Month: May 2020

  • Tibbi maskalardan istifadənin məcburiliyi ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Azərbaycanda tibbi maskalardan istifadənin məcburi olması ilə bağlı müraciət etmişik”.

    Median.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    O qeyd edib ki, bir sıra müəssisələrdə və qapalı sahələrdə maskalardan istifadə məcburi olacaq:

    “Onun icra məcburiyyətinin necə yerinə yetirilməsi digər dövlət qurumlarının səlahiyyətində olan məsələdir”.//oxu.az

  • Baş nazirdən karantin nəzarəti ilə bağlı MÜHÜM QƏRAR

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nı təsdiqləyib.

    Bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Qaydalara əsasən, şava-damcı yolu ilə keçən və karantin tədbirləri nəzərdə tutulan yoluxucu xəstəliklərin siyahısını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təklifləri əsasında Nazirlər Kabineti müəyyən edir.

    Qaydalarla keçiddən tanış olmaq mümkündür.

  • Şəmkirdə 29 yaşlı gənc güllələnərək qətlə yetirildi

    Şəmkir rayonunda qətl törədilib.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Həyət kəndində qeydə alınıb.

    Belə ki, 1992-ci il təvəllüdlü Elçin Hüseynov bacanağı, 1977-ci il təvəllüdlü Etibar Süleymanov tərəfindən şəxsi münaqişə zəminində küstar üsulla hazırlanmış silahla qətlə yetirilib.

    Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

  • Pedaqoji fəaliyyəti qadağan edilən şəxslər müəyyənləşdi – QƏRAR

    Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib.

    “Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilib.

    Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir.

    Bu Qaydanın tələbləri Qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

    Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

    Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

    Qanunun 36-1.2-ci maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

    – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;

    – ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

    – fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

    – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

    Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilərlər.

    Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

    Bu Qaydanın 3.2-ci bəndində göstərilən halda pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 6.3-cü bəndinə əsasən, kənd rayonlarında yerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizikariyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatikariyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.

    Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.

    Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu

    Sıra №si Təsnifat üzrə ixtisasların (proqramların) şifri və adı İxtisasın uyğun gəldiyi ümumtəhsil fənni
    1 2 3
    Humanitar və sosial ixtisaslar qrupu
    1. 050201 Filologiya (dil və ədəbiyyat göstərilməklə) dil və ədəbiyyat
    2. 050206 Tarix tarix
    Mədəniyyət və incəsənət ixtisaslar qrupu
    3. 050303 İnstrumental ifaçılıq musiqi
    4. 050304 Solo oxuma musiqi
    5. 050305 Dirijorluq musiqi
    6. 050306 Bəstəkarlıq musiqi
    7. 050307 Musiqişünaslıq musiqi
    8. 050309 Estrada sənəti musiqi
    9. 050310 Xalq çalğı alətləri ifaçılığı musiqi
    10. 050312 Dekorativ sənət təsviri incəsənət
    11. 050318 Rəngkarlıq təsviri incəsənət
    12. 050319 Qrafika təsviri incəsənət
    13. 050321 Dizayn təsviri incəsənət
    Təbiət ixtisasları qrupu
    14. 050501 Riyaziyyat riyaziyyat
    15. 050502 Mexanika fizika, riyaziyyat
    16. 050503 Fizika fizika
    17. 050504 Kimya kimya
    18. 050505 Biologiya biologiya
    19. 050506 Coğrafiya coğrafiya
    20. 050509 Kompüter elmləri informatika
    Texniki və texnoloji ixtisaslar qrupu
    21. 050627 Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi informatika
    22. 050631 Kompüter mühəndisliyi informatika
    23. 050633 Memarlıq təsviri incəsənət
    24. 050641 Kimya mühəndisliyi kimya
    25. 050655 İnformasiya texnologiyaları informatika
    26. 050656 Sistem mühəndisliyi informatika
    Səhiyyə, rifah və xidmət ixtisasları qrupu
    27. 050809 Bədən tərbiyəsi və idman fiziki tərbiyə
    28. 050814 Məşqçi (idman növü üzrə) fiziki tərbiyə
    29. 050815 Bədən tərbiyəsi və idmanda reabilitasiya fiziki tərbiyə

  • İtaliyada pandemiya qurbanlarının sayı 28 mini ötdü

    İtaliyada son bir gün ərzində daha 269 nəfər koronavirusdan ölüb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

    Bununla da ölkədə pandemiya qurbanlarının sayı 28 236 nəfərə çatıb.

    Məlumata görə, İtaliyada daha 1 965 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 207 428-ə yüksəlib.

    Bundan başqa, ölkədə indiyədək 78 249 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

  • Назначен руководитель Аппарата Милли Меджлиса

    Сафа Мирзоев вновь назначен на должность руководителя Аппарата Милли Меджлиса.

    По полученной Report информации, председатель ММ Сахиба Гафарова подписала соответствующее распоряжение.

    Отметим, что С.Мирзоев родился 12 мая 1952 года в Баку в семье служащего.

    Закончил с отличием юридический факультет Азербайджанского государственного университета (ныне Бакинский государственный университет).

    Является доктором философии по праву, доцентом, автором многих научных произведений. Он – госсоветник первой степени, заслуженный госслужащий.

    Сафа Мирзоев также является членом правящей партии “Ени Азербайджан”.

    Женат, имеет 2 детей.

  • Milli Məclis Aparatına rəhbər təyinatı oldu – FOTO

    Səfa Mirzəyev yenidən Milli Məclis Aparatının rəhbəri təyin olunub.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

    Qeyd edək ki, S.Mirzəyev 1952-ci il mayın 12-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.

    Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir çox elmi əsərlərin müəllifidir. Birinci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur.

    MDB Parlamentlərarası Assambleyasının “Birlik” ordeni və Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib. Rus və ingilis dillərini bilir.

    1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, 1983–1985-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1985-ci ildə universitetin Hüquq fakültəsinin dekan müavini təyin edilib. 1983-cü ildə gənc alim və mütəxəssislərin Ümumittifaq müsabiqəsinin qalibi olub.

    1990-cı ilin aprel ayında SSRİ Ali Soveti tərəfindən SSRİ Konstitusiya Nəzarəti Komitəsinin üzvü seçilib, 2 ilə yaxın həmin vəzifədə çalışıb.


    1992-ci ilin yanvar ayında Azərbaycana qayıtmış, Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Hüquqi təminat və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Baş katibi vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəridir.

    1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın üzvü olmuş, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında fəal iştirak edib.

    Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Evlidir, 2 övladı var.

    Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin Aparatı buraxılmışdı.

  • Baş prokuror: “Sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəyəm”

    “Ölkə başçısının müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə yüksək etimadı doğrultmaq üçün bütün səylərimi səfərbər edəcək, respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyin, qanunçuluğun və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını təmin etməklə ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəyəm”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının yeni Baş prokuroru Kamran Əliyev bu gün kollektivə təqdim olunan zaman deyib.

    Kamran Əliyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

    Baş prokuror vurğulayıb ki, vətənpərvərlik və peşəkarlıq irsi prokurorluq əməkdaşları tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcək.//report.az

  • Азербайджан и Великобритания сотрудничают в борьбе с COVID-19

    “Великобритания и Азербайджан тесно сотрудничают по международному ответу в рамках борьбы с коронавирусом”.

    Как сообщает Median.Az, об этом заявила депутат британского парламента Венди Мортон на своей официальной странице в Twitter.

    В.Мортон отметила, что провела сегодня разговор с министром иностранных дел Азербайджана Эльмаром Мамедъяровым и выразила ему благодарность за сотрудничество по укреплению связей между Азербайджаном и Великобританией.//report.az

  • Azərbaycan və Britaniya koronavirusla mübarizədə əməkdaşlıq edir

    Böyük Britaniya ilə Azərbaycan COVID-19-a qarşı beynəlxalq tədbirlərdə yaxından əməkdaşlıq edirlər.

    Median.Az xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin üzvü, ölkənin Avropa qonşuluğu və Amerika ölkələri üzrə naziri Vendi Morton “Twitter” hesabında bildirib.

    “Mən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla bu gün söhbət etdim. Əməkdaşlığa və iki ölkə arasındakı əlaqələri daha bir neçə ay ərzində gücləndirməyə sadiq olduğuna görə ona təşəkkür etdim”, – V.Morton yazıb.//report.az