Month: May 2020

  • Anar Ələkbərov başçının müflis etdiyi ailəyə zəng vurdu – İş Prezidentin diqqətində – VİDEO

    Torpaqları həbs olunan icra başçısı tərəfindən mənimsənilən ailənin “Bakupost” saytında yayımlanan müraciətini ölkə başçısı nəzarətə götürüb.

    Müraciətdə bildirilirdi ki, ailəyə məxsus olan torpaqlar sabiq icra başçısı tərəfindən qanunsuz olaraq zəbt olunub. Onlar Prezidentdən həmin torpaqların geri qaytarılmasına kömək etməsini xahiş edirdilər.

    Müraciət yayılandan sonra Prezidentin köməkçisi Anar Ələkbərov həmin ailəylə əlaqə saxlayıb. Bu barədə “Bakupost”a ailə başçısı Vaqif Abışov məlumat verib: “Əvvəlcə Heydər Əliyev Fondundan zəng vurub yerin sənədləri ilə maraqlandılar. Sonra isə cənab Prezidentimizin köməkçisi Anar Ələkbərov zəng etdi. O, özü də şəxsən məsələ ilə bağlı maraqlandı, çox səmimi şəkildə dərdimizi dinlədi. Bildirdi ki, əgər bizim dediyimiz kimi olsa, torpaqlar geri qaytarılacaq.

    İnanın dünəndən sevincimizin həddi-hüdudu yoxdur. Bu diqqət bizə ikinci həyat bəxş etdi. Allah cənab Prezidentin, Mehriban xanımın canını sağ etsin”.

    Dünən axşan Prezident İlham Əliyev də yeni Baş prokuroru videoformatda qəbulu zamanı bu məsələyə toxunub: “Artıq dünən mənə məlumat verildi ki, Biləsuvar rayonunun həbs edilmiş icra başçısı bir neçə insanın torpaq sahəsini əllərindən alıb. Bu vətəndaşlar mənə açıq şəkildə müraciət etmişlər və dərhal göstəriş verildi ki, bu məsələ araşdırılsın. Əgər bu siqnal özünü təsdiqləsə, bu torpaqlar həmin vətəndaşlara qaytarılmalıdır. Ona görə prokurorluq orqanları bu işlərdə fəal olmalıdırlar”.

  • Karantin dövründə çörək satışı artdı

    Rusiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan özünütəcrid günlərində çörək məhsuluna olan tələbat 36 faiz artıb.

    “RİA Novosti” xəbər verir ki, bu, “Russki Standart” bankının apardığı araşdırma nəticəsində məlum olub.

    Mütəxəssislər mobil bank qəbzləri vasitəsilə vətəndaşların hansı ərzaq və sənaye mallarının alınmasına daha çox üstünlük verdiyini araşdırıblar.

    Nəticədə, məlum olub ki, qida kateqoriyasına aid məhsullar arasında çörəyə tələbat birinci sıradadır. İkinci sırada süddür, üçüncü ən çox ehtiyac duyulan məhsul isə yumurtadır.

    Qeyri-qida məhsulları arasında isə ən çox tələbat kosmetik kremlərə olub. Sıralamada növbəti yerləri sabun və diş pastaları tutur.

  • В Загатале задержаны нарушители карантинного режима – ФОТО

    Сотрудники Загатальского районного управления полиции задержали нарушителей карантинного режима.

    Как говорится в сообщении пресс-службы Министерства внутренних дел, на посту, расположенном на границе Загатальского и Гахского районов был остановлен грузовой автомобиль Mercedes.

    В ходе проверки было установлено, что у пассажира – уроженца Тертерского района Паши Мамедова не было разрешения на передвижение в условиях карантина, тогда как у водителя – жителя Агдамского района Агиля Хатамова оно имелось.

    П.Мамедов был высажен из грузовика. Однако мужчина скрылся в лесу, после чего снова попытался сесть в тот же автомобиль через некоторое время после проезда поста. Благодаря бдительности стражей правопорядка эта попытка была пресечена. Водитель и пассажир грузовика задержаны.

    В отношении них приняты меры в соответствии со статьей 211 (нарушение противоэпидемического, санитарно-гигиенического и карантинного режима) Кодекса об административных проступках.

  • Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu – FOTO

    Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müəyyən edilən müddətə qədər karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Zaqatala və Qax rayonları arasında yaradılan postda “Mercedes” markalı yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, maşında olan Tərtər rayon sakini Paşa Məmmədovun hər hansı icazəsinin olmadığı müəyyən olunub.

    Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq asayiş keşikçilərinin çevikliyi nəticəsində o və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

    Karantin rejimi qaydalarını pozduqları üçün onların barəsində qanunauyğun tədbirlər görülüb.

  • Rəhim Rəhimli səhhətindən danışdı: “Ayağımda damar tıxanmaları var” – VİDEO

    Efirdən yan qaçan, “MTV Azərbaycan” telekanalının keçmiş rəhbəri, bəstəkar-müğənni Rəhim Rəhimli “Space” radiosunun “Yanar saat” adlı şousunda qonaq olarkən səhhətində yaranmış problemlərdən söz açıb.

    Oxu.Az xəbər verir ki, sənətçi ayağında olan ağrılardan əziyyət çəkdiyini dilə gətirib:

    “Üç il öncə ağır qəza keçirmişəm. Qəzadan sonra əməliyyat olundum. Damarda tıxanmalar var. Ayağıma “mil” qoyublar. Hələ də ağrılarım var və bu, mənə əziyyət verir”.

    Qeyd edək ki, R.Rəhimli üç il öncə keçirdiyi ağır qəzadan sonra Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub. O, aylarla əsanın köməyi ilə gəzib.

  • Как получить разрешение на посещение парикмахерских и салонов красоты в Азербайджане?

    Государственное агентство по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджана прокомментировало вопрос получения разрешения на посещение парикмахерских и салонов красоты.

    Как заявил Oxu.Az руководитель отдела по связям с общественностью госагентства Эльнур Нифталиев, для этого нужно отправить код “2” на короткий номер 8103.

    “Гражданин может покинуть свой дом только после получения ответного SMS, подтверждающего разрешение. В настоящее время пропуск выдается на три часа”, – сказал он.

    Напомним, согласно решению оперативного штаба при Кабинете министров от 1 мая, с 00:00 4 мая возобновляется работа парикмахерских, салонов красоты и косметических салонов.

  • Gözəllik salonları və bərbərxanalara getmək üçün belə icazə alınmalıdır – AÇIQLAMA

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşların gözəllik salonuna və bərbərxanalara gedən zaman icazə alması ilə bağlı məsələyə münasibət bildirib.

    Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Niftəliyev Oxu.Az-a bildirib ki, vətəndaşlar bütün sahələr üzrə – bərbərxanalar, gözəllik salonları, kosmetik xidmətlər və ticarət obyektlərinə getmək üçün “2” kodunu yazıb, 8103 nömrəsinə SMS göndərməklə icazə ala bilərlər:

    “Yalnız SMS-ə cavab gəldikdən sonra vətəndaş yaşayış yerini tərk edə bilər. Hazırda icazə müddəti üç saatdır”.

    Qeyd edək ki, dünən ölkədə xüsusi karantin rejimi yenidən yumşaldılıb.

  • Обнародована сумма средств в Фонде помощи ВС Азербайджана

    Обнародованы средства в Фонде помощи ВС Азербайджана.

    На 2 мая в фонде собраны средства в размере 110 073 896,49 маната, 213 577,88 доллара, 17 566 евро и 5 000 рублей.

    Как передает Oxu.Az, об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    Фонд помощи ВС создан Указом Президента Азербайджана 17 августа 2002 года.

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Mayın 2-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna bu günə qədər 110.073.896,49 AZN, 213.577,88 ABŞ dolları, 17.566,0 avro və 5000,0 rubl vəsait daxil olub.

  • Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var…”

    “Koronavirusa qarşı düzgün mübarizənin bir yolu var, o da bu xəstəlikdən sağalan şəxslərdən alınan plazmaların xəstələrə köçürülməsidir. Başqa effektiv müalicə üsulu yoxdur”.

    Bu sözləri Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə çərçivəsində aparılan tədbirlərə münasibət bildirərkən deyib:

    “Ölkə ərazisində dövlət səviyyəsində qabaqlayıcı tədbirlər görüldü. Məktəblərin, universitetlərin vaxtında bağlanması düzgün verilmiş qərar idi. Lakin COVID-19 koronavirus xəstəliklərinin yeddinci növüdür. Bundan əvvəl həmin xəstəliyin altı növü olub. Yeni koronavirus isə amerikalı alim tərəfindən hazırlanıb və digər viruslardan çox fərqlənir. Bildiyimiz virus bir genə sahib olan aminturşulardan ibarət olur. Zəruri müalicə ilə ona asanlıqla qalib gəlmək olar.

    Lakin COVID-19 müxtəlif virusların toplusundan hazırlanan və 40 geni olan infeksiyadır. Təsəvvür edin, insanın 46 xromosomu var və 40 genə sahib virusla qarşı-qarşıyadır. Bununla mübarizə aparmaq çox çətindir. Mübarizə aparmağın bir effektiv üsulu var. Koronavirusa yoluxan şəxslərin orqanizmində COVID-19 virusunun ifraz etdiyi toksinə qarşı antitoksin yaranır. Türkiyədə artıq bu üsul tətbiq edilir. Düzgün qərardır. COVID-19-dan sağalan şəxslərdən qan nümunələri götürülür və serumu (qanın plazma kütləsi) xəstə şəxslərə köçürürlər. Bu, həmin xəstələrin orqanizmində də virusa qarşı immunitet yaradır və qısa zamanda sağalmalarına kömək edir. Tək yol budur. Başqa effektiv yol yoxdur”.

    R.Mahmudov onu da əlavə edib ki, insanların bu xəstəliyi oyun zənn etməsi yoluxma hallarının artmasına səbəb olur:

    “Bəzi vətəndaşlar heç bir əsas gətirmədən bunun oyun olduğunu deyirlər. Təəssüf edirəm ki, öz sağlamlıqları ilə yanaşı, digər şəxslərin də həyatlarını riskə atırlar. Kimya elmi, hər şeyin elmi izahı var. Bütün soydaşlarımıza səslənirəm, xəstəlik olsa da, olmasa da, gigiyena qaydalarına riayət edin. Koronavirus infeksiyası da sizə oyun kimi görünməsin. Cəmiyyəti qorumaq lazımdır”.