Month: May 2020

  • Azərbaycanda aparılan islahatlar “Washington Times”da – FOTO

    ABŞ-ın nüfuzlu və geniş auditoriyaya malik mətbu orqanı “Washington Times” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Pandemiya Dağlıq Qarabağ regionunda həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırır” (Pandemic highlights the protracted Azerbaijan-Armenia conflict in Nagorno-Karabakh region) sərlövhəli məqaləsi dərc edilib.

    AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda aparılan islahatlar barədə məlumat verilib və Ermənistan xarici siyasətində baş verən çaşqınlıqlar təhlil edilib. Koronavirus pandemiyasının insanların sağlamlığına və dövlətlərin iqtisadiyyatına ziyan vurması fonunda beynəlxalq institutlar və siyasətə dair bir sıra stereotipləri sındırmasından, dünyada status-kvonun dəyişməsindən bəhs edilir.

    Qeyd edilib ki, Xəzər dənizi regionunda Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, həmçinin son dövrlərdə Macarıstanı (müşahidəçi qismində) bir araya gətirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) səmərəli əməkdaşlıq formatına çevrilib. Bu təsisat ABŞ-ın Mərkəzi Asiya strategiyasının vacib hissələrindən olan Asiya ilə Avropa arasında İpək yolu boyunca dəmir yolu daşınmalarının həcminin artırılmasında qarşılıqlı və uğurlu əməkdaşlıq edib. TDƏŞ Azərbaycanın sədrliyi altında dövlət başçıları səviyyəsində koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilatdır.

    Müəllif qeyd edir ki, Azərbaycan texnokrat və nəticələrə yönəlmiş kadrları dövlətdə əsas vəzifələrə gətirməklə struktur islahatları həyata keçirir. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda ölkəmizin suverenliyi və müstəqilliyinə öz güclü dəstəyini ifadə edib.

    Məqalədə, həmçinin pandemiya fonunda regionun üzləşdiyi çətinliklərə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə nəzər salınır. Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən vasitəçiliyinin nəticəsiz olduğu vurğulanır. Qeyd edilir ki, pandemiya dövründə onların vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfransı baş tutub və tədbirdə birgə bəyannamə qəbul edilib.

    Müəllif yazır ki, Cənubi Qafqazda gedən inkişafa baxmayaraq, Ermənistan qeyri-sabit və təhlükəli status-kvonu saxlamağa davam edir. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyan 2009-cu ildə Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri tərəfindən təsdiqlənən və gələcək sülh razılaşması üçün əsas məqamları əks etdirən Madrid prinsiplərinə qarşı çıxıb. Z.Mnatsakanyanın təkzibinin daha sonra digər erməni rəsmiləri tərəfindən təkrarlandığını nəzərə alsaq, son iki ildə fəal şəkildə hansı mövzuda danışıqlardan söhbət getdiyi sual olunur.

    Prinsiplər digər elementlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən mərhələli şəkildə çıxarılması, məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması, iqtisadi əlaqələrin bərpa edilməsi və Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinə zəmanəti özündə ehtiva edir.

    Danışıqların başqa formatının olmadığı dövrdə prinsiplərin təkzib edilməsi, ümumilikdə, sülh danışıqlarından imtina etmək anlamına gəlir. Buna görə də Azərbaycan Ermənistanın təcavüzü və etnik təmizləmə nəticəsində bir milyondan çox vətəndaşının öz doğma torpaqlarından didərgin düşməsinə baxmayaraq, Minsk qrupu tərəfindən aparılan danışıqlar çərçivəsində münaqişənin sülh yolu ilə həllinə sadiqliyini davam etdirir və ümumi prinsipləri şərti şəkildə danışıqlar üçün əsas kimi qəbul edir. Müstəqil dövlətlər və beynəlxalq birliyin məsuliyyətli üzvləri məhz bu yolu seçirlər.

    Təəssüf ki, Ermənistan öz formal müstəqilliyini hələ də suverenliyə çevirməyib. Hərbi və iqtisadi sahələrdə xaricdən asılı olan bu dövlət özünütəcrid nəticəsində regionun əsas regional inteqrasiya təşəbbüslərindən kənarda qalır. Ermənistan Azərbaycan torpaqlarının işğalının əsirinə çevrilib.

    Yazıda vurğulanır ki, monoetnik cəmiyyətə malik olan, antisemitizmin yüksək səviyyəsinin müşahidə edildiyi və tarixində nasist tərəfdaşlarının olduğu Ermənistan üçün qonşulara inanmamaq ən sadə seçim görünə bilər. Lakin belə bir seçim erməni xalqının gələcəyinə, ölkənin isə davamlı inkişafına maneə yaradır.

    Davamlı sülhə nail olunması və qonşularla birgə yaşamaq, güclü iqtisadi əlaqələr qurmaq, regionun əsas təşəbbüslərində iştirak etmək, əslində, sülhü təmin etmək üçün ən səmərəli yollardır. Bəs bunun alternativi nədir?

    Səfir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında çalışan zaman bütün əziyyətlərə və məcburi didərgin salınmalarına baxmayaraq, bir çox məcburi köçkündən ermənistanlı qonşuları ilə yanaşı yaşamağa hazır olduqlarını eşitdiyini bildirir və bunun dəfələrlə Dağlıq Qarabağın azərbaycanlı icması tərəfindən də səsləndirildiyini diqqətə çatdırır. Diplomat erməni liderlərin bu xoş məramdan imtina etməkdənsə, sülh barədə düşünməli olduqlarını vurğulayır.

  • Tərtərdə 10 yaşlı qız kanalda batdı

    Tərtərdə 10 yaşlı qız uşağı kanala düşüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

    Hadisə ilə bağlı FHN-nin Kiçik Həcimli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları 10 yaşlı qızın axtarışına başlayıb.

    Nişanə Elməddin qızının kənd ərazisindən keçən su kanalında boğulduğu ehtimal olunur.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxdu

    Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirus xəstəliyi keçirib.

    Bu barədə “Report”a 32 yaşlı idmançının özü məlumat verib. Hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan titullu pəhləvan ailə üzvlərinun də pandemiyadan əziyyət çəkdiyini bildirib. O, artıq hər şeyin qaydasında olduğunu açıqlayıb: “Özüm də bu virusa yoluxmuşdum. Bütün ailəmiz – mən, həyat yoldaşım, anam, atam bacım xəstələndi. Sanki hamı bir-birinə ötürdü. Bu, adi qrip deyil, təhlükəli virusdur. Hətta anam ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, mayın 19-da evə buraxıldı. Anamdan fərqli, mən xəstəliyi yüngül formada keçirdim. Sadəcə, qızdırma və ağrılarım var idi”.

    Artıq bir həftədir sağaldığını deyən Şərifov hazırda özünü yaxşı hiss etdiyini diqqətə çatdırıb.

    Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə dünya, 2012-ci ildə olimpiya (hər ikisi 84 kq), 2019-cu ildə isə Avropa çempionu (92 kq) olub. O, ötən il Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında (97 kq) gümüş medal və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

  • Азербайджан стал первым среди стран СНГ в этом рейтинге

    Азербайджан занял 44 позицию в индексной таблице отчета Давосского форума по новому индексу энергетического перехода (ETI), что является самым высоким показателем на пространстве СНГ.

    Как передает Median.Az, об этом сказал Trend финансовый аналитик Центра анализа экономических реформ и коммуникаций Аяз Мусейибов.

    “Позиция страны в индексе улучшилась на 13 пунктов по сравнению с предыдущим отчетом. Общий показатель страны по индексу ETI составляет 58,1%, что выше глобального показателя ETI (55,1%) за 2020 год. Соответствующий показатель в Молдове составил 52,4%, РФ – 50,5%, Таджикистане – 49,8%, Казахстане – 48,3%, Украине – 43,3%, Кыргызстане – 42,7%. Согласно рейтингу, Азербайджан опередил такие страны, как Катар, Египет, Иордания, Саудовская Аравия, Тунис, Кувейт, Иран, Объединенные Арабские Эмираты и Венесуэла”, – сказал он.

    По его словам, соответствующий отчет учитывает основные критерии создания безопасных, устойчивых, доступных и инклюзивных энергосистем для будущих поколений и предусматривает переход на возобновляемые, альтернативные энергосистемы.

    “В новом отчете Давосского форума энергетические системы стран оценивались в диапазоне 0-100 процентов по 40 индикаторам. Отчет охватывает данные по более 90 процентам населения мира, 93 процентам глобального энергоснабжения и более 98 процентам номинального валового внутреннего продукта (ВВП) 115 стран. Разработка индекса основана на информации 20 международных поставщиков данных”, – подчеркнул он.

    Мусейибов отмечает, что по суб-индексу оценка производительности оценена по трем основным направлениям: экономическое развитие и рост; выход на энергию и безопасность; устойчивость окружающей среды.

    “В то же время один из вопросов, отмеченных в отчете, заключается в том, что спрос на энергосистемы в последние годы особенно растет в глобальном масштабе. Так, если по сравнению с 2000 годом экономический рост (в выражении ВВП) составил 60 процентов, то глобальный спрос на энергию, соответственно, вырос на 40 процентов. Именно по этой причине особое значение имеет создание доступной и устойчивой энергетической системы на равных условиях для всех”, – подытожил финаналитик Центра.

  • TƏBİB rəsmisi: “Həkim koronavirusa görə pul təklif edibsə, polisə niyə xəbər verməyib?”

    “Bunu biz də eşitmişik. Amma bu absurddur. Çünki koronavirus xəstəliyindən ölənə heç bir imtiyaz verilmir”.

    Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.

    Qurum rəsmisi çıxışında dünyasını dəyişən insanların ailələrinə pul təklif edilməsi və onlardan yaxınlarının guya koronavirusdan ölməsinə dair razılıq alınması ilə bağlı iddialara da münasibət bildirib:

    “Əgər belə olursa, niyə Azərbaycanda koronavirusdan ölənlərin sayı daha da azdır? Və yaxud da hansı ölkənin marağındadır ki, koronavirusdan ölənlərin sayını artırsın? Azərbaycan bunda niyə maraqlı olsun ki? Biz tam şəffaf işləyirik və yoluxanların, vəfat edənlərin sayı hər gün ictimaiyyətə açıqlanır. Bunların hamısı bizim gözümüzün qarşısında olur. Elə bir həkim yoxdur ki, bu hüquq ona verilsin, o da koronavirus xəstəsi olmayan şəxsə bu diaqnozu qoysun. Əgər bir vətəndaş bunun şahidi olubsa, niyə hüquq-mühafizə orqanlarına xəbər verməyib? Bu şayiəni yaymaqdansa, yaxşı olardı, hüquq-mühafizə orqanlarına xəbər versinlər ki, belə bir həkim var və bizə bu cür təklif edir. Əgər belə bir şey olsaydı, o həkim də bilinərdi və cəzalanardı”.

  • Azərbaycanda olan əcnəbilərin sayı açıqlandı – RƏSMİ

    “2020-ci ilin yanvarın 1-dən ölkəyə 551 872 nəfər gəlib. Koronavirus pandemiyası ilə bağlı bu rəqəm ötən dövrlə müqayisədə 44 faiz azalıb”.

    Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, bu ilin yanvar və fevral aylarında ölkəyə gələn əcnəbilərin sayında 15 faiz artım qeydə alınıb:

    “Pandemiya ilə əlaqədar ölkəyə gələn əcnəbilərin sayı azalıb. Hazırda Azərbaycanda 134 min 298 əcnəbi yaşayır”.

    O qeyd edib ki, əcnəbilər daha çox Rusiya, Gürcüstan, İran və digər ölkələrin vətəndaşlarıdır.

  • Vilayət Eyvazov polis rəisini işdən çıxardı

    Paytaxtın Baş Polis İdarəsinin Bakı Metropolitenində Polis İdarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

    Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov vəzifəsindən azad edilib.

    Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb.

    S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik edib. Bundan əvvəl o, Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb.

  • TƏBİB rəsmisindən koronavirusa inanmayanlara cavab – “Gec olacaq”

    “Təkcə bizdə deyil, bütün dünyada belədir ki, koronavirusa inanmayanların sayı inananlardan çoxdur. Hamı deyir ki, heç yaxın qohumda, qonşuda COVİD-19-a yoluxan görmədik. Bəzi insanlar var ki, koronavirus xəstəliyindən müalicə alsalar belə, bunu heç yaxınlarına da demirlər”.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada koronavirusa inanmayanlardan danışarkən deyib.

    TƏBİB rəsmisi bildirib ki, bu bizim mentalitetimizlə də bağlıdır:

    “Sanki koronavirusa yoluxmaq bir ayıbdır. Koronavirus yuxarı tənəffüs yolu infeksiyasıdır. Hansı ki, sonradan pnevmoniyaya da səbəb olur. Hamının yoluxma ehtimalı var və heç kim bundan sığortalanmayıb. Yəqin ki, insanlar ətrafında olan şəxslərdən birinin koronavirusa yoluxmasından sonra buna daha çox inanacaqlar. Amma onda da gec olacaq. Bu, təkcə Azərbaycana xas olan deyil, dünyəvi problemdir. Biz koronavirusa yoluxan insanların hansı vəziyyətdə olduğunu görürük. Təbii ki, yüngül formada keçirənlər daha çoxdur. Ancaq orta ağır və ağır formada keçirənlərin də sayı xeylidir. Buna hazırda inanmaq lazımdır. Bu, bizə xeyir gətirə bilər”.

  • Tərtərdə qız uşağı kanalda batıb

    Tərtərdə 10 yaşlı qız uşağı kanala düşüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

    Hadisə ilə bağlı FHN-nin Kiçik Həcimli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları 10 yaşlı qızın axtarışına başlayıb. Nişanə Elməddin qızı kənd ərazisindən keçən su kanalında boğulduğu ehtimal olunur.

    Faktla bağlı araşdırma aparılır.

  • “Formula-1” üzrə Monako Qran-Prisinin vaxtı müəyyənləşib

    “Formula-1” üzrə dünya çempionatının Monakoda keçiriləcək növbəti mərhələsinin tarixi müəyyənləşib.

    Apasport.az saytının məlumatına görə, bunu Monako Avtomobil Klubu açıqlayıb.

    Koronavirus pandemiyası üzündən 2020-ci ildəki yarışın ləğv olunduğu “Knyazlıq”da növbəti mərhələ 2021-ci mayın 20-23-dək yarışa ev sahibliyi edəcək. “Cırtdan ölkə” gələn il daha iki yarışı qəbul etməyi planlaşdırır. Aprelin 23-25-də retro avtomobillərin qatılacağı Monako Qran-Prisi, mayın 8-də “Formula-E”nin mərhələsi baş tutacaq.

    Qeyd edək ki, Monte-Karloda ilk avtomobil yarışı 1929-cu ildə təşkil olunub. “Knyazlıq” 1950-ci il və 1955-ci ildən indiyədək “Formula-1” yarışlarını qəbul edir.