Month: May 2020

  • Sumqayıtda intihara cəhdin qarşısı alındı: Qadın xilas edildi

    Sumqayıtda intihara cəhd hadisəsi qeydə alınıb.

    APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 6-cı mikrorayonunda hündürmərtəbəli binanın 11-ci mərtəbəsinin eyvanına çıxan, təxminən 20-25 yaşlarındakı qadın özünü atmaq istəyib.

    Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

    Xilasedicilər vətəndaşın özünə sui-qəsd etmək istəyinin qarşısını alıblar.

  • Pandemiya ABŞ-da 39 milyon insanı işsiz qoydu

    ABŞ-da koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlər 39 milyona yaxın insanı işsiz qoyub.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Ölkədə son həftədə 2,4 milyon insan işsizlik müavinəti üçün müraciət edib. Ümumilikdə, müavinət üçün müraciət edən işsizlərin sayı 38,6 milyona çatıb.

    Bununla yanaşı, son yeddi həftə ərzində təqdim olunan müraciətlərin sayında azalma müşahidə olunsa da, yenə də böhrandan əvvəlki dövrdəki analoji göstəricidən on dəfə çoxdur.

  • Президент Ильхам Алиев освободил от должности главу ИВ Гейгельского района

    Президент Азербайджана Ильхам Алиев 22 мая подписал распоряжение об освобождении Арифа Акиф оглу Сеидова от должности главы Исполнительной власти (ИВ) Гейгельского района.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev daha bir icra başçısını vəzifəsindən azad etdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Arif Akif oğlu Seyidovun Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Xaçmazda biri 6 yaşlı olmaqla 3 nəfər sahibsiz itin hücumuna məruz qalıb

    Xaçmazda 3 nəfəri sahibsiz it dişləyib.

    APA-nın şimal bürosunun verdiyi məlumata görə, xəsarət alanlar rayonun Çarxı kənd sakini, 2012-ci il təvəllüdlü Qədirli Vüqar Mehdi oğlu, Müşkür kənd sakini Fərzəliyev Ceyhun Nizami oğlu və 2014-cü il təvəllüdlü Qımılqışlaq kənd sakini Mahmudov Seyid Sahib oğludur.

    Hər 3 yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

  • Xəyyamdan AzTV-nin bədii rəhbərinə ultimatum: “Ranar böyük səhv edib”

    “MTV Azərbaycan” telekanalında yayımlanan “Söhbətsiz” proqramında qonaq olan AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayev müğənnilər Xəyyam Nisanovla Zamiq Hüseynov arasında yaşanan gizli qalmaqalı gün üzünə çıxarıb.

    R.Musayev tədbirlərin birində Zamiq ilə Xəyyam arasında yaşanan “Birinci mən çıxış etmək istəyirəm” qalmaqalını xatırlayıb.

    Median.Az xəbər verir ki, Ranarın qalmaqallı açıqlamalarını həzm edə bilməyən Xəyyam Nisanov “MTV Azerbaycan” telekanalına verdiyi müsahibəsində “od püskürüb”.

    Xəyyam Ranarın ittihamlarına sərt reaksiya verərək, onun söylədiklərini yalanlayıb: “Ranar deyib, böyük bir səhv edib. Onun söylədikləri sübutsuz söhbətdir. Ona kim bu xəbəri çatdırıbsa, yalnış çatdırıb. Ranar getsin, özü barədə danışsın. Bilmədiyi şeylər barədə söz danışmasın. Ranar öz işçiləri ilə biraz da yaxın olsa, anlayar ki, Zamiq ilə mənim aramda səhnədə belə bir hal yaşanmayıb. Ranar deyir ki, mən dəqiq bilmirəm, mənə bu hadisəni belə çatdırıblar. Kim çatdırıbsa, zəng vursun mənimlə danışsın, telefonum hər zaman açıqdır. Tədbirlərdə heç kimlə danışmıram. Bunun üçün prodüserlərim, köməkçilərim, səs rejissorum var. Üç nəfərlə tədbirlərə gedirəm. Bunu da hamı bilir. Onlar gəlib, mikrofonu əlimə verib, mahnımın hazır olduğunu deyəndən sonra səhnəyə çıxıram. Zamiqdən və başqa bir müğənnidən öncə səhnəyə çıxmıram. Hansısa kaprizlərim var, bu da yalan söhbətdir”.

    AzTV-nin bədii rəhbərinin səsləndirdiyi “Müğənnilər gedib toylarını oxusun” şərhinə isə Xəyyam belə cavab verib: “Oxuduğum toylarda, Zamiqlə mənim apardığım məclislərdə hər şey yerindədir. Ranara tövsiyə edirəm ki, bizim haqda bilmədiyi şeyləri dilinə gətirməsin”.

    Müsahibədə X.Nisanov həmkarı Zamiq Hüseynovla münasibətlərinin yaxşı olduğunu bildirib: “Zamiq yaxın dostumdur. Çox hörmət etdiyim insandır. O da mənə hörmət bəsləyir. Bunu bilirəm. Zamiqlə aramı xırda, cılız söhbətlər vura bilməz. Bizə belə şeylər yaraşmaz. Zamiqlə bir süfrə də otururam”.//oxu.az

  • В Азербайджане утвержден план приема в бакалавриатуру вузов на 2020/2021 учебный год

    Кабинет министров Азербайджана утвердил план приема в бакалавриатуру вузов на 2020/2021 учебный год.

    Как передает АПА, пресс-секретарь Кабинета министров Ибрагим Мамедов подтвердил данную информацию.

    По его словам, на ступень бакалавра выделено 49 449 мест. Из них 21 934 мест по госсказу.

  • Tramp onu tənqid edən jurnalistləri kosmosa göndərəcəyini bəyan edib

    ABŞ prezidenti Donald Tramp onu tənqid edən jurnalistləri kosmosa göndərilməsini təklif edib.

    Median.Az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

    Ağ Ev lideri “SpaceX” raketinin buraxılacağı Florida ştatına səfər etməyi düşündüyünü qeyd edib.

    “Ümidvaram media mənimlə birlikdə olacaq. Müxbirləri raketə qoyub bir müddət onlardan canımı qurtarmaq istərdim. Bu mənə müəyyən vaxt jurnalistlərdən istirahət etməyə imkan verəcək” – Tramp zarafatla deyib.

  • Ramazan ayının 28-ci gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 28-ci günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 22-də imsak vaxtı saat 03:29-da, iftar vaxtı isə 20:12-dədir.

    28-ci günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin!”.

    Tərcüməsi: “İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!”

    İftar duası:

    Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul etsin!

  • TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı – FOTO

    TƏBİB Azərbaycanda koronavirusla bağlı mayın 21-nə olan statistik göstəriciləri açıqlayıb.

    Median.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 887 test edildiyi bildirilib.

    Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 252 496 test aparılıb.

    Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 118 yeni yoluxma və 1 ölüm faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 3 749 yoluxma aşkarlanıb. Onlardan 2 340-ı sağalıb, 44-ü ölüb. Hazırda aktiv xəstə sayı 1 365-dir.//report.az