyən qidalar açıqlandı – SİYAHI

    Ağciyərlərin təmizlənməsi orda kök salan infeksiya qalığı iltihabi prosesi, bəlğəmi tam aradan qaldırmaq, alveolları açmaq, bronxları və tənəffüs yollarının keçiriciliyini artırmaq, ağciyərlərin tutumunu artırmaq nəzərdə tutulur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, şəhər insanları, ofis işində çalışanlar, siqaret çəkənlər, çirkli hava ilə nəfəs alanlar və müxtəlif sexlərdə çalışanların müntəzəm olaraq ağciyərlərini təmizləməlidir. Alimlər bunun üçün lazımli qidaların siyahısını təqdim edib.

    – Sarımsaq – infeksiya qalıqlarını təmizləyir, sərbəst radikalları zərərsizləşdirir

    – Soğan – toksinləri atır
    – Omeqa 3 ilə zəngin yağlar və dəniz məhsulları, yağlı balıqlar

    – Bütün növ kələm, qırmızı, ağ, brokkoli, gül, çin kələmi təbii antioksidantdır və bronxları təmizləyir
    – Nar – şirəsi və özü hətta bədxassəli şiş hüceyrələrini belə zərərsizləşdirir

    – Lobya, mərci, paxlalılar
    – Tünd rəngdə giləmeyvələr – böyürtkən, qarağat və s ağciyərləri açır

    – Bolqar bibəri qırmızı – ağciyərləri vitaminlə, antioksidantla təmin edir
    – Təmiz, qazsız mədən suları, mineral sular

    Hər gün bu qidalardan və sulardan menyunuzda olmalıdır. Yaxşı olar ki, bir ay ağciyərlərin təmizlənməsi ayı elan edib, bunları yeyəsiz.

  • Lombardlar müştərilərə güzəştlər edəcək – VİDEO

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, ölkədə tətbiq olunan xüsusi karantin rejimi 31 may tarixinədək uzadılsa da, bəzi məhdudlaşdırmalar aradan götürülüb. O cümlədən, qızıl-gümüş dükanları, elektronika mağazaları və lombardlar fəaliyyətini bərpa edib.

    Baku TV-nin əməkdaşları paytaxtda fəaliyyət göstərən lombardların bir aylıq fasilədən sonrakı işi ilə maraqlanıb.

    Belə qənaətə gəlmək olar ki, lombardların fəaliyyətində hələ bir müddət durğunluq müşahidə olunacaq.

  • “Beşiktaş” Loris Kariusla yollarını ayırıb

    “Beşiktaş”ın almaniyalı qapıçısı Loris Karius klubdan ayrılıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, buna səbəb kimi futbolçunun maaşının vaxtında və tam həcmdə verilməməsi göstərilir. Qeyd edək ki, 26 yaşlı qolkiper bundan əvvəl komandadan FİFA-ya şikayət məktubu göndərmişdi. Ali qurum onun müraciəti ilə bağlı danışıqların başlanmasını bildirmişdi.

    Beləliklə, müəyyən araşdırmalardan sonra Loris Karius və “Beşiktaş” rəhbərliyi qarşılıqlı razılma əsasında yollarını ayırıblar.

    Kariusun transferi “Liverpul” klubuna məxsusdur. İstanbulda icarə əsasında çıxış edən qapıçı yenidən İngiltərəyə dönəcəyini deyib.

  • TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda bu günə olan koronavirus statistikasını açıqlayıb.

    Məlumata görə, bu gün ölkədə 4385 koronavirus testi edilib. Onlardan 76-sı pozitiv nəticə verib.

    Bununla da ölkədə ümumilikdə 164 481 test edilib. Ümumi yoluxma faktı isə 2060 nəfərdir.

    Hazırda reanimasiyada 23, süni tənəffüs cihazında isə 11 xəstə var.

  • Bu şəxslərin maaşı ARTDI – RƏSMİ

    Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı məbləği açıqlanıb.

    Median.Az Mətbuat.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, yanvar-fevral aylarında paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 20,6 faiz artaraq 958 manat olub

  • Tibb işçilərinin NƏZƏRİNƏ

    Sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilir.

    Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilib. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

    Bununla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində beş nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni qaydada, könüllü olaraq, sertifikasiya imtahanlarında iştirak edə bilərlər.

  • 2028-2030-cu illərdə koronavirusun başqa bir mutasiyası yayılacaq- Yeni araşdırma

    Koronavirus dünyada ilk 2003, 2012 və 2019-2020-ci illərdə görülüb. Peyvənd tapılmazsa, 2028-2030-cu illərdə koronavirusun başqa bir mutasiyası ilə qarşı-qarşıya qala bilərik.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri türkiyəli professor Orhan Yıldız deyib.

    Professorun sözlərinə görə, koronavirus hər il “hücum” edən bir virus deyil və 8-10 il sonra yenidən peyda olmaq ehtimalı yüksəkdir.

    “Koronavirus 1960-cı illərdə tapılıb. Bu virus həmişə var idi və forma dəyişdirib. Koronavirus insanlara yoluxa bilən, öldürücü bir formaya çatdı. Bu xüsusiyyətini itirməsini gözləməməliyik. Ortaya çıxan bir mutasiyadır. Əvvəllər sadəcə heyvanlarda görülsə də, indi insanlarda da görülür. Bu da virusun inkişaf etdiyini sübut edir.

    2028-ci ilə qədər nə olacağını bilmək çətindir. Virus daha ölümcül olacaq, yoxsa daha çox yayılacaq, bilmirik. Bunu müəyyən edəcək tək şey bəşəriyyətin peyvənd tapmasıdır. Qarşımızda 8-10 ilə qədər müddət var. Pandemiyada istifadə olunacaq peyvənd çox mümkün görünmür. Hazırda pandemiya sönmək üzərədir və peyvənd tapılması 1.5 ilə qədər çəkəcək. Növbəti pandemiya üçün əlimizdə yeni silahlar olmalıdır”.

  • Ramazan ayının 12-ci gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 12-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 5-də imsak vaxtı saat 03:52-də, iftar vaxtı isə 19:48-dədir.

    12-ci günün günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin”.

    Tərcüməsi: “İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”

    İftar duası:

    Duanın oxunuşu: “Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin!”

    Tərcüməsi: “İlahi, bu gün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam taziyanələrinlə vurma. Bu gün sənin qəzəbinə səbəb olan işlərdən məni uzaq et. Bəxşiş və nemətlərinə and verirəm, ey şövqlü şəxslərin arzusunun müntəhası!”

    Allah orucunuzu qəbul etsin!