Month: May 2020

  • İlham Əliyevin təşəbbüsü ilə baş tutan daha bir Zirvə görüşünün Bəyannaməsi – TAM MƏTN

    2020-ci ilin 4 may tarixində COVID-19 pandemiyasının misli görünməmiş təsirləri ilə mübarizədə qlobal səylərə səmərəli töhfə vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda COVID-19-a cavab olaraq Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn səviyyəli Zirvə görüşündə videokonfrans formatında görüşü keçirilib.

    Görüşdən sonra tədbir iştirakçıları olan dövlət və hökumət başçıları birgə bəyanat yayımlayıblar.

    1. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və QH-nin təsis sənədlərinin məqsədlərinə, prinsiplərinə və müddəalarına güclü sadiqliyimizi bir daha bildiririk.

    2. BMT Baş Assambleyasının “2019-cu ilin koronavirus xəstəliyinə mübarizədə qlobal həmrəylik” adlı A/RES/74/270 və “COVID-19-a qarşı dərman, peyvənd və tibbi avadanlıqlara qlobal əlçatanlığı təmin etmək üçün beynəlxalq əməkdaşlıq” adlı A/RES/74/274 nömrəli qətnamələrin qəbulunu alqışlayırıq.

    3. COVID-19 pandemiyasına mübarizədə BMT Baş katibinin planlarına və təşəbbüslərinə tam dəstək ifadə edirik.

    4. 2020-ci ilin 25 mart tarixli “COVID-19 pandemiyası” və 2020-ci ilin 9 aprel tarixli “Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və onun Baş direktoruna dəstək” adlı Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun kommunikelərini xatırladırıq.

    5. Bəşəriyyət üçün ciddi problem olan və birlik, həmrəylik və yenilənmiş çoxtərəfli əməkdaşlığa əsaslanmaqla qlobal reaksiya tələb edən COVID-19-un sürətlə yayılmasından ciddi narahatlıq ifadə edirik.

    6. Pandemiyanın misli görünməmiş təsirlərini, o cümlədən cəmiyyətlərə və iqtisadiyyatlara, eləcə də qlobal səyahətə və ticarətə ciddi zərər verdiyini və insanların yaşayışına dağıdıcı təsirini tanıyırıq.

    7. Həmçinin, pandemiya nəticəsində ən yoxsul və ən kövrək təbəqələrin ağır şəkildə zərər çəkdiklərini və böhranın təsirinin çətinliklə əldə edilmiş inkişaf nailiyyətlərinin üstündən xətt çəkəcəyini və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olacağını qəbul edirik.

    8. Mərkəzində Birləşmiş Millətlər Təşkilatı olmaqla multilateralizmə dəstəyimizi bir daha ifadə edir, BMT-nin Nizamnaməsindən və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən qaynaqlanan beynəlxalq əməkdaşlıq və multilateralizm dəyərlərinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin BMT-nin 3 sütununun – sülh və təhlükəsizlik, inkişaf və insan hüquqlarının təşviqi və dəstəklənməsində fundamental olduğunu qəbul edirik.

    9. Dövrümüzün ən böyük humanitar böhranı və fövqəladə səhiyyə vəziyyəti olan COVID-19 pandemiyası səbəbindən getdikcə artan problemlərə beynəlxalq ictimaiyyətin səmərəli cavabını təmin etmək məqsədilə məsləhət, təlim, avadanlıq və insan həyatını xilas edən xidmətlər də daxil olmaqla ön xəttdə hazırda oynadığı kritik rol və rəhbərliyi tanıyaraq ÜST və onun rəhbərliyinə tam dəstəyimizi ifadə edirik.

    10. Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərini milli, regional və beynəlxalq səviyyələrdə bu bəlaya qarşı mübarizə aparmaq istiqamətində əməkdaşlıqlarını möhkəmləndirməyə çağırırıq.

    11. Xüsusi vurğulayırıq ki, bu tip qlobal fövqəladə vəziyyət qarşısında həmrəylik ruhu səylərimizin mərkəzində olmalıdır və dərman vasitələri, tibbi avadanlıq və materiallar, yemək, təcrübə mübadiləsinə ehtiyacı olan insanların təmin edilməsi istiqamətində həmrəyliyin və başqalarının ehtiyacına laqeyd qalmamaqla əməkdaşlığın üstün gəldiyi yerdə yüksək səviyyəli etik və humanist yanaşma tələb olunur.

    12. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq Hərəkata üzv dövlətlərə qarşı tətbiq olunan birtərəfli məcburiyyət tədbirlərinin elan olunması və tətbiq edilməsinə kəskin şəkildə pisləyir, beynəlxalq hüquqa uyğun olaraq belə tədbirlərdən zərər çəkən dövlətlərə dəstəyimizi ifadə edir və beynəlxalq ictimaiyyəti COVID-19 pandemiyasına milli cavabların səmərəliliyini təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və ya beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edən belə tədbirlərin istifadəsinin ləğv edilməsi istiqamətində təcili və səmərəli tədbirlərin qəbul edilməsinə çağırırıq.

    13. Məlumat, elmi bilik və ən yaxşı təcrübə mübadiləsi ilə və ÜST tərəfindən tövsiyə olunan müvafiq qaydaları tətbiq etməklə, pandemiyanın nəzarətdə saxlanması, azaldılması və məğlub edilməsi üçün intensivləşdirilmiş beynəlxalq əməkdaşlığa çağırıq.

    14. Üzv dövlətlərin iqtisadiyyatlarına pandemiyanın mənfi təsirlərinin qarşısını almaq üçün birgə səylərin göstərilməsinin vacibliyini vurğulayırıq.

    15. COVID-19 nəticəsində yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verir və hazırda COVID-19 ilə mübarizə aparan və müalicə olunan bütün insanlarla həmrəy olduğumuzu bildiririk.

    16. Tibbi personalın və səhiyyə işçilərinin bu humanitar fövqəladə vəziyyətdə böyük töhfələrinə və fədakarlıqlarına görə minnətdarlığımızı bildiririk.

    17. Sədrlik tərəfindən mümkün dəstək və köməklik üçün bütün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara, beynəlxalq maliyyə institutlarına,sosial məsuliyyət layihələri həyata keçirən transmilli özəl təsisatlara və başqalarına təqdim olunacaq QH üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələbatlarını ehtiva edən məlumat bazasının işlənməsi məqsədilə Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılmasını qərara aldıq.

    18. Bu vaxtında və dəyərli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

  • Pensiya və maaşlar artacaq?

    Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimi mayın 31-nə qədər uzadılıb. Bəs, karantin rejimi bitdikdən sonra Azərbaycanda pensiya və əməkhaqqı artırılacaqmı?

    Median.Az xəbər verir ki, bu barədə danışan deputat Aydın Hüseynov bildirib ki, ölkədə aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır: “Dövlət büdcəmizin 40 faizə qədəri sosial təyinatlı xərclərdir. 2019-cu ildə əməkhaqqı, əmək haqqına tutulan xərclər, təqaüdlər və pensiyalar önəmli şəkildə artırıldı. Biz 4.2 milyon insanı əhatə edən böyük sosial zərfin şahidi olduq. Xatırlayırsınız ki, cənab prezident bildirmişdi ki, bu kimi əməkhaqqların və pensiyaların artımı növbəti illərdə də davam edecək. Mən hesab edirəm ki, növbəti mərhələlərdə əməkhaqqının və pensiyaların artımı həyata keçiriləcək. Təbii ki, bu sistemli xarakter daşıyır.

    Baxmayaraq ki, dünyada iqtisadi gərginlik baş verir. Ölkə başçısı bildirib ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq Azərbaycanda sosial layihələr ixtisar olunmayacaq. Sosial tədbirlər proqnozlaşdırılmış formada öz həllini tapacaq. Bəli, növbəti mərhələlərdə orta əməkhaqqının və pensiyaların artırılmasını gözləyirik”. /sonxəbər.az

  • Во Франции число жертв коронавируса превысило 25 тысяч

    Число умерших от коронавируса во Франции превысило 25 тысяч, за сутки скончались 306 человек/

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает министерство здравоохранения.

    В воскресенье сообщалось о 24895 скончавшихся.

    “С 1 марта мы оплакиваем 25201 смерть, связанную с COVID-19”, – говорится в коммюнике.
    Отмечается, что 15826 человек умерли в больницах, а 9375 – в домах престарелых.

    В больницах остаются 25,5 тысячи человек, за последние 24 часа были госпитализированы 689 новых пациентов. В реанимации находятся 3696 человек, заразившихся коронавирусом. За сутки в реанимацию поступили 84 человека. Вместе с тем общее число пациентов в реанимации продолжает снижаться.
    Всего за время эпидемии были госпитализированы более 93,3 тысячи человек. Свыше 51 тысячи человек выздоровели и были выписаны из больниц, не считая тех, кто вылечился в домашних условиях, говорится в коммюнике.

  • Ramazanın 11-ci günü: dua, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının 11-ci günüdür.

    Median.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 5-də Bakıda imsak saat 03:53, iftar isə saat 19:55-dədır.

    Ramazan ayının 11-ci gününün duası:

    “Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin”.

    Tərcüməsi:

    “İlahi, bu ayda məni Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!”

    Allah orucunuzu qəbul etsin!

  • Avtobuslarda “sosial məsafə”nin pozulmaması üçün nə edilməlidir?

    “Sürücünün əsas vəzifəsi yol hərəkəti qaydalarına və təhlükəsizliyinə diqqət etməkdir. Onun avtobusu saxlayaraq sərnişinə sosial məsafəni qorumaq barədə məlumatlar verməsi və ya qapını bağlayıb vətəndaşları içəri buraxmaması xoşa gəlməyən, mənfi hallar yaradır”.

    Median.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

    “Təklif edirəm ki, vətəndaşların bir-birinə qarşı olan sosial məsuliyyətini qabardaraq avtobuslarda sosial məsafənin pozulmasının qarşısını alaq. Biz hər avtobusa bir polis əməkdaşı qoya bilmərik. Onsuz da, hökumətin bütün strukturları bütün gücü ilə işləyirlər. Məncə, burada vətəndaş-sərnişin məsuliyyətini dərk edib o istiqamətdə hərəkət etməliyik”, – o qeyd edib.//qaynarinfo.az

  • Tural Gəncəliyev: “Ermənistan və əlaltıları çox şey danışa bilərlər”

    “Son günlər işğalçı Ermənistanın siyasi dairələrində aktiv şəkildə müzakirə edilən mövzu Qorçakov Fondunun təşkil etdiyi onlayn müzakirələr zamanı Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair cari vəziyyət barəsindəki açıqlamasıdır. Bununla bağlı, Ermənistan rəhbərliyi və Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki qanunsuz rejimin “nümayəndələri” tərəfindən ard-arda heç bir əsası olmayan açıqlamalar səsləndirilir”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

    “Mən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hüquqi əsaslarla seçilən nümayəndəsi olaraq bildirirəm ki, belə fikirlər tam əhəmiyyətsizdir və işğal faktını ört-basdır etmək məqsədlərinə xidmət edir. Qeyd etmək istəyirəm ki, münaqişə istənilən halda Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsinə uyğun şəkildə nizamlanacaq. Həmin maddədə isə aydın şəkildə bildirilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir”, – o qeyd edib.

    Deputat deyib ki, Ermənistan və onun işğal olunmuş Azərbaycan ərazilərindəki əlaltıları çox şey danışa bilərlər, amma beynəlxalq ictimaiyyətin rəyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində müstəsna əhəmiyyət kəsb etməkdədir və dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə qarşı ədalətli və sərt mövqe tutub: “Bu mövqe istər BMT Təhlükəsizlik Şurasının qətnamələrində, istər çox saylı beynəlxalq təşkilatların qərarlarında, istərsə də, çox qısa müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təşkil etdiyi qondarma “seçkilərə” dünya ictimaiyyətinin kəskin reaksiyasında bir daha öz təsdiqini tapıb. Ermənistan Azərbaycan ərazilərinin işğalı səbəbindən beynəlxalq arenada tək qalmaqdadır.

    Müdrik Azərbaycan xalqının atalar sözünü xatırlatmaq istərdim: Suda boğulan saman çöpündən yapışar! Görünür ki, Ermənistan rəhbərliyi və onun işğal olunmuş ərazilərdəki əlaltıları bu tipli əsassız bəyanatlarla daxili auditoriyanı sakitləşdirməyə çalışırlar. Amma, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçünlərin öz torpaqlarına geri qaytarılması münaqişənin istənilən həlli variantının əsas bəndlərindən olacaq”.

    “Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün “təhlükəsizlik təminatçısı” deyil və ola da bilməz. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması bu həqiqəti çox yaxşı anlayır və əgər regionda sülhə nail olmaqda maraqlıdırsa, o zaman ən qısa vaxtda bizimlə birlikdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

    Bu günə qədər Azərbaycanın bütün hərbi və siyasi imkanlarına rəğmən, münaqişəni sülh yolu ilə həll etməyə istiqamətlənmiş səyləri məhz Azərbaycan Respublikasının insan həyatına verdiyi dəyərin göstəricisidir. Azərbaycanın sülhpərvər davranışları həm də ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən sülhyaratma missiyasına olan hörmətin bir göstəricisidir.

    Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz əminik ki, tezliklə münaqişə həll olunacaq və bizim pozulmuş hüquqlarımız tam bərpa ediləcək. Dağlıq Qarabağ bölgəmizin erməni icması ilə birgə, Azərbaycan Respublikasının vətəndaşı olmağın qazandırdığı müstəsna üstünlüklərdən yararlanaraq sülh şəraitində yaşayacağıq”, – T.Gəncəliyev vurğulayıb.

  • Ərdoğan: “65 yaşdan yuxarı, 20 yaşdan aşağı olan vətəndaşlarımız məhdud saatlarda küçəyə çıxacaq”

    “65 yaşdan yuxarı, 20 yaşdan aşağı olan vətəndaşlarımız məhdud saatlarda küçəyə çıxa biləcək”.

    APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra belə bildirib.

    R.T.Ərdoğan deyib ki, saat 11:00 və 15:00 arası yaşı 65-dən yuxarı olan Türkiyə vətəndaşlarına həftədə bir dəfə 4 saat məhdudiyyətlə və sosial məsafəni qorumaqla küçəyə çıxmalarına icazə veriləcək: “Yaşı 65-dən yuxarı olan vətəndaşlarımız 10 mayda – bazar günündə yalnız yaxın məsafələrdə piyada gəzintiyə çıxa biləcək”.

    Türkiyə Prezidenti 20 yaşa qədər olanlar üçün isə küçəyə çıxmanın iki qrupa ayrılmaqla tətbiq olunacağını bildirib: “0-14 yaş qrupuna daxil olan övladlarımız 13 mayda yenə 11:00 və 15:00 saatları arasında, 15-20 yaş qrupuna daxil olan gənclərimizin isə 15 mayda eyni şərtlər daxilində piyada gəzintiyə çıxmalarına izn var”.

    Prezident may ayı üçün “normallaşma planı”na daxil olan bu tədbirlərin növbəti həftələrdə də eyni gündə eyni saatlarda tətbiq olunacağını vurğulayıb.

    R.T.Ərdoğan bu həftəsonu da küçəyə çıxma qadağasının məhdudiyyətlə qüvvədə qalacağını deyib.

  • В Турции за сутки 64 человека умерли от коронавируса

    Число выявленных случаев коронавируса в Турции возросло за сутки на 1614 – это минимальное значение за месяц, общее число заразившихся превысило 127 тысяч.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил министр здравоохранения страны Фахреттин Коджа.

    “Сегодня выявлено 1614 новых случаев, всего заразившихся – 127 559. Мы потеряли сегодня 64 пациента, всего умерших – 3461. Вылечились сегодня 5015 пациентов, всего – 68 166”, – написал Коджа в Twitter.

  • Alimlər pandemiyanın nə vaxt başa çatacağı sualı üzərində baş sındırırlar – Riyazi model

    Koronavirus pandemiyası bütün bəşəriyyətin olmasa da, onun ən fəal hissəsinin, müəyyən mənada, ağlını başından alıb. Bu sözlər ilk növbədə siyasətçilərə, işgüzar dairələrin nümayəndələrinə, xidmət sahələrinin işçilərinə aiddir. Alimlər və tibb işçiləri də öz yerində. Ona görə heç təəccüblü deyil ki, indi alimlər, görücülər, az qala hər kəs bu pandemiyanın nə vaxt başa çatacağı sualı üzərində baş sındırırlar.

    Bu mövzu ilə maraqlananlar bilirlər, riyazi modelləşdirmə də ciddi məsələdir. Almaniyada buna çox diqqətlə yanaşırlar. İndi alman alimləri də bu məsələdən yan keçməyiblər.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyanın 3 elmi müəssisəsi – Haydelberq Universiteti, Essen Perspektivli Araşdırmalar İnstitutu və Yulix Tədqiqat Mərkəzi pandemiyanın başa çatacağı təxmini müddətləri modelləşdirməyə başlayıblar. Bu da təsadüfi deyil, çünki Avropa İttifaqında ən qabaqcıl kompüter mərkəzləri məhz burada yerləşir.

    Alimlər öz araşdırmasının ilk nəticələrini təqdim ediblər, lakin pandemiyanın başa çatacağı konkret tarix göstərilmir. Səbəb də budur ki, tədqiqat çərçivəsində karantin məhdudiyyətlərinin və onların tədricən götürülməsinin müxtəlif variantları təhlil edilir.

    Alimlər milyonlarla (bəlkə də milyardlarla) insanı narahat edən sirrin pərdəsini bir az qaldırıblar. Riyazi modellər qurulmasının aralıq nəticələrini qiymətləndirmək istəsək məlum olur ki, araşdırılan ssenarilərin heç biri koronavirus böhranının tezliklə aradan qalxacağına ümid vermir.

    Məsələn, birinci modelə görə əgər yoluxmuşların daha ciddi testləşdirilməsi və təcrid edilməsi şərti ilə mayın əvvəlindən məktəblər və universitetlər, mağaza və restoranların əksəriyyəti açılsa, iyundan etibarən ofislərdə, idman cəmiyyətlərində və digər birliklərdə iş bərpa olunsa, ölkədə yoluxanların sayı 2020-ci il noyabrın sonunda pik həddinə çatmalıdır.

    İkinci modelin mahiyyəti bütün məhdudiyyətlərin tədricən aradan qaldırılmasından ibarətdir. Bu halda pik nöqtəsi avqustun sonunda və ya sentyabrın sonunda gözlənilir.

    Bu modellərin fərqi təkcə pandemiyanın başa çatması müddəti ilə deyil, həm də yoluxanların sayı ilə bağlıdır. Alimlərin fikrincə, birinci halda belələrinin sayı 1,3 milyon, ikinci halda isə 6,3-7,2 milyon olacaq.

    Riyaziyyatçıların təklif etdiyi iki radikal model belədir. Əgər ümumiyyətlə, heç bir məhdudiyyət tətbiq edilməsə, epidemiya dövründə 32 milyon alman koronavirusa yoluxardı. Daha sərt tədbirlər görüləcəyi təqdirdə isə yoluxanların sayı 361 min olardı.

    Hökumət bu modellərin hansını seçəcək – bu məsələ hələ açıq qalır.

  • 190 manat ala bilməyənlərə ŞAD XƏBƏR

    190 manat birdəfəlik ödəmə ilə bağlı əsassız şəkildə rədd cavabı alan vətəndaşlar yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

    Median.Az Day.Az-a istinadən xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov “ATV Qərargah” proqramında açıqlayıb.

    Məsələ ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab verən deputat bildirib ki, bunun üçün nazirliyin elektron poçtuna və ya məktub vasitəsilə şikayət ərizəsi göndərilə bilər: “Məsələn, şikayətlər eşidirik ki, bir vətəndaşın adına avtomobil yoxdur və heç vaxt olmayıb. Lakin ona 190 manat sosial müavinət təyin edilməyib. Ola bilsin ki, bu, texniki problem ucbatından baş verib. Bu halda, həmin vətəndaş nazirliyə yenidən müraciət etməlidir. Baxmayaraq ki, artıq birdəfəlik ödənişlərin təyin edilməsi üçün qeydiyyat tarixi bitib, əsassız rədd cavabı alanlar yenidən müraciət edə bilərlər”, – V.Bayramov bildirib.