Month: May 2020

  • 120 Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıdıb

    120 Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıdıb.

    Bu gün 120 Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıdıb.

    APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə Rusiyadakı regional operativ qərargah məlumat yayıb.

    Məlumata görə, mayın 19-da 120 Azərbaycan vətəndaşının Dağıstanla sərhəddə yaradılmış dəhliz vasitəsi ilə Vətənə qayıtması təmin olunub.

  • Календарь и молитва двадцать шестого дня месяца Рамазан

    Завтра двадцать шестой день священного месяца Рамазан.

    Согласно календарю месяца Рамазан, объявленному Управлением мусульман Кавказа, время имсака 19 мая – в 03:32, а время ифтара – в 20:10.

    Молитва, читаемая перед имсак:

    “Аллахуммадж’аль са‘йи фихи машкура уа занби фихи магхфура уа амали фихи макбуля уа айби фихи мастура йа асмаас самиин”.

    Перевод:

    “О Аллах! Сделай так, чтобы старания мои в этом месяце заслужили Твое одобрение, а грехи мои были прощены, чтобы деяния были приняты, а недостатки скрыты. О Тот, кто является самым внемлющим из всех слышащих!”.

    Молитва, читаемая перед разговением (ифтар).

    “Аллахумма лака сумту ва аля ризкика афтарту ва алейка таваккалту. Бисмиллахир-Рахманир-Рахим. Я василь-магфирати игфирли”.

    Перевод:

    “О Аллах! Ради Тебя я держал пост, в Тебя уверовал и на Тебя лишь уповаю, разговляюсь тем, что Ты мне послал. Прости, о прощающий мои грехи, прежние и будущие!”

    Да примет Аллах ваш пост!

  • Ramazan ayının 26-cı gününün imsak və iftar vaxtları

    Sabah Ramazan ayının 26-cı günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 20-də imsak vaxtı saat 03:32-də, iftar vaxtı isə 20:10-dadır.

    26-cı günün imsak vaxtının duasını təqdim edirik:

    Duanın oxunuşu: “Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin!”.

    Tərcüməsi: “İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!”
    İftar duası:

    Duanın oxunuşu: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

    Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Sənə təvəkkül edirəm!”

    Allah orucunuzu qəbul etsin!

  • Azərbaycanlı futbolçunun ailə üzvləri koronavirusa yoluxdu

    “Sabah” klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun ailə üzvləri koronavirusa yoluxub.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a hazırda Bakıda olan Azərbaycan millisinin sabiq müdafiəçisinin özü məlumat verib. 30 yaşlı oyunçunun sözlərinə görə, yoluxma Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşlarında müşahidə olunub.

    Mirzəbəyov ailə üzvlərinin hazırda ev şəraitində təcrid olunmuş vəziyyətdə müalicə aldıqlarını və vəziyyətlərinin normal olduğunu vurğulayıb:

    “Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım isə Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər isə müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir”.

    Qeyd edək ki, “Sabah”a 2019-cu ilin iyununda keçən Məhəmməd Mirzəbəyov əvvəllər Rusiyada “Torpedo” (Moskva), “Torpedo-ZİL” və “Anji”nin, Azərbaycanda “Sumqayıt”, “İnter”, “Qəbələ” və “Neftçi”nin formasını geyinib. O, milli komandaya 2015 – 2018-ci illərdə dəvət alıb.

  • Nurməhəmmədov yenidən komaya düşdü

    UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov yenidən komaya düşüb.

    Bu barədə “Mutko protiv” “Telegram” kanalı məlumat yayıb.

    Mayın 18-də vəziyyəti ağırlaşan A.Nurməhəmmədov süni tənəffüs cihazına qoşulub.

    A.Nurməhəmmədov aprelin 25-də Mahaçqalada xəstəxanaya çatdırılıb. Mayın əvvəlində isə Moskvadakı xəstəxanalardan birinə köçürülüb. Məşqçinin bir həftəyə qədər komada qaldığı iddia edilirdi.

  • “Azərbaycanda hamı tələb edir ki, “uşaqpulu” bərpa edilsin”

    “Azərbaycan xalqının hamısı tələb edir ki, “uşaqpulu” bərpa edilsin”.

    Median.Az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdə çıxışında deyib.

    O qeyd edib ki, əhaliyə sosial yardımla və uşaq pulu arasında müqayisə aparmışam. Uşaqların yaş qrupuna görə, kateqoriyalara bölsək, bu zaman veriləcək 150 manatla aradakı fərq 70 milyon manat edir. Belə olanda niyə biz uşaqpulu məsələsini bərpa etməyək?”.

  • Азербайджан эвакуировал своих граждан из Германии

    Национальный авиаперевозчик Азербайджана 19 мая выполнил чартерный рейс из Берлина в Баку.

    Как сообщили Report в ЗАО “Азербайджанские авиалинии” (AZAL) , этим рейсом в Азербайджан были доставлены 188 наших граждан.

    Все прибывшие пассажиры в обязательном порядке помещены на карантин.

    Отметим, что AZAL выполняет чартерные рейсы по доставке соотечественников на родину в соответствии с планом, определенным Оперативным штабом при Кабинете министров Азербайджана.

  • Azərbaycan daha 188 vətəndaşını təxliyə etdi

    Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

    “Azərbaycan Hava Yolları” QSC-dən “Report”a verilən məlumata görə, həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb.

    Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

    Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

  • Goranboyda motosiklet piyadanı vurub

    Goranboyda piydanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəlməmmədli şəhərində qeydə alınıb.

    2000-ci il təvəllüdlü Quliyev Şirzad Anar oğlu yolu keçmək istəyən zaman onu motosiklet vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Vacib qərarlarını bəxtəbəxt verənlər daha xoşbəxtdirlər

    Vacib qərarı püşklə müəyyənləşdirənlər çox vaxt buna əməl edir və qərardan razı qalırlar.

    Median.Az “EurekAlert!”ə istinadən xəbər verir ki, bu barədə Çikoqo Universitetinin araşdırmasında deyilir.

    Məlumata görə, məşhur “Frikonomika” kitabının müəllifi, iqtisadçı Stiven Levitt arzu edən şəxslərin həyatlarından silsilə suallara cavab verə biləcəyi sayt yaradıb. Bu suallar daha çox evlilik təklifi, yeni evə köçmə, işi atma, uşaq övladlığa götürülmə ilə bağlı dilemmalar idi.

    Həmçinin istifadəçilər öz suallarını da əlavə edə bilərdilər. Bu, hipotetik vəziyyətlər deyil, insanların qarşılaşdığı gerçək problemlər idi. Saytda qərarı püşk vasitəsilə müəyyənləşdirmək olar.

    Bildirilib ki, 2 ay və yarım il sonra istifadəçilərdən vacib qərarın nəticəsi soruşulub. 6 ay sonra məlum olub ki, qərarını püşkə qoyanlar digərlərindən daha aktiv fəaliyyətə keçiblər. Üstəlik, onlar özlərini daha xoşbəxt və qərarından razı hiss ediblər.