Month: May 2020

  • В Шамкире произошел вооруженный инцидент – ОБНОВЛЕНО

    Стали известны подробности вооруженного инцидента в Шамкире.

    Как передает местное бюро АПА, между жителем села Мурадовым Фамилем Рамиз оглу 1983 г.р. и его односельчанином Мурадовым Асифом Шамиль оглу 1986 г.р. произошел конфликт.

    В ходе перепалки Ф.Мурадов ранил из ружья своего оппонента в область бедра.

    Пострадавший госпитализирован в тяжелом состоянии.

    По сообщению, мужчины конфликтовали длительное время.

    ***

    В Шамкире произошел вооруженный инцидент.

    Как передает местное бюро АПА, инцидент произошел в селе Гараню.

    По сообщению, есть пострадавший с огнестрельным ранением.

    На место происшествия прибыли полицейские и врачи «скорой помощи».

    Выясняются обстоятельства.

  • Şəmkirdə silahlı insident olub, xəsarət alan var – YENİLƏNİB

    Şəmkirdə baş vermiş silahlı insdentin təfərrüatları məlum olub.

    APA-nın yerli bürosunun məlumatına görə, kənd sakini, 1983-cü il təvəllüdlü Muradov Famil Ramiz oğlu ilə onun həmkəndlisi – 1986-cı il təvəllüdlü Muradov Asif Şamil oğlu ilə arasında mübahisə yaranıb.

    Bu zaman F.Muradov sonuncuya bud nahiyəsindən odlu silahla atəş açıb. A.Muradov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.

    Məlumata görə, hər iki şəxsin əvvələr bir-biri ilə ədavəti olub.

    ***

    Şəmkirdə silahlı insdent baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə Qaranü kəndində qeydə alınb.

    Sözügedən kənddə güllələnmə nəticəsində xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə hüquq mühafizə orqanları və təcili tibbi yardım birqadası cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Sevgilisinə görə karantini pozan futbolçu İspaniyaya qayıtdı

    “Selta” klubunun futbolçusu Fyodor Smolov İspaniyaya qayıdıb.

    “Report”un məlumatına görə, bu barədə rusiyalı hücumçunun nümayəndəsi German Tkaçyenko yerli mətbuata açıqlamasında deyib.

    Menecerin sözlərinə görə, 30 yaşlı forvard bu gün Viqoya uçub.

    Qeyd edək ki, Fyodor Smolov aprelin 6-da sevgilsinin ad günündə iştirak etmək üçün karantin rejimini pozaraq İspaniyanı tərk etmiş və Rusiyaya qayıtmışdı.

  • В Италии число жертв пандемии превысило 29 тыс. человек

    За последние сутки в Италии жертвами коронавируса стали еще 195 человек.

    Как сообщает Report, информацию распространила Служба гражданской обороны страны.

    Этим число жертв пандемии в стране достигло 29 079 человек.

    По информации, в Италии диагноз COVID-19 поставлен еще 1 121 пациенту. Таким образом, число носителей инфекции составило 211 938 человек.

    Кроме того, до сих пор выздоровели и были выписаны домой 82 879 пациентов.

  • İtaliyada pandemiya qurbanlarının sayı 29 mini ötdü

    İtaliyada son bir gün ərzində daha 195 nəfər koronavirusdan ölüb.

    “Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

    Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 079 nəfərə çatıb.

    Məlumata görə, İtaliyada daha 1 121 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 211 938-ə yüksəlib.

    Bundan başqa, ölkədə indiyədək 82 879 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

  • Türkiyədə koronavirusa görə məhdudiyyətlər qismən aradan qaldırılır

    Türkiyə hökuməti koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara tətbiq etdiyi yasağı yumşaldır.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə məlumat verib.

    Dövlət başçısı bildirib ki, 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara mayın 13-də 4 saat müddətinə evdən çıxmağa icazə veriləcək: “Bu yumşaldılma saat 11:00-dan 15:00-dək qüvvədə olacaq. Eyni zamanda həftəsonu yenidən komendant saatı tətbiq ediləcək”.

  • Dünyada 3,6 milyondan çox insan koronavirusa yoluxub

    Dünyada koronavirus daşıyıcılarının sayı 3 603 521 nəfərə çatıb.

    “Report” xəbər verir ki, dünyada ən çox yoluxma hadisəsi ABŞ (1 194 434), İspaniya (248 301), İtaliya (211 938), Böyük Britaniya (190 584) və Fransada (168 693) qeydə alınıb.

    Qeyd edək ki, infeksiya indiyədək 212 ölkə və regionda qeydə alınıb.

    Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

    Dünyada koronavirus infeksiyasından indiyədək ölənlərin sayı 250 min nəfərdən çoxdur. Sağalanların sayı isə 1,2 milyon nəfərə yaxınlaşıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Число жертв коронавируса в мире превысило 250 тыс. человек

    Число жертв коронавируса в мире достигло 250 047 человек.

    Как сообщает Median.Az, наибольшее число летальных исходов от COVID-19 в мире отмечено в США (69 008), Италии (29 079), Великобритании (28 650), Испании (25 428), Франции (24 895 человек).

    Число зарегистрированных случаев заражения в мире приближается к 3,6 млн.

    Напомним, что первый случай заражения коронавирусом был отмечен в декабре прошлого года в китайском городе Ухань. На данный момент вирус отмечен в 212 странах и регионах.

    11 февраля Всемирная организация здравоохранения (ВОЗ) назвала инфекцию COVID-19, 11 марта – объявила коронавирус пандемией.

  • Dünyada pandemiya qurbanlarının sayı 250 mini ötdü

    Dünyada koronavirus qurbanlarının sayı 250 047 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, dünyada koronavirusdan ən çox ölüm hadisəsi ABŞ (69 008), İtaliya (29 079), Böyük Britaniya (28 650), İspaniya (25 428) və Fransada (24 895) qeydə alınıb.

    Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3,6 milyona yaxınlaşıb.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Salyanda faciə – Bir ailənin 2 azyaşlı övladı eyni vaxtda boğulub

    Salyanda 2 azyaşlı qardaş su arxında boğulub.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə Salyan rayonunun Peyk kəndi ərazisində qeydə alınıb. Valideyin nəzarətindən yayınan 2016-cı il təvəllüdlü Nahid Rahin oğlu İsmayılov və qardaşı 2017-ci il təvəllüdlü Nail Rahin oğlu İsmayılov evlərinin yaxınlığından keçən su arxına düşərək boğulublar.

    Faktla bağlı araşdırma aparılır.