Month: May 2020

  • 62 yaşlı Şəki sakini Ağciyər İnstitutunda öldü – RƏSMİ

    Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

    Şəki rayon sakini 1958-ci il təvəllüdlü xəstə aprelin 18-də ağır vəziyyətdə ETACXİ-yə daxil olub.

    Xəstə aidiyyəti üzrə şöbəyə yerləşdirilib və həkimlər tərəfindən zəruri müalicə tədbirləri görülüb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, aprelin 30-da kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyərlərin infiltrativ vərəmi VMB (+), 2-ci tip şəkərli diabet, insulinə tələbat, diabetik nefropatiya, arterial hipertenziya, insultdan sonrakı hal, aşağı ətrafların parezi diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

    Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

    TƏBİB ölüm faktını Oxu.Az-a təsdiq edib.

  • СГБ Азербайджана распространила информацию о задержании главы ИВ

    Проведено расследование на основании сообщений о том, что некоторые должностные лица, воспользовавшись введением на территории Азербайджана особого карантинного режима, мобилизацией деятельности госструктур на защиту здоровья населения, ради своих корыстных целей совершили противоправные действия, наносящие ущерб интересам государства и граждан, а также бросающие тень на деятельность органов власти, говорится в заявлении Службы государственной безопасности (СГБ) Азербайджана.

    Было установлено, что глава Исполнительной власти (ИВ) Билясуварского района Махир Гулиев посредством первого заместителя Ханлара Мамедова присвоил часть средств, выделенных для нуждающихся в материальной помощи лиц в связи с введением особого карантинного режима, а также приказал заму отдать ему часть других находящихся в распоряжении ИВ денег и списать это на оказание социальной помощи.

    Кроме того, Махир Гулиев подозревается в том, что посредством своего помощника Похрана Шахбазова и других подчиненных под разными предлогами требовал денежные средства у должностных лиц местных органов исполнительной власти и других государственных органов, а также у граждан, занимающихся частной предпринимательской деятельностью на территории района.

    Также установлено, что Махир Гулиев присваивал средства, перечисляемые на зарплатные карты граждан, которые привлекались к оплачиваемым общественным работам.

    В то же время М.Гулиев присвоил путем обналичивания часть государственных средств, выделенных на ремонтно-строительные работы, работы по благоустройству, а также брал взятку у граждан за оформление необходимых для проведения строительных работ документов.

    29 апреля СГБ на основании решения суда в служебном кабинете Махира Гулиева провела обыск после очередного получения взятки.

    Были обнаружены и изъяты в качестве вещественных доказательств денежные средства, различные документы, которые имеют значение для следствия, и другое.

    В рамках уголовного дела, возбужденного в СГБ, Махир Гулиев обвиняется в злоупотреблении должностными полномочиями, повторном получении взятки, присвоении или растрате.

    Решением суда в его отношении избрана мера пресечения в виде ареста.

    В настоящее время расследование продолжается.

  • DTX Azərbaycanda icra başçısının tutulması ilə bağlı məlumat yaydı

    Azərbaycan ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir.

    Toplanılmış materiallar üzrə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.

    Bundan başqa, Mahir Quliyevin köməkçisi Pöhran Şahbazov və tabeçiliyində olan başqa vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında özünün pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

    Həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

    Eyni zamanda, Mahir Quliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə, vətəndaşlardan müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə təkrarən rüşvət tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

    Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda araşdırmalar davam etdirilir.

  • Karantin qaydalarını pozan mərkəzin rəhbəri özünü jurnalist kimi təqdim etdi – FOTO/VİDEO

    Bakının Nərimanov rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən protez saçların qoyulması üzrə salon aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı A.M.Cümə küçəsində yerləşən, paytaxt sakini Məmmədov Ağa Mübariz oğluna məxsus “HDC Baku” mərkəzinin karantin dövründə qanunsuz olaraq işlədiyi məlum olub.

    Obyektə baxış zamanı buranın sahibi, işçiləri və bir nəfər müştəri Polis Şöbəsinə gətiriliblər.

    Protez saç mərkəzinin rəhbəri Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək, məsuliyyətdən yayınmağa çalışsa da, sonradan karantin qaydalarını pozduğunu etiraf edib.

    Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və digər dörd nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onlar inzibati qaydada 200 manat məbləğində cərimə ediliblər.




  • В Баку вновь проведут масштабную дезинфекцию

    Более чем на 200 основных улицах Баку 2 мая будут в очередной раз проведены работы по дезинфекции.

    Исполнительная власть столицы призвала население не выходить из дома без особой необходимости из-за определенной токсичности веществ, используемых при этих работах.

  • Милли Меджлис одобрил кандидатуру на должность генпрокурора Азербайджана

    Милли Меджлис (парламент) Азербайджана одобрил кандидатуру на пост генерального прокурора.

    На пленарном заседании парламента 1 мая депутаты проголосовали за кандидатуру Кямрана Алиева на эту должность.

    Отметим, что в настоящее время он занимает пост заместителя генпрокурора – начальника Управления по борьбе с коррупцией.

  • Parlament Azərbaycanın yeni baş prokurorunun təyinatına “HƏ” dedi

    Milli Məclisin iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

    Məsələ səsə qoyulub.

    Deputatlar səsvermədə Kamran Əliyevin baş prokuror vəzifəsinə namizədliyinin lehinə səs veriblər.

    Qeyd edək ki, K.Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisidir.

  • Камеры наблюдения помогли установить похитителя велосипеда в Баку – ВИДЕО

    В Ясамальском районе Баку задержали подозреваемого в краже велосипеда.

    В Call-центр 102 Министерства внутренних дел 10 апреля поступило сообщение о похищении из подъезда жилого дома в поселке Ени Ясамал велосипеда стоимостью 200 манатов, принадлежащего В.Бурджалиеву.

    Сотрудники отделов уголовного розыска Главного управления полиции столицы и Ясамальского РУП в ходе оперативно-разыскных мероприятий задержали жителя Хырдалана Г.Дадашова (1993 г.р.).

    По данному факту проводится расследование.

    Отметим, что установить подозреваемого сотрудникам правоохранительных органов помогли записи с камер видеонаблюдения.

  • Bakıda binadan velosiped oğurlandı – VİDEO

    Bakının Yasamal rayonunda velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Aprelin 10-da paytaxtın Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən binalardan birinin blokundan sakinlərdən birinə məxsus velosipedin oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət daxil olub.

    Müraciət əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat axtarış tədbirləri həyata keçirilib.

    Axtarış nəticəsində sözügedən ünvanda V.Burcəliyevə məxsus 200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, Xırdalan şəhər sakini 1993-cü il təvəllüdlü Q.Dadaşov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Xatırladaq ki, sözügedən hadisə ilə bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.

  • Onkologiyada yeni müalicə üsulu tapıldı

    ABŞ-da Harvard Tədqiqat İnstitutu və Harvard Con Paulson Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin alimləri müalicə olunmayan onkoloji xəstəlikdən xilas olmaq üçün yeni üsul tapıblar.

    “Science Advances” nəşri bu barədə məlumat yayıb.

    Xəbərdə bildirilib ki, alimlər “kürək çantası” adlanan hissəcik hazırlaya biliblər. Bu hissəciklər makrofaqları (immun sistemi hüceyrələrini) insan bədənində şişlə mübarizə aparmağa məcbur edir.

    Normal vəziyyətində makrofaqlar virusları, bakteriyaları və xərçəng hüceyrələrini öldürür. Bununla birlikdə, makrofaqın şişin böyüməsinə təsir edən maddələrinin təsiri altında zərərli hüceyrələr də maddələr ifraz edə bilir.

    Mütəxəssislər tərəfindən hazırlanan hissəciklər makrofaqların şişə qarşı təsirini aktivləşdirən sitokinləri tədricən məhv edir. Tədqiqat zamanı bu metod bədəndə immunitetin zəif olduğu halda belə süd vəzisi xərçənginin müalicəsində effektli təsirini göstərib.