Month: May 2020

  • Metro mayın 11-də açılır? – VACİB AÇIQLAMA

    Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində deyildiyi kimi Azərbaycanda mayın 11-dən sonra karantin rejiminə bəzi yumşaltma və ya sərtləşmələr tətbiq oluna bilər.

    Median.Az xəbər verir ki, bu, ölkədə COVID-19 virusuna yoluxma hallarından asılı olacaq.

    Qeyd edək ki, mayın 11-də tətbiq olunacaq yumşaltmalarla bağlı müxtəlif fikirlər səsləndirilir. Bunların arasında “Bakı Metropoliteni” QSC-yə məxsus stansiyaların açılması, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrik qatarlarının reyslərinin artırılması və digər hallar daxildir.

    Mayın 11-də yumşaltmaların tətbiq olunmasının nə qədər doğru olmasını dəqiqləşdirmək məqsədilə millət vəkili Fazil Mustafaya müraciət etdik.
    Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu, doğru addım olardı: “Çünki indiki vəziyyətdə təhlükə riski daha böyükdür. Avtobuslarda daha çox insan hərəkət etdiyi üçün sıxlıq yaranır. Məsələn, metronu səhər 07:00-dan 11:00-a qədər, axşam isə 17:00-dan 20:00-a qədər işləməsini təmin etmək olar ki, sıxlıq azalsın.

    Çünki bu qədər avtobusdan gediş-gəliş problem yaradacaqdı. Xeyli insanlar da maskasız hərəkət etdiyinə görə təhlükə riski böyüyür. Buna görə, metronun açılması artıq vacibdir. Burada müəyyən mənada sosial məsafə gözlənilməli və metroya maskasız heç kim buraxılmamalıdır.

    Eyni vəziyyət elektrik qatarlarına da aiddir. Onların da reyslərinin çoxalması ilə barəbər maskadan istifadə məcburi olmalıdır.

    Hər yan açıla bilər, amma əsas olan budur ki, maskasız hərəkət edən hər bir şəxsin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulsun. Çünki artıq maskalarımız var, apteklərdə onu tapmaq mümkündür. İnsanlar belə bir vərdişə özlərini öyrəşdirməlidirlər”.

  • Ağstafada ana və 4 yaşlı qızı itkin düşdü

    Ağstafada ana və övladı itkin düşüb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ağstafa rayon Köçəsgər kənd sakinləri – 1995-ci il təvəllüdlü Qurbanova Aişə və övladı, 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedərək bir daha geri qayıtmayıb.

    A.Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara xal var. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub. Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub

    Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94 şəhər və (070) 213-64-00, (051) 611-79-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • 124 manata kirayədə yaşadığını deyən icra başçısının sərvəti (SİYAHI)

    Bu gün DTX tərəfindən saxlanılan İmişlinin icra başçısı Vilyam Hacıyevin sərvəti ilə bağlı siyahı yayılıb.

    Median.Az ölkə.az-a istinadla həmin siyahını təqdim edir:

    ▪️ Bakıda, Həsən Əliyev küçəsində villa

    ▪️ Bakı, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil

    ▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

    ▪️ Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa

    ▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil

    ▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil

    ▪️ Dubayda milyonluq biznesi

    ▪️ Qazaxıstanda tikinti biznesi

    ▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
    Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. V.Hacıyevin oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

    ▪️ 10-PP-369 dövlət nömrə nişanlı “Bentley”

    ▪️ Eyni nömrə nişanlı “Land Rover”

    ▪️ 90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class”

    ▪️ Həmçinin son model “Mercedes Gelandewagen”.

    Xatırladaq ki, bir müddət öncə İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirmişdi. Vilyam Hacıyev İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşadığını iddia etmişdi.

  • 8103-ə göndərilən məzmunsuz SMS-lərin sayı azalıb – VİDEO

    Evdən çıxmaq üçün icazənin alındığı 8103 qısa nömrəsinə göndərilən mesajların sayında azalma müşahidə olunur. Səbəb isə rayonlarda ləğv olunan məhdudiyyətlərin bəzən SMS-lə icazənin hələ də qüvvədə qaldığı şəhər və rayon sakinləri tərəfindən yanlış anlaşılmasıdır.

    Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Baku.Tv-yə bildirib ki, bu günə kimi “8103” qısa nömrəsinə 27 milyon 577 min SMS göndərilib:

    “Əvvəlki günlərdən fərqli olaraq, bunlardan cəmi 23 faizi məzmunsuz SMS-lərdir. Bu da onu göstərir ki, insanlar həmin sistemə alışıb. Eyni zamanda, bu günlərdə əməkdaşlar üçün alınan icazələrin sayı da artıb”.

    Bakıdakı mənzərəyə görə isə demək olar ki, vətəndaşların əksəriyyəti rayonlarda ləğv olunan məhdudiyyətlərin onlara da şamil olunduğunu düşünür.

  • В Билясуваре задержаны лица, оказавшие сопротивление полиции у здания ИВ

    Пресс-службы Генпрокуратуры и МВД распространили совместное заявление об инциденте, произошедшем 4 мая перед зданием Исполнительной власти (ИВ) Билясуварского района.

    “В 11:00 группа лиц собралась перед зданием ИВ района с целью получить социальную помощь, нарушив при этом правила особого карантинного режима.

    Дежурившие на территории сотрудники полиции провели с гражданами разъяснительную беседу, после чего люди ушли.

    Однако несколько человек продолжили нарушать общественный порядок, не подчинились законным требованиям сотрудников полиции, призвавших их к дисциплине, и оказали им сопротивление.

    В результате принятых мер были задержаны семь человек. В отношении двух из них прокуратурой района возбуждено уголовное дело по статьям 221 (хулиганство) и 315 (сопротивление или применение насилия в отношении представителя власти) УК АР.

    Против других лиц составлены административные протоколы по статье 510 (мелкое хулиганство) Кодекса об административных проступках АР.

    В настоящее время по данному факту проводится расследование”, – говорится в заявлении.

  • Azərbaycanda icra hakimiyyətinin qarşısında polisə müqavimət göstərənlər tutuldu – RƏSMİ

    May ayının 4-ü, saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşıblar.

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən verilən birgə məlumatda qeyd olunur ki, ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk ediblər.

    Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, müqavimət göstəriblər.

    Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin və asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınaraq yeddi nəfər saxlanılıb. Onlardan iki nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, digər beş nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilib.

    Hazırda istintaq araşdırmaları davam etdirilir.

  • Bakıda yaşlı qadına kömək üçün yaxınlaşdı, sonra quldurluq etdi – MƏHKƏMƏ

    Bakıda yaşlı qadına qarşı quldurluq edən Mirzə Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    İş üzrə toplanan materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

    İşə hakim Ramin Xəlilovun sədrliyi ilə baxılacaq.

    Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

    Qeyd edək ki, Mirzə Əliyev 13 sentyabr 2019-cu ildə Nəsimi rayonundakı marketlərdən birindən çıxan qadına əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın M.Əliyevə su gətirmək üçün mətbəxə keçib.

    Bu zaman M.Əliyev xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq, hadisə yerindən qaçıb. Sonuncu dəfə isə Mirzə Əliyev qadını bankomatdan pul çıxaran zaman görüb və təqib edərək, binanın girişində ona hücum edib.

    Mirzə Əliyev barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.1 (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) və 181.2.2 (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

  • Участникам Второй мировой войны выплачена единовременная помощь

    Во исполнение распоряжения Президента Азербайджана Ильхама Алиева от 24 апреля 2020 года в связи с 75-летием Победы во Второй мировой войне, Министерство труда и соцзащиты населения выплатило 256 участникам войны единовременную материальную помощь в размере 1 500 манатов.

    Как сообщили в министерстве, согласно распоряжению, вдовам погибших или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу в тот период, работникам специальных формирований, выполнявших поручения в интересах армии и флота в тылу сражавшихся фронтов или в оперативных зонах сражавшихся флотов, лицам, награжденным соответствующей медалью и нагрудным знаком за оборону Ленинграда в период Второй мировой войны, а также участникам блокады Ленинграда – всего 7 126 человек – оказана единовременная материальная помощь в размере 750 манатов.

    Деньги перечислены на пенсионные карты этих лиц.

    Таким образом, в целом 7 382 человека получили единовременную материальную помощь.

    Напомним, что суммы такой помощи в преддверии Дня Победы ежегодно увеличиваются. В этом году рост по сравнению с прошлогодним показателем составил 50%.

  • Bu şəxslərə birdəfəlik yardım ödənildi

    İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, digər müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli Sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin müharibənin iştirakçılarının – 256 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi artıq təmin olunub.

    Sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 7 126 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənişi həyata keçirilib.

    Birdəfəlik maddi yardım vəsaitləri həmin vətəndaşların pensiya üzrə plastik kart hesablarına köçürülüb.

    Sərəncamın icrası olaraq, ümumilikdə, 7 382 nəfər üçün birdəfəlik maddi yardımın ödənişi təmin olunub.

    Xatırladaq ki, İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Ötənilki ilə müqayisədə həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği bu il 50 faiz artırılıb.

  • Сотрудники Госналоговой службы задержаны за взятку

    В Азербайджане сотрудники Государственной налоговой службы задержаны при получении взятки.

    Об этом говорится в совместном заявлении Генпрокуратуры и Минэкономики.

    На основании поступившей информации о незаконных действиях лиц, представляющихся сотрудниками Министерства налогов, Государственной налоговой службой при Министерстве экономики и Главным управлением по борьбе с коррупцией при генпрокуроре были проведены неотложные оперативно-разыскные мероприятия.

    В ходе расследования было установлено, что сотрудники Главного управления по работе с малым предпринимательством города Баку при Госналоговой службе Азер Аллахвердиев и Джахид Тахиров посетили хлебный цех и потребовали с его владельца 6 000 манатов, а взамен обещали не проводить налоговые проверки в течение года.

    В результате следственно-оперативных мер оба должностных лица были задержаны 4 мая при получении части этой суммы в качестве взятки.

    По данному факту в Главном управлении по борьбе с коррупцией при генпрокуроре возбуждено уголовное дело по статье 311.3 (получение взятки) УК АР.

    А.Аллахвердиев и Дж.Тахиров задержаны в качестве подозреваемых.

    В настоящее время продолжаются следственно-оперативные мероприятия, необходимые для полного и всестороннего расследования всех обстоятельств уголовного дела.