Month: May 2020

  • Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 106 yeni yoluxma faktı – RƏSMİ + VİDEO

    Azərbaycanda 106 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949-cu və 1962-ci il təvəllüdlü iki nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

    Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259 155 test aparılıb.

  • В Баку полицейский покончил с собой из-за долга – ОБНОВЛЕНО + ФОТО

    В Азербайджане полицейский свел счеты с жизнью.

    Эту информацию подтвердили в правоохранительных органах.

    Сообщается, что уроженец села Мюсюслю Уджарского района Рафиг Ахмедов (1989 г.р.) покончил с собой.

    Он служил в Полку быстрого реагирования МВД.

    Суицид зарегистрирован в Баку одним из столичных подразделений министерства внутренних дел.

    Об этом Oxu.Az сообщили в правоохранительных органах.

    На улице М.Алиева в Низаминском районе было обнаружено тело мужчины в повешенном состоянии. В ходе предварительного расследования была установлена его личность. Это – Рафиг Ахмедов (1989 г.р.), проживавший недалеко от места обнаружения тела.

    Прокуратура района возбудила уголовное дело по статье 125 (доведение до самоубийства) УК АР. Установлена возможная причина, толкнувшая мужчину на самоубийство. По словам родных Р.Ахмедова, он задолжал крупную сумму, которую не мог вернуть.

    Отметим, что за последние восемь дней в Баку было совершено шесть суицидов, предпринято более 20 попыток самоубийства.

  • Azərbaycanda polis intihar etdi – YENİLƏNİB + FOTO

    Bakıda intihar hadisəsi qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Paytaxtın Nizami rayonunun M.Əliyev küçəsində asılmış vəziyyətdə kişi meyiti tapılıb.

    İlkin araşdırma nəticəsində meyitin hadisə yerinin yaxınlığındakı ünvanda yaşayan 31 yaşlı Rafiq Əhmədova məxsus olması müəyyənləşdirilib.

    Nizami Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

    R.Əhmədovu intihara sövq edən səbəb müəyyənləşdirilib. Yaxınlarının dediyinə görə, intihar edən şəxs borc götürdüyü pulu geri qaytara bilməyib.

    Bildirilib ki, R.Əhmədov Daxili işlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında çalışıb.

    Qeyd edək ki, son səkkiz gün ərzində Bakıda altı intihar hadisəsi baş verib, 20-dən çox şəxs intihara cəhd edib.

    * * * * *

    Azərbaycanda polis intihar edib.

    Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Ucar rayonunun Müsüslü kənd sakini Rafiq Əhmədov yaşadığı ünvandan özünü asaraq intihar edib.

    İntiharın səbəbi məlum deyil.

    O, Bakı şəhərində polis orqanlarında çalışıb.

  • Еще один автобусный маршрут передан BakuBus

    Автобусный маршрут № 30 (станция метро “Нефтчиляр” – сад Самеда Вургуна), который временно эксплуатировало ООО “Трансконтроль”, передан ООО BakuBus.

    Об этом сообщило 22 мая Бакинское транспортное агентство (БТА).

    С 23 мая на этом маршруте будут работать 12-метровые автобусы, отвечающие стандартам Евро-6. Это позволит ежедневно перевозить около 30 000 пассажиров.

    Таким образом, число автобусов с безналичной оплатой проезда достигнет 34.

    Маршрут движения по указанному направлению будет меняться поэтапно. Информация об этом будет периодически публиковаться.

    Отметим, что в ходе проведенных мониторингов было установлено, что деятельность ООО “Трансконтроль” не отвечает правилам пассажироперевозок. В связи с отсутствием производственной базы автобусы не проходят предрейсовый техосмотр, а водители – медосмотр и т.д. От граждан поступали многочисленные жалобы на этот маршрут. В отношении водителей были применены административные штрафы за 103 факта остановки транспортного средства вне остановок, 15 фактов курения водителей за рулем и 20 фактов несоблюдения схемы движения. Перевозчик неоднократно предупреждался устно и письменно, однако мер принято не было.

  • Daha bir marşrut xətti “BakuBus”a verildi

    “Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin (“Neftçilər” metrostansiyası – Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, keçirilən monitorinqlər nəticəsində “Transkontrol” MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

    İstehsalat bazası olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

    Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub.

    Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdarlıq olsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

    Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq, xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.

    Sabahdan etibarən 30 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, Avro-6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu isə gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda, bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.

    Qeyd edilib ki, keçirilən müsabiqə əsasında “BakuBus” MMC-yə həvalə edilən marşrut xətləri üzrə dəyişikliklər mərhələli şəkildə icra ediləcək və bu barədə əvvəlcədən məlumat veriləcək.

  • Karantin rejiminə baxmayaraq, mənzil kirayəsi ucuzlaşmadı – VİDEO

    Ölkədə karantin rejimi elan olunandan kirayə mənzillərə tələbat azalıb.

    Baku.TV xəbər verir ki, vəziyyətlə bağlı qiymətlərin ucuzlaşacağı gözlənilsə də, belə olmayıb.

    Daha doğrusu, ticarət obyektlərinin kirayəsi ucuzlaşıb, kirayə mənzillərin qiyməti isə bahalaşıb.

    Bu barədə ətraflı süjeti təqdim edirik:

  • Mövsümi istilər koronavirusu yox edəcək? – AÇIQLAMA

    “Hazırda şimal yarımkürəsində yay ayları başlayır və hava isinir. Buna baxmayaraq, Azərbaycanda virusun yayılması çoxalır”.

    Bunu REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

    O qeyd edib ki, Rusiyada da çox sayda yeni koronavirusa yoluxma aşkarlanıb:

    “Koronavirusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq, bunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümi isti havalar koronavirusu yox etməyə də bilər”.

    “Buna görə də insanlar əllərin gigiyenasına, sosial məsafəyə diqqət etməlidir, maska taxmalıdır”, – deyə nümayəndə qeyd edib.

  • Bakıda gizli fəaliyyət göstərən restoran aşkarlandı – FOTO

    Karantin rejimi qaydalarına əməl etməyərək, müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən – paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranının müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

    Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan istifadə etmədikləri aşkar edilib.

    Obyektdə olan səkkiz nəfər saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib. Bölmədə həmin şəxslər tibbi maskalarla təmin edilib.

    Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələnib.





  • Обнаружено растерзанное тело пропавшего в Огузе подростка – ОБНОВЛЕНО

    В лесу на территории Огузского района обнаружено растерзанное тело пропавшего подростка.

    Как передает Report, Джабраила Мамедли (2008 г.р.), предположительно, загрыз медведь.
    На место происшествия прибыли сотрудники правоохранительных органов.

    * * * * *

    В селе Хачмаз Огузского района без вести пропал подросток.

    Как передает АПА, Джабраил Мамедов (2007 г.р.) 21 мая вышел из дома и не вернулся.

    Родители мальчика обратились в полицию. Ведутся его поиски.

  • Azərbaycanda itkin düşən 12 yaşlı oğlanın parçalanmış meyiti tapıldı – YENİLƏNİB

    Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

    2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

    * * * * * *

    Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 13 yaşlı yeniyetmə itkin düşüb.

    APA-nın məlumatına görə, kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay sahilinə gedib və bir daha geri qayıtmayıb.

    Hadisə ilə bağlı polisə məlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparılır.