Month: May 2020

  • 106 yaşlı fransız COVID-19-dan sağaldı

    106 yaşlı Elen Lefevr adlı Fransa vətəndaşı koronavirusdan sağalıb.

    Xəbəri “Parisien” nəşri yayıb.

    Qocalar evində yaşayan 106 yaşlı qadının koronavirus testinin nəticələri aprelin 15-də müsbət çıxıb.

    Qadın zəiflikdən və yüksək temperaturdan əziyyət çəksə də, həkimlər onu xəstəxanaya yerləşdirməyi lazım bilməyiblər. O, sağalana qədər öz otağında təcrid edilmiş vəziyyətdə qalıb.

    Xəstəliyə qalib gələn Elen Lefevr hazırda özünü yaxşı hiss etdiyini bildirib.

    Son rəqəmlərə əsasən, Fransada 167 346 şəxsin koronavirus testi müsbət çıxıb. 24 594 şəxs virusun qurbanı olub. 50 mindən çox insan isə xəstəlikdən sağalıb.

  • Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı

    Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq Fonda üzv olan “Atabank” ASC və “Amrahbank” ASC dünən “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

    Bu barədə fond məlumat yayıb.

    Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, iştirakçı bankların 1 may 2020-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

    Sıra sayı Reyestr nömrəsi Reyestrə daxil olma tarixi Bankın adı
    1 1 30/07/07 ASC “Xalq” Bankı
    2 3 30/07/07 “Azərbaycan Beynəlxalq Bankı”ASC
    3 4 30/07/07 “ACCESSBANK” QSC
    4 6 30/07/07 Bank Melli İran Bakı filialı
    5 7 30/07/07 “Azər Türk Bank” ASC
    6 9 30/07/07 “Bank of Baku” ASC
    7 10 30/07/07 “Bank Respublika” ASC
    8 11 30/07/07 “Kapital Bank” ASC
    9 13 30/07/07 “AGBank” ASC
    10 14 30/07/07 “Muğanbank” ASC
    11 15 30/07/07 “Yelo Bank” ASC
    12 16 30/07/07 Pakistan Milli Bankının Bakı filialı
    13 17 30/07/07 “Rabitəbank” ASC
    14 20 30/07/07 “TuranBank” ASC
    15 21 30/07/07 “Unibank Kommersiya Bankı” ASC
    16 22 30/07/07 “Yapı Kredi Bank Azərbaycan” QSC
    17 28 07/08/07 “Expressbank” ASC
    18 31 10/09/07 “Azərbaycan Sənaye Bankı” ASC
    19 34 10/09/07 “NBC BANK” ASC
    20 35 25/10/07 “Günay Bank” ASC
    21 36 04/12/07 “Bank Avrasiya” ASC
    22 37 04/12/07 “PAŞA Bank” ASC
    23 38 29/08/08 “Naxçıvanbank” ASC
    24 39 16/01/09 “AFB BANK” ASC
    25 40 26/02/09 ASC “Bank VTB (Azərbaycan)” 
    26 42 28/04/09 “PREMİUM BANK” ASC
    27 43 15/04/10 “Bank BTB” ASC
    28 45 15/05/15 “Ziraat Bank Azərbaycan” ASC

  • Jurnalistlərin binasında yoxlama başladı – Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər

    Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) audit yoxlamalarına başlanılıb.

    BakuPost-un əldə etdiyi məlumata görə, yoxlamalar əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də, audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib.

    Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri “qaydaya” salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən yardım istəyib.

    Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, “Portos İnşaat”, “Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vüqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.

    Sayt audit yoxlamaları ilə bağlı məlumatı dəqiqləşdirmək üçün “Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılovla əlaqə saxlayıb. B.İsmayılov yoxlamaların aparıldığını təkzib etməyib:

    “Bu barədə çox az məlumatım var. Mən də elə sizin kimi eşitmişəm. Dəqiq heç nə bilmədiyim üçün yanlış informasiya verə bilərəm.

    Mən jurnalistlərin binasındakı ofisdə oturmuşam, söhbət isə Mətbuat prospektində baş verənlərdən gedir (KİVDF-nin ofisi Mətbuat prospektində yerləşir – red.). Bütün günüm burada keçir, yaşımla əlaqədar ofisdən çıxa bilmirəm. 25 gündür ofisdə yaşayıram, evimə belə getmirəm.

    KİVDF-yə təzə gələnlərdən də bircə Vüqar Səfərlinin yerinə təyin olunmuş Əhməd müəllimi tanıyıram. Başqa heç nə bilmirəm”.

    Xatırladaq ki, bir müddət öncə mətbuatda yeni icraçı direktor Əhməd İsmayılovun KİVDF-də təhvil-təslim apararkən ciddi çatışmazlıqlar, qanun pozuntuları aşkarladığı yazılmışdı.

    Yazıda qeyd olunurdu ki, yeni direktor qurumun əvvəlki komandada yer alan əksər işçilərini, o cümlədən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayevi və fondun tərkibində olan tikinti şöbəsinin beş əməkdaşını işdən uzaqlaşdırıb.

    Qeyd edək ki, V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi.

  • Şəmkir sakini toya hazırlaşan tanışının evini qarət etdi

    Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş rayon sakini, 39 yaşlı Anar Məmmədzadə rayon ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, bir ədəd televizor və bir ədəd oyun avadanlığı oğurlayıb.

    Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В Баку проводится масштабная дезинфекция

    2 мая более чем на 100 основных проспектах и улицах Баку проводятся дополнительные работы по дезинфекции.

    Как сообщили Oxu.Az в коммунальных службах столицы, работы начались на улице 28 Мая.

    Ими также будут охвачены улицы Рашида Бейбутова, Гурбана Аббасова, Мехти Гусейна, Бакиханова, Истиглалийят, Шейха Шамиля, Мухаммеда Хади, проспекты Бюльбюля, Гусейна Джавида, Нефтяников, Азербайджана, Гара Гараева, Ататюрка и т. д.

    Отметим, накануне жителей Баку призвали не выходить из дома без крайней необходимости в связи с проведением дезинфекционных работ.

  • Bakı sakinlərinə xəbərdarlığın səbəbi bilindi: 100-dən çox…

    Bu gün səhər saatlarından başlayaraq paytaxtın 100-dən çox əsas küçə və prospektlərində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

    Paytaxtın kommunal xidmətindən Oxu.Az-a bildirilib ki, artıq 25-dən çox küçə dezinfeksiya olunub.

    Dezinfeksiya işləri 28 May küçəsindən başlanılıb.

    Rəşid Behbudov küçəsi, Bülbül prospekti, Hüseyn Cavid prospekti, Qurban Abbasov küçəsi, Neftçilər prospekti, Mehdi Hüseyn küçəsi, Bakıxanov küçəsi, Azərbaycan prospekti, İstiqlaliyyət küçəsi, Şeyx Şamil küçəsi, Qara Qarayev prospekti, Məhəmməd Hadi küçəsi, Atatürk prospekti və digər küçələr istiqamətində işlər aparılacaq.

    Qeyd edək ki, bu gün sakinlərə ciddi zərurət yaranmadığı təqdirdə qeyd küçəyə çıxmamaqla bağlı xəbərdarlıq edilib.

  • Xalq artisti: “Kürəkənim ürəyimcədir” – FOTO/VİDEO

    “Kürəkənim ürəyimcədir. Qızım Nəzrinlə kürəkənim Təbrizin tanışlığı qəfil oldu. 15 il böyük oğlumla kürəkənim birlikdə xaricdə təhsil alıblar. Çox yaxın dostdurlar. Onların ailəsi ilə gediş-gəlişimiz olmayıb. Münasibətləri birdən-birə oldu”.

    Median.Az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova “Xəzər TV”-də yayımlanan “Səni axtarıram” sosial-ictimai proqrama “Skype” vasitəsi ilə canlı efirə onlayn qoşularkən deyib.

    Rəssam qızının toyunun koronavirus pandemiyası səbəbi ilə hələlik təxirə düşdüyünü söyləyən Xalq artisti Nəzrin ailə qurduqdan sonra ayrı yaşayacağını bildirdi:

    “Hər şeyi şansa və bəxtə bağlayıram. Olur ki, görür, sevir və xoşbəxt bir ailə qurur. Bəzən də görürsən ki, illərdir tanıyırsan, amma alınmır. Bu, Allahın yazdığı bir yazıdır.

    İndi bütün övladlar valideynlərlə deyil, ayrı yaşamaq istəyirlər. Böyük oğlum ailə qurub, o da bizdən ayrı yaşayır. Böyük qızım da ailəsi ilə ayrı yaşayır. Nəzrin də Təbrizlə ailə qurduqdan sonra ayrı yaşayacaqlar”.

    Qeyd edək ki, Xalq artisti M.Əyyubovanın dörd övladı var. Qızı Nəzrin Nəcəfova peşəkar rəssamdır. Onun əl işləri bir çox xarici ölkələrdə sərgilənib. Nəzrinin nişanlısı Təbriz isə dizaynerdir.//oxu.az

  • Названы отличия симптомов сезонной аллергии от коронавируса

    Специалисты Роспотребнадзора перечислили различия между симптомами сезонной аллергии и коронавирусной инфекции. Соответствующее разъяснение размещено на сайте ведомства.

    Утверждается, что при сезонной аллергии (поллинозе), в отличие от COVID-19, температура остается в норме, отсутствуют выраженные слабость и утомляемость, а также нет кашля и одышки (исключения составляют пациенты с бронхиальной астмой).

    Основными симптомами аллергии являются насморк, першение в горле, покраснение глаз, слезотечение и кожный зуд.

    Эксперты уточнили, что поллиноз не повышает тяжесть коронавирусной инфекции и риск заболевания. Исключение составляют пациенты с тяжелой, неконтролируемой бронхиальной астмой и хронической обструктивной болезнью легких.

  • Mövsüm allergiyası ilə koronavirusun simptomları arasındakı fərq açıqlandı

    “Rospotrebnadzor” (Rusiyanın “İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”i) mövsüm allergiyası ilə koronavirus infeksiyasının simptomları arasındakı fərqi izah edib.

    Müvafiq məlumat qurumun saytında yerləşdirilib.

    Bildirilir ki, COVID-19-dan fərqli olaraq mövsüm allergiyası (pollinoz) zamanı bədənin hərarəti normada qalır, zəiflik və yorğunluq olmur, eləcə də öskürmə və təngənəfəslik müşahidə olunmur (bronxial astmadan əziyyət çəkənlər istisnadır). Allergiyanın başlıca simptomları burunun axmağı, boğazın qıcıqlanması, gözlərin qızarması və sulanması, eləcə də dərinin qaşınmasıdır.

    Mütəxəssislər qeyd ediblər ki, pollinoz koronavirusa yoluxanların səhhətini ağırlaşdırmır. İstisna isə ağır bronxial astma və ağciyərin xroniki xəstəliklərindən əziyyət çəkən xəstələr təşkil edir.

  • Какое питание поможет наладить работу кишечника?

    Некоторые продукты могут помочь наладить работу кишечника и улучшить обмен веществ, как утверждает российский онколог Елена Смирнова.

    По ее словам, утро нужно начинать со стакана воды. Добавлять в воду лимон не нужно, так как лимон слишком агрессивен для слизистой оболочки желудка.

    На завтрак специалист советует употреблять белки (например, творог или вареные яйца) или медленные углеводы (каши), а также овощи.

    Обед, по словам специалиста, должен быть «самым массивным приемом пищи»: он должен содержать белок в виде мяса или рыбы и медленные углеводы. Также стоит добавить нежирный суп и салат из свежих овощей.

    В течение дня перекусывать, по мнению специалиста, нужно фруктами: например, печеным яблоком, салатом из фруктов с йогуртом или кефиром с сухофруктами.

    А ужинать желательно без сложных гарниров: в основе этого приема пищи также должен лежать белок и овощи, например, куриное филе, цветная капуста или овощное рагу.

    На ночь специалист предложила выпить стакан свежего кефира или йогурта.

    Овощи, как отметила специалист, рекомендуется подвергать термической обработке. Кроме того, по возможности стоит включить в рацион натуральные пробиотики: квашеную капусту, соленые огурцы, йогурт, кефир или ряженку, чайный гриб.