Month: May 2020

  • Gürcüstanda koronavirusdan ölənlərin sayı 7-yə çatdı

    Gürcüstanda daha bir pasiyent koronavirusdan ölüb.

    Report xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

    Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı 7-yə çatıb.

  • ABŞ-da pandemiya qurbanlarının sayı 64 mini ötdü

    ABŞ-da COVID-19 qurbanlarının sayı 64 018 nəfərə çatıb.

    Median.Az xəbər verir ki, Birləşmiş Ştatlarda koronavirus daşıyıcılarının sayı 1 100 313-ə yüksəlib.

    Eyni zamanda ABŞ-da indiyədək 156 089 pasiyent koronavirusdan sağalaraq evə buraxılıb.

    Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyanın tərkibi müəyyənləşdi

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” qərarında dəyişiklik edib.

    Median.Az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 11 nəfərdən ibarət aşağıdakı yeni tərkibdə təsdiq edilib:

    Komissiyanın sədri

    Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

    Komissiyanın üzvləri:

    Ceyhun Bayramov – Təhsil naziri

    Oqtay Şirəliyev – səhiyyə naziri

    Sahil Babayev – əmək və əhalinin sosial müdafiəsi naziri

    Əbülfəs Qarayev – mədəniyyət naziri

    Azad Rəhimov – gənclər və idman naziri

    Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

    Mehman Tağıyev – Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri

    Oruc Zalov – daxili işlər nazirinin müavini

    Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

    Aqil Məhərrəmov – Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri.//report.az

  • TƏBİB отреагировало на информацию о нарушении правил карантина в НИИ легочных заболеваний – ВИДЕО

    У нас нет информации о проведении массового мероприятия среди врачей в Научно-исследовательском институте (НИИ) легочных заболеваний. Если она подтвердится, то будут приняты строгие меры.

    Как передает Median.Az, об этом сказал 1 мая журналистам председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, не так давно были приняты соответствующие меры в отношении медучреждений, где зафиксированы нарушения правил карантина.

    “Большинство наших коллег-врачей самоотверженно трудится. Как и во всех сферах, здесь наблюдаются случаи, когда кто-то пытается нарушить правила, пренебрегает ими. Мы также ведем с этим борьбу. Руководство ряда медучреждений отчиталось о своей работе перед руководством страны. Были применены различные административные меры – от выговора до снятия с должности”, – сказал Р.Байрамлы.

    Он отметил, что в случае несоблюдения правил в больницах Гянджи, Геранбоя, Гейгеля и других городов будут приняты серьезные меры.

    “TƏBİB – это новая структура. Мы начали принимать граждан спустя 27 дней после начала ее деятельности. Часть работников аппарата занимается вопросами пандемии, другая часть – нормализацией деятельности в регионах”, – сказал Р.Байрамлы.

  • TƏBİB sədrindən Ağciyər İnstitutunda karantin qaydalarının pozulmasına REAKSİYA – VİDEO

    “Ağciyər İnstitutunda həkimlər arasında kütləvi tədbirin keçirilməsi barədə məndə məlumat yoxdur. Əgər bu hadisə düzdürsə, ciddi tədbirlər görüləcək”.

    Median.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    O qeyd edib ki, qaydalara əməl etməyən tibb müəssisələri ilə bağlı son dövrlər tədbirlər görülüb:

    “Bizim həkim həmkarlarımızın əksəriyyəti fədakarcasına xidmət göstərir. Bütün sahələrdə olduğu kimi, qaydaları pozmağa cəhd göstərənlər, qaydalara məsuliyyətsiz yanaşanlar var. Onlarla da mübarizə aparırıq. Bir neçə tibb müəssisəsinin rəhbərliyinin fəaliyyəti ölkə rəhbərliyinə məruzə olunub. Vəzifəsindən azad olunanlar, inzibati tənbeh, tənbeh tədbirləri alanlar var”.

    O qeyd edib ki, Gəncə, Goranboy, Göygöl şəhərində də və digər şəhərlərdə – harada qaydalara əməl edilməyəcəksə, orada ciddi cəza tədbirləri görüləcək:

    “TƏBİB olaraq yeni yaranmış qurumuq. Biz fəaliyyətə başlamağımızın 27-ci günündən etibarən vətəndaşları qəbul etməyə başlamışıq. Aparatın bir qrup işçisi pandemiya ilə məşğuldur, bir qrup işçisi isə bölgələrdəki fəaliyyəti normallaşdırmaqla məşğuldur”, – deyə sədr vurğulayıb.

  • Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda qəbul edilib

    Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb.

    “Report”un məlumatına görə, dəyişikliklər barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ətraflı məlumat verib.

    Daha sonra çıxış edən millət vəkili Əli Məsimli bildirib ki, indi təqribən 100 milyon manata başa gələn bir şey sonra 500 milyona başa gələcək: “Ona görə də təklif edirəm ki, mənfəət və gəlir vergisi ödəyənlərə də 100 faiz güzəşt tətbiq edilsin”.

    Deputat Azər Badamov təklif edib ki, sadələşdirilmiş verginin çərçivəsi 50% artırılsın.

    Millət vəkili Vüqar Bayramov isə təklif edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödəniş etmiş sahibkarların ödədikləri məbləğ onların xərcləri sayılsın və buna görə də güzəşt əldə edə bilsinlər.

    Qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

  • Bakıda 20 marşrut xəttinin istiqaməti dəyişdirildi – RƏSMİ

    Mayın 2-3-də Bakının Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

    Məlumata görə, bu səbəbdən 20 marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

    2 nömrəli marşrut

    İstiqamət: DİN hospital: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ak.H.Əliyev küç. – Tbilisi pr. – Ak.H.Əliyev küç. dairəsi daha sonra öz xətti üzrə.

    7A nömrəli marşrut

    İstiqamət: Əhmədli m.st: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi, daha sonra öz xətti üzrə.

    7B nömrəli marşrut

    İstiqamət: Yasamal yaş. mass.: 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. – M.Xiyabani küç., daha sonra öz xətti üzrə.

    13 nömrəli marşrut

    İstiqamət: Koroğlu m.st: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ak.H.Əliyev küç. – Tbilisi pr. – Ak.H.Əliyev küç. dairəsi, daha sonra öz xətti üzrə.

    14 nömrəli marşrut

    İstiqamət: Son dayanacaq məntəqəsi M.Həsənov küçəsində olmaqla (20 Yanvar metro stansiyası) hərəkət sxemi – M.Həsənov küç. – H.Zərdabi küç. – A.M.Şərifzadə küç., daha sonra öz xətti üzrə təşkil edilib.

    18 nömrəli marşrut

    İstiqamət: Sahil m.st: A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç., daha sonra öz xətti üzrə təşkil edilib.

    37 və 59 nömrəli marşrutlar

    İstiqamət: Tbilisi prospekti: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küç. – Tbilisi pr., daha sonra öz xətti üzrə təşkil edilib.

    65 nömrəli marşrut

    İstiqamət: Azneft dairəsi: A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi – Ə.Salamzadə küç. – Qələbə dairəsi – Ə.Salamzadə küç. – Tbilisi pr., daha sonra öz xətti üzrə təşkil edilib.

    79 nömrəli marşrut

    İstiqamət: Mərkəzi bank: 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ə.Salamzadə küç. (Qələbə dairəsi) – Tbilisi pr., daha sonra öz xətti üzrə.

    119 nömrəli marşrut

    İstiqamət: M.Əcəmi m.st: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küç., daha sonra öz xətti üzrə təşkil edilib.

    199 nömrəli marşrut

    İstiqamət: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi dairəsi daha sonra öz xətti üzrə.

    67 nömrəli marşrut

    İstiqamət: N.Nərimanov m.st: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi, daha sonra öz xətti üzrə.

    83 nömrəli marşrut

    İstiqamət: Təbriz küç.: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

    92 nömrəli marşrut

    İstiqamət: M.Əcəmi m.st.: Moskva pr. (geriyə dönmə manevri) – 20 Yanvar küç. – A.Məhərrəmov küç. – 3-cü mikrorayon dairəsi daha sonra öz xətti üzrə.

    193 nömrəli marşrut

    İstiqamət: Binə t/m: Moskva pr. – 2-ci Alatava küç. – M.Həsənov küç., daha sonra öz xətti üzrə təşkil edilib.

    165 nömrəli marşrut

    İstiqamət: A.M.Şərifzadə küç.: 3-cü mikrorayon dairəsi – Ə.Salamzadə küç. – Qələbə dairəsi – İ.Talıblı küç. – A.M.Şərifzadə küç., daha sonra öz xətti üzrə.

    211 nömrəli marşrut

    İstiqamət: Yasamal yaş. mas.: 3-cü mikrorayon dairəsi – C.Səlimov küç. – Ə.Salamzadə küç. – H.Zərdabi küç. – İ.Talıblı küç. – A.M.Şərifzadə küç. – M.Xiyabani küç., daha sonra öz xətti üzrə.

    M4 nömrəli ekspress marşrut

    İstiqamət: 20 Yanvar m.st: Tbilisi pr. – Ə.Salamzadə küç. – Qələbə dairəsi – Zərdabi küç.

    M7 nömrəli ekspress marşrut

    İstiqamət: İnşaatçılar m/st: Ə.Salamzadə küç. – Qələbə dairəsi, daha sonra öz xətti üzrə.

  • Baş prokuror Kamran Əliyev kollektivə təqdim edildi

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov yeni təyin olunmuş Respublikanın Baş prokuroru Kamran Əliyevi prokurorluğun kollektivinə təqdim edib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”a bildirilib ki, təqdimat zamanı çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına xüsusi diqqət və qayğısı, Kamran Əliyevin prokurorluq orqanlarındakı peşə fəaliyyəti barədə danışıb, Zakir Qaralovun prokurorluq orqanlarına rəhbərlik etdiyi dövrdə görülmüş işləri yüksək qiymətləndirib.

    Çıxışda prokurorluq orqanlarının ölkənin hüquq sistemində mühüm yeri qeyd edilməklə dövlət başçısı tərəfindən prokurorluq orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı məsləhət və tövsiyələr kollektivin diqqətinə çatdırılıb.

    Tədbirdə iştirak edən Fuad Ələsgərov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən daxili və xarici siyasət sayəsində ölkəmiz günbəgün inkişaf edir və daha da qüdrətlənir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikanın hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında xüsusi yeri və rolu olan prokurorluq orqanları yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşıb.

    Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək qeyd edib ki, ölkə başçısının müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyin, qanunçuluğun və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını təmin etməklə ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəkdir.

    Kamran Əliyev əminliyini bildirib ki, vətənpərvərlik və peşəkarlıq irsi prokurorluq əməkdaşları tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcəkdir.

    Tədbirdə iştirak edən Zakir Qaralov ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərinin prokurorluq orqanlarında daim rəhbər tutulduğunu xüsusi qeyd edərək fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

    Çalışdığı müddət ərzində prokurorluq orqanlarına daim verilən yüksək qiyməti, göstərilmiş etimadı doğrultmağa, bu peşəni şərəflə daşımağa çalışdığını vurğulayan Zakir Qaralov son illər ərzində ölkənin məhkəmə-hüquq sistemində aparılan ciddi islahatların hüquq sistemində prokurorluğun rolunu artırmaqla qarşısına yeni vəzifələr qoyduğunu qeyd etmiş və sonda Kamran Əliyevə xidməti fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

  • Рамин Байрамлы прокомментировал информацию о массовом заражении COVID-19 медработников в Гяндже

    В Азербайджане 90% инфицированных коронавирусом медиков вылечились и выписаны из больниц особого режима.

    Как передает Oxu.Az, об этом на брифинге оперативного штаба при Кабинете министров 1 мая сказал председатель правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамин Байрамлы.

    По его словам, в последние дни тенденция к росту числа случаев заражения вирусом среди медработников не наблюдается.

    “Уровень инфицирования коронавирусом среди медицинских работников снизился в результате соблюдения ими соответствующих инструкций и использования средств индивидуальной защиты. Информация о массовом заражении вирусом медперсонала в больнице Гянджи не соответствует действительности. Случаи инфицирования были зафиксированы среди сотрудников дезинфекционной станции в городе, и число их было не таким уж большим”, – сказал Р.Байрамлы.

  • Bu şəhərdə tibb işçiləri kütləvi şəkildə koronavirusa yoluxub? – RƏSMİ

    “Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin 90 faizi sağalaraq evə yola salınıb”.

    Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

    Onun sözlərinə görə, son günlərdə tibb işçiləri arasında yoluxma tendensiyası və artım müşahidə edilmir:

    “Tibb işçilərinin onlara təqdim edilən qaydalara riayət etməsi və fərdi qoruyucu vasitələrdən istifadə etməsi nəticəsində yoluxma sayı azalıb. Gəncə şəhərində kütləvi şəkildə tibb işçilərinin koronavirusa yoluxması barədə yayılan məlumatlar yalandır. Gəncədə dezinfeksiya stansiyasının işçiləri arasında yoluxma olub və rəqəm o qədər də böyük deyildi”.